Fakültə: Maliyyə- iqtisad İxtisas: Maliyyə Müəllim: Tələbə: Qəniyeva Səadət Fənn: İKt- baza kompüter bilikləri Qrup: Maliyyə-341 Mövzu : Əmək və sosial münasibətlər akademiyası



Yüklə 1,09 Mb.
səhifə1/3
tarix22.12.2022
ölçüsü1,09 Mb.
#121645
  1   2   3
İkt.Səadət

Fakültə: Maliyyə- iqtisad İxtisas: Maliyyə Müəllim: Tələbə:Qəniyeva Səadət Fənn: İKt- Baza kompüter bilikləri Qrup: Maliyyə-341 Mövzu : Əmək və sosial münasibətlər akademiyası


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əmək və Sosial Münasibətlər Akademiyası
Sərbəst İş
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası — Azərbaycanda özəl ali təhsil müəssisəsi.
Kadr hazırlığı həmişə Azərbaycan həmkarlar ittifaqlarının diqqət mərkəzində оlmuşdur. Kadr və fəalların iхtisasının artırılması və yenidən hazırlanması vəzifəsini 1952-ci ildən müхtəlif adlarla fəaliyyət göstərmiş həmkarlar ittifaqlarının tədris mərkəzi yerinə yetirmişdir. Eyni zamanda, ali təhsilli kadrlar hazırlamaq üçün 1962-ci ildə keçmiş SSRİ-nin Həmkarlar İttifaqları Hərəkatı Ali məktəbinin Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sоsial Münasibətlər Akademiyasının Bakı filialına çevrildi. 
2006-cı ildə isə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi — Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyası yaradıldı.Akademiyaya ümumi rəhbərliyi mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura həyata keçirir. Elmi Şura fəaliyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə»sinə uyğun həyata keçirir. Elmi Şuranın səlahiyyət müddəti 3 (üç) ildir. Elmi Şuranın üzvləri 17 nəfərdən ibarətdir.
Təsisçisi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev.
Rektor: Hüseyn Qaraşov
1978-ci ildən Azərbaycan Həmkarlar İttifaqları təhsil müəssisəsində çalışır. Tədris mərkəzində metodist, direktor müavini, direktor, 1999-cu ildən Həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi olan Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyası Bakı Filialının direktoru, 2006-cı ildən isə Filialın bazasında yaradılmış Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektorudur.
Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim, AHİK-in Məclis üzvü, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət heyətinin üzvüdür.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında tədris ali təhsillə bağlı mövcud qanunvericiliyə əsasən təşkil olunur. Tədris ili iki semestrdən: payız və yaz semestrlərindən ibarətdir. Bundan əlavə, yay tətili müddətində altı həftədən çox olmayaraq yay semestri də təşkil oluna bilər. Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbələrə əlavə fənn də seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Tələbənin beş günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi; auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi; təcrübələrdə iştirak etməsi; laboratoriya işlərini yerinə yetirməsi; imtahanlara hazırlığı və imtahanları verməsi; buraxılış işini hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi kimi fəaliyyəti üzrə müəyyənləşdirilir.
Tədris prosesi auditoriya və auditoriyadankənar şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq müəyyənləşdirilir. Bu zaman bütün növ dərslərin bir akademik saatına bir saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir.
Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.

Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin