##Fakültə: Qeyri ixtisas, əyani və qiyabi I ii kurslar üçün



Yüklə 0.69 Mb.
səhifə6/27
tarix12.08.2018
ölçüsü0.69 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

##num= 6// level= 1// sumtest=17 // name= Azərbaycanda feodal dövlətlərin yaranması(ıx –xı) //


1. IX - XI əsrlərdə kəndlilər bölünürdü:

A) Uluclara və azadlara

B) Əkərlərə və rəncbərlərə

C) Rəyyətlərə və uluclara

D) Uluclara və hampalara

E) Maaflara və azadlara

2. Səlcuq axınları nəticəsində:

A) Azərbaycan ərazisində ərəb ağalığına son qoyuldu

B) Azərbaycan ərazisində erkən feodal dövlətləri yarandı

C) Azərbaycan ərazisi Eldənizlər dövləti tərkibinə birləşdi

D) Azərbaycan türk xalqının təşəkkülü prosesi qəti olaraq başa çatdı

E) Sacilər dövlətinə son qoyuldu

3. Sultan I Toğrulun fəaliyyəti dövrünə uyğun gəlmir:

A) Şirvanşahların asılılığı qəbul etməsi

B) Mərv qurultayı

C) Paytaxtın Reyə köçürülməsi

D) Dəndənəkan döyüşü

E) İraqın tabe edilməsi

4. Şirvanşahların paytaxtı Şamaxıya köçürülməsi ilə Səlcuqların paytaxtı Reyə köçürülməsi arasında neçə il fərq var?

A) 120

B) 125

C) 134

D) 115

E) 124

5. Böyük Səlcuq imperatorluğunun XI əsrin 50 - ci illər tarixi üçün səciyyəvi idi:

A) Şirvanşahları asılı vəziyyətə salması

B) Şərqi Anadolu torpaqlarının ələ keçirilməsi

C) Rəvvadiləri özlərindən asılı vəziyyətə salması

D) Cənubi Qafqaza yürüşlərin başlanması

E) Paytaxtın İsfahana köçürülməsi

6. Göstərilən şəhərlərdən IX - XI əsrlərdə paytaxt olanı deyil:

A) Təbriz

B) Şamaxı

C) Naxçıvan

D) Gəncə

E) Ərdəbil

7. Səlcuqların yürüşü zamanı Azərbaycanda mövcud olmuş dövlətlər:

1 - Atabəylər

2 - Ağsunqurilər

3 - Rəvvadilər

4 - Şəddadilər

5 - Sacilər

6 - Şirvanşahlar

A) 1, 4, 6

B) 2, 3, 5

C) 3, 5, 6

D) 3, 4, 6

E) 1, 2, 5

8. IX - XII əsrlərin abidələrini göstərin:

1 - Gəncənin dəmir qapıları

2 - Araz çayı üzərində Xudafərin körpüsü

3 - Marağada Göy kümbəz

4 - Naxçıvan yaxınlığında Gülüstan türbəsi

5 - Bakıda Qız qalası

6 - Şam - qazan rəsədxanası

A) 2, 3, 4, 6

B) 1, 2, 4, 5

C) 1, 3, 5, 6

D) 1, 2, 3, 5

E) 2, 3, 5, 6

9. XI əsrin 60 - cı illərinə aiddir:

1 - Dəbil əmirliyinin yaranması

2 - Alanların Azərbaycana soxulması

3 - Şəddadilər dövlətinin yaranması

4 - Gəncə qapılarının düzəldilməsi

5 - Oğuzların Rəvvadilər dövlətinə köç etməsi

A) 3, 4

B) 1, 3

C) 2, 3

D) 2, 4

E) 1, 2

10. IX - XI əsrlərdə Azərbaycana edilən yadelli basqınların qarşısının alınmasını çətinləşdirən amillər:

1 - Natural təsərrüfatın dağılması

2 - Vahid dövlətin olmaması

3 - Feodal pərakəndəliyi

4 - Mərkəzləşmiş dövlətin yaranması

5 - Siyasi hərc - mərclik

6 - Sosial bərabərliyin olması

A) 1, 2, 3

B) 2, 3, 5

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 3

11. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Lahıcanşahlığın Şirvanşahlara birləşdirilməsi

2 - Şirvanın müstəqil dövlət elan edilməsi

3 - Dərbənd əmirliyinin Şirvanşahlara birləşdirilməsi

A) 1, 2, 3

B) 2, 3, 1

C) 3, 1, 2

D) 2, 1, 3

E) 1, 3, 2

12. Xronoloji ardıcıllıq gözlənilmiş:

1 - Şirvanşahlar dövlətinin yaranması

2 - Dərbənd əmirliyinin Şirvanşahlara birləşdirilməsi

3 - Lahicanşahlığın Şirvanşahlığa birləşdirilməsi

4 - Paytaxtın Şamaxıya köçürülməsi

A) 1, 3, 4, 2

B) 1, 4, 3, 2

C) 1, 2, 3, 4

D) 2, 1, 4, 3

E) 3, 2, 1, 4

13. Xronoloji ardıcıllığı düzün:

1 - Səlcuqların Bağdadı tutması

2 - Rəvvadilərin tabe edilməsi

3 - İlk Səlcuq dövlətinin yaranması

4 - Dəndənəkan döyüşü

5 - Şirvanşahların Səlcuqlardan asılılığı qəbul etməsi

A) 2, 3, 4, 1, 5

B) 3, 4, 1, 2, 5

C) 4, 3, 2, 5, 1

D) 3, 4, 2, 1, 5

E) 4, 2, 3, 5, 1

14. Xronoloji ardıcıllığı müəyyən edin:

1 - Xudafərin körpüsünün inşa edilməsi

2 - Şirvanşahlar dövlətinin yaranması

3 - Slavyanların Bərdəni qarət etməsi

4 - Rəvvadilər dövlətinin yaranması

A) 2, 3, 4, 1

B) 2, 3, 1, 4

C) 2, 4, 3, 1

D) 1, 2, 3, 4

E) 3, 2, 4, 1

15. Uyğun variantı seçin:

I - Salarilər dövləti

II - Sacilər dövləti

III - Şirvanşahlar dövləti

IV - Rəvvadilər dövləti

1 - Paytaxtın Yezidiyyə adlanması

2 - Paytaxtın Marağa və Ərdəbil olması

3 - Paytaxtın Təbriz olması

4 - Dərbənddən Dəclə və Fərat çaylarına qədər əraziyə sahib olması

A) I - 4, II – 2, III – 3, IV – 1

B) I – 4, II – 2, III – 1, IV – 3

C) I – 2, II – 4, III – 1, IV – 3

D) I – 3, II – 2, III – 1, IV – 4

E) I – 1, II - 3, III – 4, IV – 2

16. Uyğun variantı müəyyən edin:

I - Əbu Saç Divdad

II - Məhəmməd ibn Yezid

III - Heysam ibn Xalid

IV - Mərzban ibn Məhəmməd

1 - 859 - cu ildə iqamətgahını Gəncəyə köçürdü

2 - Şirvanşah titulunu qəbul etdi

3 - Məşhur türk sərkədəsi idi

4 - “Qanunnamə” qəbul etdi

A) I – 3, II – 1, III – 2, IV – 4

B) I – 3, II – 2, III – 4, IV – 1

C) I – 1, II – 3, III – 4, IV – 2

D) I – 4, II – 3, III – 2, IV – 1

E) I – 2, II – 4, III – 1, IV - 3

17. Uyğun variantı müəyyən edin:

I - Rəvvadilər

II - Sacilər

III - Şəddadilər

IV - Şirvanşahlar

1 - Paytaxt Marağa

2 - Paytaxt Yezidiyyə

3 - Paytaxt Təbriz

4 - Paytaxt Gəncə

A) I - 3, II - 2, III - 4, IV - 1

B) I - 3, II - 1, III - 4, IV - 2

C) I - 2, II - 3, III - 1, IV - 4

D) I - 3, II - 1, III - 2, IV - 4

E) I - 4, II - 2, III - 3, IV - 1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə