##num= 19// level= 1// sumtest=18 // name= Giriş. Azərbaycan XX əsrin əvvələrində //
səhifə 19/27 tarix 12.08.2018 ölçüsü 0,69 Mb. #70454
##num= 19// level= 1// sumtest=18 // name= Giriş. Azərbaycan XX əsrin əvvələrində //
1. Bakıda 1904 - cü ilin dekabr ümumi tətili nəticəsində hansı fəhlələrin əmək haqqı 20 - 25 faiz artırıldı?
A) Yalnız yüksək ixtisaslı fəhlələrin
B) Ancaq neft sənayesində çalışan fəhlələrin
C) Bakı mədənlərində çalışan bütün müsəlman fəhlələrin
D) Yalnız tətilə qoşulmuş fəhlələrin
E) Ancaq mexaniki istehsalatda çalışan fəhlələrin
2. XX yüzilliyin başlanğıcında Şimali Azərbaycanda milli hərəkatın əsas aparıcı qüvvəsi:
A) Milli burjuaziya və demokratik ziyalılar
B) Qabaqcıl Azərbaycanlı fəhlələr və kəndlilər
C) Qaçaq hərəkatının üzvləri
D) Dövlət Dumalarının müsəlman deputatları
E) Milli burjuaziya və mülkədar nümayəndələri
3. 1912 - 1913 - cü illər aqrar qanunlarına görə dövlətin kəndlilərin əvəzinə sahibkarlara verdiyi pulu kəndlilən qaytarmalı idilər:
A) 49 il ərzində
B) 15 il ərzində
C) 20 il ərzində
D) 10 il ərzində
E) 18 il ərzində
4. Müsavat (bərabərlik) Partiyasının yaradıcıları:
A) Əhməd bəy Ağayev, Abbasqulu Kazımzadə, Əlimərdan bəy Topçubaşov
B) Fətəli bəy Xoyski, Məmmədəmin Rəsulzadə, Xəlil bəy Xasməmmədov
C) Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Tağı Nağıyev
D) Həsən bəy Nağıyev, Məmməd Həsən Hacinski, Məmmədyusif Cəfərov
E) Abbasqulu Kazımzadə, Tağı Nağıyev, Məmmədəli Rəsulzadə
5. ”Difai” partiyası mübarizə aparırdı:
A) Ermənilərin soyqırım siyasətinə qarşı
B) Milli hərəkata qarşı
C) Sosial - demokratlara qarşı
D) Milli burjuaziyaya qarşı
E) “Hümmət”təşkilatına qarşı
6. 1905 - ci il Nijni - Novqorodda keçirilmiş müsəlmanların I qurultayının qərarlarından biri:
A) Çar hökümətinə qarşı silahlı mübarizəyə başlamaq
B) Kazanda, Bakıda və Baxçasarayda pedoqoji institutların açılması
C) “ İttifaqi - müslimin”adlı Ümumrusiya müsəlman ittifaqını yaratmaq
D) Ərazi muxatariyyəti əldə etmək
E) Rusiyanı federativ dövlətə çevirmək
7. “Hümmət”, “Ədalət” və “Birlik” təşkilatlarını birləşdirən cəhət:
A) Ərazi muxtariyyəti uğrunda mübarizə aparmaları
B) Erməni terroruna qarşı fəal mübarizə aparmaları
C) Mülkədarların mənafeyini müdafiə etmələri
D) Burjuaziyanın müdafiə etmələri
E) Bolşevik ideyaları uğrunda mübarizə aparmaları
8. 1905 - 1911 - ci illər İran inqilabına aid deyil:
A) Cənubi Azərbaycana ərazi muxtariyyətinin verilməsi
B) Əhalinin bəstə oturması
C) Təbrizdə ilk silahlı üsaynın baş verməsi
D) Konstitusiyanın qüvvəyə minməsi
E) Məşrutə inqilabı adlanması
9. “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu şəhərlər:
A) Tiflis, Bakı, Gəncə
B) Tiflis, Təbriz, Bakı
C) Naxçıvan, Təbriz, Marağa
D) Təbriz, Ərdəbil, Bakı
E) Bakı, Tiflis, Naxçıvan
10. XX əsrin əvvəllərində Şimali Azərbaycanda neft sənayesiniə kapital qoyan ölkələr:
1 - İngiltərə
2 - Yaponiya
