«Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin kollegiyasının tərkibi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli Qərarı
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.7-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
- “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 30 sentyabr 2020-ci il
№ 364
Müstəqil Azərbaycan Respublikasının qurulduğu ilk günlərdən bütün aparat işçilərindən tələb edilirdi ki, işgüzar yazışmalarda sənədləşdirmənin aparılmasını daha dəqiq və səmərəli təşkil etsinlər.
İşgüzar yazışmaların daha dəqiq və səmərəli aparılmasında Vahid dövlət kargüzarlıq sisteminə dair qanunların və təlimatların məqsədi xidməti məlumatların hazırlanma forma və metodlarını təcrübədə özünü doğrultmuş ümumi normalara çatdırmaqdan ibarərətdir.
Dostları ilə paylaş: |