5. Fərman və sərəncamların layihələri qüvvədə olan qanunvericiliyə uyğun olmalı və əvvəllər qəbul edilmiş fərman və sərəncamlarla əlaqələndirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının hazırlanması və qəbul edilməsi
1. Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları Azərbaycan Respublikasının Konstitusiyasına və "Normativ hüquqi aktlar" haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və qəbul edilir.
2. Fərman və sərəncamların layihələri Azərbaycan Respublikası Prezidentinin və ya Administrasiyası rəhbərinin müəyyən etdiyi müddətlərdə hazırlanır.
3. Hər bir məsələ barəsində Administrasiyasına verilən təkliflər dəqiq və aydın ifadə
edilməli, zəruri hallarda isə müvafiq fərman və sərəncam layihəsi təqdim edilməlidir.