3 - Türkiyə
4 - Fransa
5 - Hollandiya
A) 1, 4, 5
B) 1, 3, 5
C) 2, 3, 5
D) 2, 4, 5
E) 1, 2, 3
11. İstiqlal bəyannaməsinə aid olan ifadələri seçin
1 - Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir
2 - Azərbaycan Rusiyanın daxilində muxtar dövlətdir
3 - Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur
4 - Ali qanunverici orqan Zaqafqaziya seymidir
5 - Müstəqil Azərbaycanın siyasi qurulmuş forması xalq cümhuriyyətidir
A) 2, 3, 5
B) 1, 3, 5
C) 3, 4, 5
D) 2, 3, 4
E) 1, 2, 3
12. 1912 - ci il 20 dekabrda qəbul edilmiş “Qaydalar”da nəzərdə tutulurdu:
1 - Feodal - asılı münasibətlərinin möhkəmləndirilməsi
2 - Sahibkar kəndlilərinin 1913 - cü il yanvarın 1 - dən mükəlləfiyyət daşımaqdan azad olunması
3 - Sahibkar kəndlilərinin xüsusi mülkiyyəti elan edilmiş pay torpqalarının məcburi şəkildə satın alınması
4 - Meşə, çəmən və su arxlarını satın ala bilərdilər
A) 1, 2
B) 1, 3
C) 2, 4
D) 3, 4
E) 2, 3
13. I Rus inqilabı illərində Şimali Azərbaycanda baş vermiş hadisələr:
1 - Azərbaycanlılar soyqırıma məruz qaldı
2 - Bakıda ilk açıq siyasi nümayiş keçirildi
3 - Neft sənayeçiləri ilə fəhlələr arasında “Müştərək müqavilə” imzalandı
4 - Bakıda ilk nümunəvi tətil keçirildi
5 - Bakı Fəhlə Deputatları Soveti yarandı
A) 1, 3
B) 2, 4
C) 1, 5
D) 3, 4
E) 2, 5
14. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - ”Difai” partiyası
2 - ”Hümmət”təşkilatı
3 - ”Müsavat” partiyası
4 - ”Müsəlman gənclik təşkilatı”
5 - ”Müdafiə”təşkilatı
A) 1, 2, 4, 5, 3
B) 2, 4, 1, 3, 5
C) 4, 2, 1, 5, 3
D) 4, 1, 5, 3, 2
E) 5, 2, 4, 3, 1
15. Siyasi təşkilatların yaranmasının xronoloji ardıcılllığı müəyyən edin:
1 - “Hümmət” təşkilatı
2 - “Müsavat” partiyası
3 - “Ədalət” təşkilatı
A) 2, 3, 1
B) 1, 2, 3
C) 2, 1, 3
D) 1, 3, 2
E) 3, 2, 1
16. Hadisələri xronoloji ardıcıllığını göstərin:
1 - Azərbaycan müəllimlərinin I qurultayı
2 - Bakıda H. Z. Tağıyevin qız məktəbinin açılışı
3 - İlk Azərbaycan operasının tamaşaya qoyulması
4 - İlk Azərbaycan filminin yaradılması
A) 3, 1, 2, 4
B) 1, 2, 3, 4
C) 1, 4, 3, 2
D) 4, 2, 1, 3
E) 2, 1, 3, 4
17. XX əsrin əvvəllərinə aiddir:
1 - H. Z. Tağıyevin Bakıda qız məktəbi açdırması
2 - Şimali Azərbaycanda ilk rəsmi orta məktəbin açılması
3 - “Molla Nəsrəddin” jurnalinın nəşrinə başlanması
4 - Şimali Azərbaycanda qəza məktəblərinin şəhər məktəbləri ilə əvəz olunmağa başlaması
5 - Şimali Azərbaycanda ilk qiraətxanın təşkili
A) 2, 5
B) 1, 2
C) 2, 3
D) 4, 5
E) 1, 3
18. Azərbaycan müəllimlərinin I qurultayında və Rusiya müsəlmanlarının qurultaylarında türk xalqları yaşayan börgələrə aid qəbul edilmiş qərarlar hansı məsələlər haqqında idi?
1 - Yeni tipli məktəblərin yaradılması
2 - İcbari ibtidai təhsilə keçilməsi
3 - Yalnız dini təhsilə keçilməsi
4 - Türk xalqlarının siyasi muxtariyyət əldə etməsi
5 - Təhsilin ana dilində aparılması
A) 1, 2, 5
B) 2, 4, 5
C) 1, 2, 3
D) 3, 4, 5
E) 1, 2, 4
Dostları ilə paylaş: