"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanun
"Dövlət sirri haqqında" Qanun
"Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu
"Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun
"İnformasiya əldə etmək haqqında" Qanun
Azərbaycan Respublikası Qanunlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması
1.Azərbaycan Respublikasının qanunları Milli Məclisdən daxil olduğu gün Ümumi şöbədə istifadə istifadə edilən informasiya - sorğu sistemində qeydiyyata alınır.
2. Qanunlar Ümumi şöbədə qeydiyyata alındıqdan sonra Ümumi şöbə tərəfindən Administrasiyasının rəhbərinə təqdim olunur və onun müvafiq dərkənarına uyğun surətdə nəzarətə alınmaqla Qanunvericilik şöbəsinə verilir.
3. Qanun Administrasiyasına daxil olduqdan sonra müvafiq olaraq Qanunvericilik şöbəsi və digər struktur bölmələri onun ekspertizasını keçirərək, imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edirlər.
4. Qanunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edildiyi gündən başlayaraq 56 gün müddətində imzalanır və ya hər hansı qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, onun etirazı ilə birlikdə həmin müddət ərzində Milli Məclisə qaytarılır.
7. Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları “Azərbaycan Respublikasının Qanunvericilik Toplusu”nda və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 6.1-ci və 6.2-ci bəndlərində müəyyən edilən rəsmi qəzetlərdə dərc olunur.
5. Azərbaycan Respublikası Prezidentinin imzaladığı qanunların əsli onların ilkin materialları ilə birlikdə və qanunların göndərilmə ünvanlarının göstəricisi, habelə əlavə edilən sənədlərin siyahısı ilə birlikdə onu imzaya vermiş struktur bölməsinin rəhbəri tərəfindən Ümumi şöbəyə təhvil verilir.
Ümumi şöbədə müəyyən edilmiş formada hazırlanmış qeydiyyat kitablarında buraxılış üçün alınmış qanunların qeydiyyatı aparılır, buraxılış üçün daxil olmuş qanunlara vahid nömrələmə sisteminə uyğun sıra nömrələri qoyulur.
6. Qanunların əslinin Ümumi şöbədə ünvanlar göstəricisinə uyğun tirajla çıxarılan surətləri Ümumi şöbənin gerbsiz möhürü ilə təsdiq edildikdən sonra müvafiq ünvanlara göndərilir.
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə