|
##num= 8// level= 1// sumtest=16 // name= Azərbaycanda monqol əsarəti. Hülakülər //
|
səhifə | 8/27 | tarix | 12.08.2018 | ölçüsü | 0,69 Mb. | | #70454 |
| ##num= 8// level= 1// sumtest=16 // name= Azərbaycanda monqol əsarəti. Hülakülər //
1. Azərbaycana monqolların birinci yürüşündən fərqli olaraq Xarəzmşah Cəlaləddin:
A) Təbriz və Gəncə şəhərlərini işğal etmişdir
B) Atabəylər dövlətini vassal vəziyyətinə salmışdır
C) Şirvanşahlar dövlətini süquta uğratmışdır
D) Gəncə şəhərindən xərac almaqla şəhərə toxunmamışdır
E) Gəncə əhalisinə vədlər verməklə üsyanın qarşısını almışdır
2. Monqolların III yürüşünə aid deyil:
A) Bağdad şəhərinin tutulması
B) Paytaxtın Marağa olması
C) Azərbaycanın tabe edilməsi
D) Abbasilər xilafətinin süqut etməsi
E) Şirvanşahlar dövlətinə son qoyulması
3. Eyni əsrdə baş vermişdir:
A) Monqolların Abbasilər xilafətini süquta uğratması, Qızıl Ordu xanlarının Azərbaycana ilk yürüşü
B) Monqolların Şirvanşahlar dövlətini tabe etməsi, osmanlıların Cənubi Qafqaza ilk yürüşü
C) Səlcuqların Bağdadı tutması, Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü
D) Hülakülər və Cəlairilər dövlətinin yaranması
E) Şənbi - Qazan və Mərv döyüşləri
4. Monqolların Azərbaycanın işğalını başa çatdırmasından neçə il əvvəl Səlcuq dövləti Azərbaycanı bütünlüklə imperatorluğun tərkibinə qatmışdı?
A) 175
B) 167
C) 163
D) 186
E) 173
5. 1239 - 1256 - cı illərdə Azərbaycan və Cənubi Qafqazı idarə etmişdir.
A) Ali monqol xaqanının canişini
B) Ərəb xəlifəsinin təyin etdiyi əmir.
C) Qızıl Ordu xanı
D) Səlcuq sultanı
E) Müstəqil yerli hakimlər
6. 1357 - ci ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana yürüşünün əsas nəticəsi:
A) Cəlairilərin hakimiyyətinə son qoyuldu.
B) Çobanilər sülaləsinin hakimiyyəti bərpa olundu.
C) Hülakilər dövləti süqut etdi.
D) Elxanilər dövləti yarandı.
E) Azərbaycanda Atabəylərin hakimiyyəti bərpa oldu
7. Yürüşdə monqolları dəf etməyə imkan vermədi:
A) Feodal pərakəndəliyi
B) Mərkəzləşmiş dövlətin olması
C) Ərəblərin Azərbaycana hucumu
D) Slavyanların Azərbaycana basqını
E) Xalq üsyanları
8. Monqolların I yürüşü ilə II yürüşü arasında Azərbaycan hücümuna məruz qaldı:
A) Slavyanların
B) Xarəzmşah Cəlaləddinin
C) Xəzərlərin
D) Toxtamışın
E) Teymurilərin
9. XIII əsrin 50 - ci illərində Azərbaycan tarixinə aiddir:
1 - Əhalinin siyahıya alınması
2 - Kəndlilərin torpağa təhkim edilməsi
3 - Hülakülər dövlətinin yaranması
4 - Elxan titulunun qəbul edilməsi
5 - Monqolların II yürüşünün başa çatması
A) 1, 3
B) 2, 3
C) 3, 4
D) 2, 5
E) 1, 4
10. Qazan xana aid deyil:
1 - Yerli əhalinin sıxışdırılması
2 - Kəndlilərin torpağa təhkim edilməsi
3 - İslam dininin qəbul edilməsi
4 - Marağa rəsədxanasının açılması
5 - Çaonun tədavülə buraxılması
A) 2, 4, 5
B) 1, 4, 5
C) 1, 2, 5
D) 2, 3, 4
E) 2, 3, 5
11. Hülakü dövlətinə aid olan memarlıq abidəsini müəyyən edin:
1 - Gülüstan türbəsi
2 - Təbrizdə “Göy məscid”
3 - Bərdə türbəsi
4 - Gülüstan qalası
5 - Olcayt Xudabəndənin türbəsi
A) 1, 2, 5
B) 2, 3, 4
C) 3, 4, 5
D) 1, 3, 4
E) 1, 3, 5
12. Göstərilənlərdən vergi növü deyil:
1 - Tamğa
2 - İncu
3 - Malcəhət
4 - Qəbalə
5 - Xüms
6 - Dastakert
A) 2, 3, 4
B) 2, 3, 6
C) 1, 3, 5
D) 2, 4, 6
E) 1, 2, 5
13. Birinci yürüş zamanı monqolların ələ keçirə bilmədiyi Azərbaycan şəhərləri:
1 - Beyləqan
2 - Təbriz
3 - Marağa
4 - Gəncə
5 - Şamaxı
6 - Dərbənd
A) 4, 5, 6
B) 1, 2, 3
C) 2, 4, 6
D) 2, 3, 5
E) 1, 4, 5
14. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Xəzər dənizinin yaxınlığında Mahmudabad şəhərinin inşa edilməsi
2 - Şamaxı yaxınlığında Gülüstan qalasının tikilməsi
3 - Təbrizdə “Göy məscid”in tikilməsi
4 - Marağa rəsədxanasının inşa edilməsi
A) 2, 4, 1, 3
B) 1, 2, 3, 4
C) 2, 1, 4, 3
D) 3, 1, 2, 4
E) 4, 3, 1, 2
15. Uyğun variantı müəyyən edin:
I - Qazan xan
II - Hülakü xan
III - Keyxatu xan
IV - Arqun ağa
1 - Çao adlı kağız pul buraxdı
2 - Bütün kişiləri (on yaş, altımış yaş arası) siyahiyə alındı
3 - Elxanilər dövlətinin əsasını qoydu
4 - İslam dinini qəbul etdi
A) I – 4, II – 3, III – 1, IV – 2
B) I – 4, II – 2, III – 3, IV – 1
C) I – 3, II – 1, III – 2, IV – 4
D) I – 2, II – 1, III – 4, IV – 3
E) I – 4, II – 3, III – 2, IV – 1
16. Uyğun variantı müəyyən edin:
I - Qopcur
II - Tamğa
III - İncu
IV - Bayrat
1 - Hökmdar və xan nəslinə məxsus torpaq
2 - İstifadəsiz qalmış torpaq
3 - Şəhər sənətkarlarından və tacirlərdən alınan vergi
4 - Bu vergi ilk dövrdə otlaqlardan istifadəyə görə köçəri maldarlardan alınırdı
A) İ – 3, II – 1, III – 2, IV – 4
B) I – 4, II – 3, III – 2, IV – 1
C) I – 4, II – 3, III – 1, IV – 2
D) I – 2, II – 3, III – 4, IV – 1
E) I – 1, II – 4, III – 3, IV – 2
Dostları ilə paylaş: |
|
|