##Fakültə: Fizika və texnologiya ##Kafedra: Texnologiya və onun tədrisi metodikası


##num= 4// level= 1// sumtest=40 // name= Texniki yaradıcılığın təşkili formaları //



Yüklə 0,74 Mb.
səhifə4/8
tarix13.12.2018
ölçüsü0,74 Mb.
#85929
1   2   3   4   5   6   7   8


##num= 4// level= 1// sumtest=40 // name= Texniki yaradıcılığın təşkili formaları //


1. Texniki yaradıcılığın təşkili formalarının məqsədi nədir?

A) əməyə alışdırmaq

B) Texniki yaradıcı təfəkkürü inkişaf etdirmək

C) Əqli fəaliyyəti inkişaf etdirmək

D) Fəallıq yaratmaq

E) Bir neçə qabiliyyətləri üzə çıxarmaq

2. Texniki yaradıcılığın ən geniş yayılmış forması:

A) Ədəbiyyat gecələri

B) Texniki yaradıcılıq sərgiləri

C) Texniki yaradıcılıq dərnəkləri

D) Rəsm sərgiləri

E) İdman üzrə yarışların olimpiyadası

3. Texniki yaradıcılığın formalarına hansı aiddir:

A) işçi çertyojların hazırlanması

B) nəzəri məşğələlərin keçirilməsi

C) şagirdləri qrafik biliklərə yiyələndirmək

D) texniki yaradıcılıq dərnəkləri

E) texnoloji prosesin və texnoloji xəritənin tərtibi

4. Texniki yaradıcılığın müxtəlif xarakterli təşkili formalarını ümumiləşdirən cəhət hansıdır

A) Onların ayda bir dəfə keçirilməsi

B) Onların eyni vaxtda keçirilməsi

C) Onların eyni şagirdlərlə keçirilməsi

D) Onların müxtəlif vaxtlarda keçirilməsi

E) Onların eyni məqsəd daşıması

5. İstənilən yaradıcılıq fəaliyyəti nəyə əsaslanır?

A) Dərnək rəhbərinin dünyagörünüşünə

B) Dərnəyin maddi - texniki bazasına

C) Əvvəldən məlum olmayan yeniliyin alınmasına

D) Yaradıcılığa həvəsi olanlara

E) Elmin, texnikanın inkişaf dinamikasına

6. Şagirdlərin ilkin texnoloji bilik və bacarıqlarının formalaşdırılmasında əsas nədir?

A) qrafik savad elementlərinin öyrədilməsi

B) texnika yenilikləri ilə şagirdləri tanış etmək

C) şagirdləri praktik işlərə alışdırmaq

D) şagirdlərin texniki təfəkkürünü və konstruktorluq qabiliyyətlərini inkişaf etdirmək

E) bilik və bacarıqların inkişaf etdirilməsi

7. Texniki yaradıcılıq dərnəklərində ümumtəhsil məqsədlərinə aiddir:

A) Sərbəst bilik əldə etmək bacarıqlarını formalaşdırmaq

B) Şagirdlərdə dialektik materializm dünya görüşünü tərbiyə etmək

C) Şagirdlərdə texniki konstruksiyaetməyə və modelləşdirməyə maraq tərbiyə etmək

D) Şagirdlərin əxlaqi və estetik tərbiyəsini artırmaq

E) Şagirdlərə yazılı və şifahi nitqi bütün keyfiyyətləri ilə öyrətmək

8. Texniki yaradıcılıq dərnəklərində tərbiyəvi məqsədlərə aid deyil:

A) Şagirdlərin əqli təfəkkürünü inkişaf etdirmək

B) Şagirdlərdə dünyagörüşü tərbiyə etmək

C) Şagirdlərdə texniki konstruksiyaetməyə və modelləşdirməyə maraq tərbiyə etmək

D) Şagirdlərin əxlaqi və estetik tərbiyəsini artırmaq

E) Şagirdlərdə yüksək əmək mədəniyyəti tərbiyə etmək

9. Texniki yaradıcılıq dərnəklərinin əsas məqsədini necə ifadə etmək olar

A) texnika sahəsində şagirdlərin malik olduqları bilik və bacarıqları düzgün istiqamətləndirmək və məsələləri praktik həll etməyi öyrətmək

B) şagirdlərdə texniki təsəvvürləri formalaşdırmaq və müəyyənləşdirmək

C) məktəbdə xırda təmir işləri aparmağı öyrətmək

D) məktəbin maddi texniki bazasını zənginləşdirmək məqsədilə əyani vasitələr hazırlatmaq

E) müxtəlif tədbirlərdə iştirak etmək üçün ixtisaslı gənclər hazırlamaq

10. Texniki yaradıcılıq dərnəklərində ictimai faydalı istiqamətlə, ictimai faydalı əməyi necə fərqləndirmək lazımdır?

A) ictimai faydalı əmək həmişə olmalı, ictimai faydalı istiqamət isə işin müəyyən mərhələlərində

B) ictimai faydalı istiqamət həmişə olmalıdır, ictimai faydalı əmək dərnəyin işinin müəyyən mərhələlərində

C) ictimai faydalı istiqamət müəyyən mərhələlərdə olmalı

D) ictimai faydalı əmək dərnəyin növündən asılı olur

E) ictimai faydalı istiqamət istənilən obyektin müəyyənləşdirilməsi zamanı

11. Texniki yaradıcılığın təşkili formalarına aid olan variant hansıdır?

1 - tematik gecələr

2 - gəzintilər

3 - dərnəklər

4 - sərgilər

5 - iclaslar

A) 2, 3, 4

B) 1, 3, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 2, 3

12. Texniki yaradıcılıq dərnəklərinin növlərinə aid olanlar hansıdır?

1 - ümumi dərnəklər

2 - həvəskar dərnəklər

3 - xüsusi dərnəklər

4 - əlaqəli peşə dərnəkləri

5 - texniki fənn dərnəkləri

6 - konstruktor dərnəkləri

A) 2, 4, 5, 6

B) 3, 4, 5, 6

C) 1, 2, 4, 5

D) 2, 3, 4, 5

E) 1, 2, 3, 4

13. Texniki yaradıcılıq sərgilərinin növlərinə hansılar aiddir?

1 - şagirdlərin tematik və sərbəst mövzuda sərgisi

2 - texnika sahəsində yeniliklərə aid sərgi

3 - təbiətə aid sərgi

4 - sənaye sahəsinə aid sərgi

5 - hazırlanan əl işlərinin sərgisi

6 - dövrü texniki ədəbiyyat sərgisi

A) 1, 2, 3, 4

B) 3, 4, 5, 6

C) 1, 2, 5, 6

D) 2, 3, 4, 5

E) 2, 3, 4, 6

14. Texniki yaradıcılıq dərnəklərinin əsas məqsədi nədir?

1 - şagirdlərin texnika sahəsində bilik və praktik bacarıqlarını düzgün istiqamətləndirmək

2 - şagirdlərə istehsalat məsələlərini praktik həll etməyi öyrətmək

3 - əyani vasitələr hazırlamaq

4 - şagirdləri ətraf mühitlə tanış etmək

A) 1, 3

B) 3, 4

C) 2, 3

D) 1, 4

E) 1, 2

15. Texniki yaradıcılıq dərnəklərində nəyi fərqləndirmək lazımdır?

1 - ictimai faydalı istiqamət

2 - əyani vəsaitlərin sayı

3 - stendlərin məzmunu

4 - ictimai faydalı əmək

A) 2, 3

B) 1, 4

C) 3, 4

D) 1, 2

E) 2, 4

16. Texniki dərnəklərin məqsədləri hansılardır?

1 - tərbiyəvi məqsədlər

2 - siyasi məqsədlər

3 - ümumtəhsil məqsədləri

4 - praktik məqsədlər

5 - normativ məqsədlər

A) 1, 3, 4

B) 2, 3, 4

C) 1, 4, 5

D) 3, 4, 5

E) 1, 2, 3

17. Texniki dərnəklərin dar mənalı məqsədləri hansılardır?

1 - bir neçə tədqiqat metodunu tətbiq etməyi öyrətmək

2 - məşğələləri sadədən mürəkkəbə prinsipi əsasında qurmaq

3 - şagird marağını texnikanın konkret sahəsinə yönəltmək

4 - sərbəst bilik əldə etməyi bacarmaq

5 - şagirdlərin estetik tərbiyəsini artırmaq

A) 1, 2, 3

B) 2, 3, 4

C) 3, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 5

18. Texniki yaradıcılıq dərnəklərinin keçirilməsi üçün hansı otaqlar nəzərdə tutulur?

1 - emalatxana

2 - sinif otağı

3 - oxu zalı

4 - işçi otağı

5 - laborant otağı

A) 2, 3, 4

B) 1, 4, 5

C) 1, 3, 4

D) 1, 2, 3

E) 2, 3, 5

19. Olimpiada və müsabiqələr hansı turlarda keçirilir?

1 - məktəb

2 - şəhər

3 - kənd

4 - rayon

5 - dərnək

6 - respublika

A) 1, 2, 4, 6

B) 6, 1, 4, 3

C) 5, 4, 3, 2

D) 4, 6, 5, 1

E) 2, 3, 1, 5

20. Olimpiada başa çatdıqda ümumi yığıncaqda nə olur?

1 - münsiflər heyətinin protokolu oxunur

2 - çıxışlar təkrar olunur

3 - stendlər nümayiş etdirilir

4 - qaliblər mükafatlandırılır

A) 2, 4

B) 2, 3

C) 3, 4

D) 1, 4

E) 1, 2

21. Sərgilərə hazırlığın ardıcıllığı hansıdır?

1 - işlərə sərgi qabağı baxış keçirilir

2 - məsələ məktəb pedaqoji şurasında müzakirə edilir

3 - sərgidə iştirak üçün ərizə blanklar hazırlanır

4 - xüsusi komissiya yaradılır

5 - məlumatlar nəzərdən keçirilib qərar verilir.

A) 3, 2, 5, 4, 1

B) 4, 5, 1, 2, 3

C) 5, 3, 4, 1, 2

D) 2, 4, 3, 5, 1

E) 1, 4, 3, 2, 5

22. Texniki yaradıcılığın təşkili formalarını ardıcıllıqla say.

1 - sərgilər

2 - qabaqcıl təcrübə məktəblərində çıxışlar

3 - texniki yaradıcılıq dərnəkləri

4 - konfrans, olimpiada və müsabiqələr

5 - tematik gecələr

6 - Ş. H. K - larının keçirilməsi

7 - istehsalat veteranları, səmərələşdiricilər və ixtiraçılarla görüşlər

A) 3, 4, 2, 7, 6, 5, 1

B) 4, 5, 1, 2, 3, 6, 7

C) 5, 6, 7, 3, 4, 1, 2

D) 6, 3, 2, 5, 4, 1, 7

E) 1, 4, 7, 3, 2, 5, 6

23. Sərgilərin təşkil edilmə istiqamətlərini ardıcıllıqla göstərməli.

1 - dövrü texniki ədəbiyyat sərgisi

2 - texnika sahəsində yeniliklərə aid sərgi

3 - tematik və sərbəst mövzuda şagird texniki yaradıcılıq sərgisi

4 - hazırlanan işlərin sərgisi

A) 1, 2, 3, 4

B) 4, 3, 2, 1

C) 3, 1, 4, 2

D) 2, 4, 1, 3

E) 3, 4, 2, 1

24. Müsabiqə və olimpiadalar keçirildiyi turlar hansı ardıcıllıqdadır.

1 - rayon

2 - şəhər

3 - məktəb

4 - respublika

A) 3, 1, 2, 4

B) 4, 3, 2, 1

C) 1, 2, 3, 4

D) 2, 4, 1, 3

E) 3, 4, 2, 1

25. Texniki konfranslara hazırlaşmağın ardıcıllığı hansıdır?

1 - hər mövzu üçün çıxışların seçilməsi

2 - bütün iştirakçıları konfransa hazırlamaq

3 - albom və stendlərin düzəldilməsi

4 - konfrans mövzularına aid texniki ədəbiyyat sərgisi təşkil etmək

5 - proqram tərtibi, çıxış və məruzələrin mövzularının təyini

A)3, 4, 5, 2, 1

B) 4, 5, 3, 2, 1

C) 1, 2, 3, 4, 5

D) 2, 4, 5, 1, 3

E) 5, 1, 2, 3, 4

26. Texniki dərnəklərin məqsədlərini ardıcıl olaraq sayın

1 - tərbiyəvi məqsədlər

2 - praktik məqsədlər

3 - ümumtəhsil məqsədlər

A) 3, 1, 2

B) 2, 3, 1

C) 1, 2, 3

D) 1, 3, 2

E) 3, 2, 1

27. Texniki yaradıcılıq dərnəklərinin tərbiyəvi məqsədlərini ardıcıl olaraq sayın.

1 - şagirdlərin əxlaqi və estetik tərbiyəsini artırmaq

2 - şagirdlərdə müasir elmi dünyagörüşü tərbiyə etmək

3 - şagirdlərdə texniki təfəkkürü inkişaf etdirmək və yüksək əmək mədəniyyəti tərbiyə etmək

4 - şagirdlərdə texniki konstruksiyaetməyə və modelləşdirməyə maraq tərbiyə etmək.

A) 2, 3, 4, 1

B) 4, 3, 2, 1

C) 3, 4, 1, 2

D) 1, 2, 3, 4

E) 2, 4, 1, 3

28. Texniki yaradıcılıq dərnəklərinin praktik məqsədlərini ardıcıl olaraq sayın.

1 - müxtəlif alət, cihaz və qurğulardan istifadə etməyi bacarmaq

2 - sərbəst bilik əldə etməyi bacarmaq

3 - praktik məsələlərin həlli üçün əldə edilmiş nəaliyyətlərdən istifadə etməyi bacarmaq

A) 2, 3, 1

B) 3, 1, 2

C) 1, 2, 3

D) 1, 3, 2

E) 3, 2, 1

29. Texniki yaradıcılıq dərnəklərinin ümumtəhsil məqsədlərini ardıcıllıqla göstərin

1 - şagirdlərə gündəlik həyatda rast gələn praktik məsələlərin həlli üçün minimum elmi texniki məlumatlar vermək

2 - şagirdlərin texnikanın təkmilləşdirilməsinə, dərk edilməsinə və texnikaya yiyələnmək metodlarına malik olmalarına kömək etmək

3 - şagirdlərə şifahi və yazılı nitqi bütün keyfiyyətləri ilə öyrətmək

A) 3, 2, 1

B) 3, 1, 2

C) 1, 2, 3

D) 2, 3, 1

E) 2, 1, 3

30. Konstruktor dərnəklərinin istiqamətlərini ardıcıllıqla göstər.

1 - şagirdlərin ixtiraçılıq və səmərələşdiriciliyə olan meylləri və bacarıqları inkişaf etdirmək

2 - texniki təfəkkürün inkişafı

3 - konstruksiyaetməyə maraq

A) 2, 1, 3

B) 1, 2, 3

C) 3, 2, 1

D) 3, 1, 2

E) 2, 3, 1

31. Texniki yaradıcılığın təşkili formalarına uyğun ifadələr hansıdır?

I - Konfranslar

II - Sərgilər

1 - bu tədbirlər əsasən 4 istiqamətdə təşkil edilir.

2 - burada hər mövzu üzrə çıxışlar seçilir.

3 - proqram tərtib edilir.

4 - bunlar bəzən daimi bəzən də periodik olur.

A) I - 2, 3; II - 1, 4

B) I - 2, 4 ; II - 1, 3

C) I - 3, 4; II - 1, 2

D) I - 1, 3 ; II - 2, 4

E) I - 1, 2; II - 3, 4

32. Göstərilən formalara uyğun ifadələr hansıdır?

I - Olimpiada, müsabiqə və konfranslar

II - Ş. H. K - nın çıxışları

1 - bu tədbirlər fotosərgilərin təşkili ilə başa çatır.

2 - bu tədbirlərin tematikası metodiki komissiya tərəfindən təsdiq edilir.

3 - bu tədbirlərin məzmununa ixtiraçıların və alimlərin həyatından maraqlı hadisələr daxil edilə bilər.

4 - çıxışlar əyləncəli xarakter daşımaqla düşünülmüş seçilməli və faktlara əsaslanmalıdır.

A) I - 1, 3 ; II - 2, 4

B) I - 2, 3; II - 1, 4

C) I - 3, 4; II - 1, 2

D) I - 1, 2; II - 3, 4

E) I - 1, 4; II - 2, 3

33. Texniki yaradıcılıq dərnəklərinə uyğun ifadələr hansıdır?

I - Texniki fənn dərnəkləri

II - Həvəskar dərnəklər

1 - burada uşaqlar əyani vasitələr, modellər hazırlayır.

2 - burada şagirdlər texnika yenilikləri ilə tanış olurlar

3 - bu dərnəklər şagirdlərin radiotexnika, foto işi və modelləşdirməyə maraq və meyllərinə uyğun olur.

4 - bu dərnəklərin iş xarakteri nəzəri və praktik təlim proqramları ilə sıx əlaqədardır

A) I - 1, 2; II - 3, 4

B) I - 2, 3; II - 1, 4

C) I - 3, 4; II - 1, 2

D) I - 1, 3 ; II - 2, 4

E) I - 1, 4; II - 2, 3

34. Texniki yaradıcılığın təşkili formalarına uyğun ifadələr hansıdır?

I - Konfranslar

II - Olimpiadalar

1 - bu tədbirlər bir neçə turda keçirilir

2 - bu tədbirdə hər bir məruzəyə konkret rəy verilir

3 - burada proqram tərtib olunur, plenar və seksiya iclasları üçün çıxış və məruzə hazırlanır.

4 - bu tədbirlər təntənəli yığıncaqla başlayıb ümumi yığıncaqla başa çatır

A) I - 2, 3; II - 1, 4

B) I - 3, 4; II - 1, 2

C) I - 2, 4; II - 1, 3

D) I - 1, 2 ; II - 3, 4

E) I - 1, 3; II - 2, 4

35. Uyğunluq hansı variantdadır?

I - Konstruktor dərnəkləri

II - Sərgilər

1 - bu tədbirlərdə şagirdlərin ixtiraçılıq və səmərələşdiriciliyə olan maraq və meylləri inkişaf etdirilir

2 - bu tədbir texniki yaradıcılıq kollektivlərinin həyatında ən maraqlı hadisədir

3 - o texniki təbliğat və təcrübə mübadiləsi vasitəsidir

4 - burada texniki təfəkkür inkişaf edir, konstruksiyaetməyə maraq oyanır

A) I - 1, 3 ; II - 2, 4

B) I - 2, 4 ; II - 1, 3

C) I - 1, 4 ; II - 2, 3

D) I - 1, 2; II - 3, 4

E) I - 3, 4 ; II - 1, 2

36. Dərnəklərə uyğun ifadələri göstərən variant hansıdır

I - Texniki fənn dərnəkləri

II - Həvəskar dərnəklər

1 - iş xarakteri nəzəri və istehsalat təlimi proqramı ilə əlaqədardır

2 - iş xarakteri seçilmiş ixtisas və ya peşədən asılı deyil

3 - məqsəd şagirdlərin dünyagörüşünün genişləndirilməsi, yüksək əmək mədəniyyəti inkişaf etdirmək

4 - burada şagirdlər texniki konfrans və olimpiadaların təşkili, tədris kabinetlərinin təchizi ilə məşğul olur

A) I - 1, 4; II - 2, 3

B) I - 2, 4 ; II - 1, 3

C) I - 3, 4; II - 1, 2

D) I - 1, 2 ; II - 3, 4

E) I - 1, 3; II - 2, 4

37. Texniki yaradıcılıq dərnəklərinin məqsədlərinə uyğun variant hansıdır

I - Ümumtəhsil məqsədlər

II - Tərbiyəvi məqsədlər

III - Praktik məqsədlər

1 - sərbəst bilik əldə etməyi bacarmaq

2 - şifahi və yazılı nitqi bütün keyfiyyətləri ilə öyrətmək

3 - müasir elmin dünyagörüşü tərbiyə etmək

A) I - 2 ; II - 1; III - 3

B) I - 3; II - 1 ; III - 2

C) I - 1; II - 2 ; III - 3

D) I - 3; II - 2 ; III - 1

E) I - 2 ; II - 3 ; III - 1

38. Göstərilənlərə uyğun variantlar hansılardır?

I - Dərnəklərdə məqsədlərə çatmaq üçün pedaqoji prinsiplərin əsasları

II - Dərnəklərdə dar mənalı məqsədlər

1 - bir neçə tədqiqat metodunu tətbiq etməyi bacarmaq

2 - məsələləri sadədən mürəkkəbə prinsipi əsasında qurmaq

3 - işin təşkili şagirdlərin maksimum sərbəstliyinin təmin etməlidir

4 - şagirdlərin dərketmə prosesi eşitmə, görmə yolu ilə deyil eyni zamanda aktiv məqsədyönlü olmalıdır

A) I - 3, 4 ; II - 1, 2

B) I - 2, 3 ; II - 1, 4

C) I - 2, 4 ; II - 1, 3

D) I - 1, 3; II - 2, 4

E) I - 1, 4; II - 2, 3

39. Aşağıdakılara uyğun variant hansıdır?

I - Dərnəklərdə ictimai faydalı istiqamət

II - Dərnəklərdə ictimai faydalı əmək

1 - bu həmişə olmalıdır

2 - bu dərnəyin işinin müəyyən etaplarında olur

3 - burada dərnək üzvlərinin hazırladıqları obyektlər dərnəyin avadanlıqla təchizində istifadə edilir

4 - burada şagirdlər hər hansı təkmilləşdirilmiş əyani vəsait tərtib edib hazırlayırlar

A) I - 2, 4; II - 1, 3

B) I - 1, 3; II - 2, 4

C) I - 3, 4; II - 1, 2

D) I - 1, 4 ; II - 2, 3

E) I - 1, 2 ; II - 3, 4

40. Texniki yaradıcılıq dərnəklərinin məqsədlərinə uyğun variant hansıdır?

I - Praktik məqsədlər

II - Dar mənalı məqsədlər

1 - müxtəlif alət cihaz və qurğulardan istifadə etməyi bacarmaq

2 - sərbəst bilik əldə etməyi bacarmaq

3 - bir neçə tədqiqat metodundan istifadə etməyi bacarmaq

4 - maraqları texnikanın konkret sahəsinə yönəltmək

A) I - 1, 2 ; II - 3, 4

B) I - 2, 3; II - 1, 4

C) I - 2, 4; II - 1, 3

D) I - 1, 3; II - 2, 4

E) I - 1, 4 ; II - 2, 3

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin