Fakultə: Neft-mexanika İxtisas: Avadanlıqların bərpası və möhkəmliyinin artırılması Fənn: Təkrar emal və bərpa texnologiyaları mühəndisliyinin tarixi və metodologiyası Tələbə: Qafarzadə Fuad Rəhbər: Abbasov Əyyam Qrup: A4221 Mövzu



Yüklə 97,59 Kb.
tarix27.12.2022
ölçüsü97,59 Kb.
#121840
Psixologiya

Fakultə: Neft-mexanika İxtisas: Avadanlıqların bərpası və möhkəmliyinin artırılması Fənn: Psixologiya Tələbə: Qafarzadə Fuad Rəhbər: Əliyev Faiq Qrup: A4221 Mövzu: Hissi və məntiqi idrak formaları və onların vəhdəti

İdrak. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvəllər olmayanın kəşfi deməkdir. İdrakın subyekti -predmet-praktik fəaliyyətin və idrakın daşıyıcısı idrak predmetinə istiqamətlənmiş idraki fəallığın mənbəyidir. Uğurlu idraki fəaliyyət yalnız idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür. İdrakın obyekti subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir.İdrak obyekti həm maddi qurumlar həm də sosial hadisələr ola bilər.

Hissi və məntiqi idrak formaları və onların vəhdəti İdrak nəzəriyyəsi fəlsəfə ilə birlikdə meydana gəlmiş və hər bir fəlsəfi sistemin ayrılmaz tərkib hissəsi olmuşdur. İdrak problemi müasir fəlsəfədə də mərkəzi yerlərdən birini tutur. Yeni dövrdə qərarlaşmış fəlsəfi sistemlərin əksəriyyəti idrakda iki əsas mərhələni ayırır: hissi və məntiqi idrak

Hiss və zəka insan idrakının iki əsas formasıdır. Genetik baxımdan hissi idrak rasional - məntiqi idrakdan əvvəl gəldiyi üçün hissi və rasionala müəyyən mənada idrak prosesinin pillələri kimi də baxmaq olar. İdrak prosesinin ilkin, başlanğıc mərhələsi, birinci pilləsi hissi idrakdır. Hissi idrak xarici aləmin cisim və hadisələrinin insan beynində bilavasitə, konkret inikasından ibarət psixi prosesdir. Hissi idraka verilən bu xarakteristikadan aydın olur ki, idrak forması olmaq etibarilə hissi idrakın iki başlıca əlaməti vardır.

Əvvəla, hissi idrak gerçəkliyin bilavasitə inikasıdır. O, hiss üzvləri vasitəsilə xarici aləmdəki predmetlərlə tanışlıqdan başlanır. İnsan bələd olmadığı bir şeyi öyrənmək qərarına gəldikdə, hər şeydən əvvəl ona diqqətlə baxır, lazım gələrsə əli ilə ona toxunur, dadına, rənginə baxır və i.a. Şeylərin bilavasitə canlı seyri idrak yolunda başlanğıc mərhələ, birinci addımdır. Hiss üzvləri bir növ elə qapılardır ki, bunların vasitəsilə xarici aləm insan şüuruna daxil olur. İkincisi, hissi idrak gerçəkliyin konkret inikasıdır. Bu o deməkdir ki, hissi idrakın elementləri, o cümlədən, duyğu və qavrayış konkret insana məxsusdur, rasional idrak formalarından fərqli olaraq hissi idrak formaları ümumiliyə malik deyildir. Anlayışlardan fərqli olaraq insan öz duyğu və təsəvvürlərini kiməsə olduğu kimi verə bilməz, onları maddiləşdirib başqaları ilə bölüşdürə bilməz.

Təfəkkür idraki fəaliyyət prosesidir. Təfəkkürə gerçəkliyin ümumiləşmiş obrazının yaranması xarakterikdir. Təfəkkür sayəsində insan hadisələrin konkret təzahürlərindən uzaqlaşır, onlara məxsus olan ümumi və mühüm əlamətləri aşkarlayır. Təfəkkürün əsas forması bunlardır: anlayış, mühakimə, əqli nəticə. Bunlara fəlsəfi ədəbiyyatda MƏNTİQİ İDRAK-ın formaları da deyilir.

Ovuntunun digər xüsusiyyətlərindən biri də onun zəhərliliyidir. Belə ki, istənilən metalın tozu (kompakt vəziyyətdə tamamilə zərərsiz olduğu halda) insan bədəninə çox güclü təsir göstərər və orqanizmdə pataloji dəyişikliklər yarada bilər. Bununla əlaqədar olaraq metal tozlarının mümkün konsentrasiya həddi kifayət qədər kiçik olmalıdır

Anlayış hadisələrin ən ümumi, əsas və zəruri əlamətlərini, keyfiyyətlərini əks etdirən təfəkkür formasıdır. Anlayış hər hansı fikri hadisənin əsasını təşkil edir. Anlayış bir qayda olaraq dil vasitəsilə ifadə olunur. Mühakimə predmet və onun əlamətləri arasında, predmet və ya onların mövcudluq faktı arasında əlaqəni əks etdirən təfəkkür formasıdır. Mühakimə həmişə həqiqəti müəyyənləşdirməyə xidmət edir. Lakin mühakimədə həm həqiqət, həm dolaşıqlıq, həm də yalan ola bilər. Əqli nəticə real predmetə bilavasitə müraciət etmədən, məlum olandan məlum olmayana keçiddən ibarət olan təfəkkür formasıdır.

İzlədiyiniz üçün təşəkkürlər...


Yüklə 97,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin