##Fakültə: Qeyri ixtisas, əyani və qiyabi I ii kurslar üçün


##num= 10// level= 1// sumtest=17 // name= Azərbaycan Səfəvilər dövləti xxx //



Yüklə 0,69 Mb.
səhifə10/27
tarix12.08.2018
ölçüsü0,69 Mb.
#70454
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

##num= 10// level= 1// sumtest=17 // name= Azərbaycan Səfəvilər dövləti xxx //


1. 1510 - ci il Mərv döyüşü nəticəsində Şah I İsmayıl:

A) Herat, Mərv, Bəlx şəhəri daxil olmaqla Xorasana yiyələndi

B) Xorasan istisna olmaqla bütün İran və İraqa yiyələndi

C) Amu - Dəryadan Fərat çayınadək ərazi I İsmayılın nəzarətindən çıxdı

D) Diyarbəkir, Xilat, Bidlis, Ərəb İraqı Səfəvilərin tabeliyinə keçdi

E) Şirvan və Cənubi Azərbaycana yiyələndi

2. Qoçhisar döyüşünün nəticələri:

A) Şirvan və Ərəb İraqı Osmanlılara keçdi

B) Xoy, Mərənd və Təbrizi Səfəvilər Osmanlılara güzəştə getdi

C) Şimalda Xarput və cənubda Bitlisdən Rakkiyə qədər ərazilər Osmanlılara keçdi.

D) Osmanlılar məğlub oldu

E) Səfəvilər qalib gəldi, Təbrizi geri qaytardılar

3. I Şah Təhmasib tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan neçə il sonra Şəki hakimliyi ləğv edildi.

A) 13

B) 18

C) 14

D) 16

E) 10

4. XV əsrin memarlıq abidələri:

1 - Marağa rəsədxanası

2 - Şirvanşahlar sarayı

3 - Möminə Xatun türbəsi

4 - Təbrizdə “Göy məscid”

5 - Həşt - behişt” kompleksi

6 - Qiz qalası

A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 4

D) 2, 4, 6

E) 3, 4, 5

5. Səfəvi dövlətinə aid olanları seçin.

1 - 1501 - ci ildə yaranmışdır.

2 - Ərazisi yalnız Şimali Azərbaycanı əhatə edirdi.

3 - İlk paytaxtı Təbriz olmuşdur.

4 - Ordu fars tayfalardan toplanırdı.

5 - Sülalənin əsasını Şeyx Heydər qoymuşdur.

A) 1, 2

B) 2, 4

C) 4, 5

D) 1, 3

E) 2, 5

6. Səfəvilərlə bağlı döyüşlər:

1 - Samurçayı

2 - Malatya

3 - Cabani

4 - Tərcan

5 - Şərur

A) 2, 3, 4

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 3, 5

E) 1, 4, 5

7. Mərkəzləşmiş Azərbaycan Səfəvilər dövlətinə aiddir?

1 - Əhalisinin çoxunu Azərbaycan türkləri təşkil edirdi.

2 - Azərbaycan türkləri dövlətin siyasi həyatında rəhbər rol oynayırdı və paytaxtı Təbriz şəhəri idi.

3 - Şah sarayında, qoşunda, diplomatik yazışmalarda yalnız Azərbaycan dili işlədilirdi.

4 - Təsərrüfatın inkişafı üçün əlverişli şərait yarandı, ərazi bütövlüyümüz bərpa edildi.

5 - Tarixi torpaqlarımızı vahid və qüdrətli dövlətdə birləşdirmək mümkün olmadı.

A) 1, 2, 4

B) 1, 3, 4

C) 2, 3, 4

D) 2, 4, 5

E) 1, 3, 5

8. 1500 - cü ilin payızında baş vermiş Cabani döyüşünün nəticələrinə aiddir:

1 - Şirvanşahlar məğlub oldular və Fərrux Yasar öldürüldü.

2 - Şirvanşah Fərrux Yaşar həlledici döyüşdə məğlub oldu və Gülüstan qalasına qaçdı.

3 - Qızılbaşlar, Şirvanşahların xəzinəsinin bir hissəsini ələ keçirdilər.

4 - Hər iki tərəf çoxlu itgi verdi və qızılbaşlar qalib gələ bilmədilər.

A) 2, 4

B) 1, 2

C) 2, 3

D) 3, 4

E) 1, 3

9. 1514 - cü ildə baş vermişdir:

1 - Səfəvi diplomatı Əli bəyin İtaliyaya getməsi.

2 - Sultan Səlimin hakimiyyətə gəlməsi.

3 - Ədirnədə fövqaladə divan keçirilməsi.

4 - Çaldıran vuruşması.

5 - Qoçhisar döyüşü.

A) 1, 3

B) 1, 4

C) 4, 5

D) 3, 4

E) 2, 4

10. Uzun Həsən, Şah İsmayıl və Şah Abbasın oxşar cəhətləri:

1 - Hər üçü Səfəvi hökmdarları olmuşlar.

2 - Hər üçü Osmanlılarla müharibə aparmışlar.

3 - Hər üçü Təbrizi paytaxt etmişlər.

4 - Hər üçü Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaratmışlar.

A) 1, 2

B) 2, 4

C) 3, 4

D) 2, 3

E) 1, 4

11. Amasiya sülhünün nəticələri:

1 - Osmanlı - Səfəvi müharibəsinin 1 - ci mərhələsinə yekun vurdu.

2 - Azərbaycan torpaqları Osmanlılara verildi

3 - Şərqi Ermənistan və Şərqi Gürcüstan Səfəvilərə verildi

4 – Şirvan, Şəki müstəqillik qazandı

5 - Qərbi Gürcüstan və Qərbi Ermənistan Səfəvilərə verildi

A) 1, 3

B) 2, 4

C) 4, 5

D) 1, 2

E) 3, 4

12. Çaldıran döyüşündə Şah I İsmayılın məğlubiyyət səbəbləri:

1 - I Şah İsmayılın özünə həddindən artıq güvənməsi

2 - Avropalı müttəfiqlərinin kömək etməsi

3 - I İsmayılın canlı qüvvəsinin azlığı

4 - I İsmayılın sərkərdələrinin bir hissəsinin xəyanəti

5 - Osmanlıların toplardan səmərəli istifadə etməsi

A) 2, 3, 4

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 4, 5

E) 1, 2, 4

13. Səfəvilərin iştirak etdiyi döyüşlərin xronoloji ardıcıllığını müyyən edin:

1 - Mərv

2 - Şəməsi

3 - Almaqulağı

4 - Cabani

5 - Əhər - Meşkin

A) 4, 1, 2, 5, 3

B) 2, 5, 4, 3, 1

C) 2, 5, 1, 4, 3

D) 4, 3, 5, 2, 1

E) 5, 2, 4, 3, 1

14. Xronoloji arjdıcıllığı müəyyən edin:

1 - I Sultan Süleymanın Təbrizi ikinci dəfə ələ keçirməsi.

2 - I Şah Təhmasib Tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulması.

3 - Amasiya sülhü.

4 - İstanbul sülhü.

5 - Çaldıran döyüşü

A) 3, 2, 1, 4, 5

B) 5, 2, 1, 3, 4

C) 1, 5, 3, 4, 2

D) 4, 5, 1, 2, 3

E) 5, 1, 2, 3, 4

15. Uyğun variantı tapın:

I - Şeyx Səfiəddin

II - Şeyx Cüneyd

III - Şeyx Heydər

IV - Seyx Sultanəli

1 - Səfəvilər sülaləsində ilk dəfə 12 imamın şərəfinə 12 zolaqlı qırmızı çalma qoyuldu

2 - Səfəvilər sülaləsinin əsasını qoymuşdur

3 - Şəməsi döyüşündə öldürülmüşdür

4 - 1460 - cı ildə Şirvan və Dağıstana yürüş etmişdir

A) I – 2, II – 4, III – 1, IV – 3

B) I – 3, II – 4, III – 1, IV – 2

C) I – 2, II – 4, III – 3, IV – 1

D) I – 4, II – 3. III – 2, IV – 1

E) I – 2, II – 1, III – 4, IV – 3

16. 1488 - ci ildə Tabasaranda döyüş hansı tərəflər arasında olmuşdur:

A) Ağqoyunlu və Qaraqoyunlu ilə Teymurilər

B) Ağqoyunlu - Şirvanşahlar

C) Ağqoyunlu - Qaraqoyunlu

D) Qızılbaşlarla - Şirvanşahlar

E) Ağqoyunlu və Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaşlar

17. Uyğun variantı seçin:

I. Cabani döyüşü

II. Şərur döyüşü

III. Almaqulağı döyüşü

IV. Mərv döyüşü

1 - Ağqoyuluların ikinci qoluna son qoyulmuşdur

2 - Əlvənd Mirzə məğlub olub, Ərzincana qaçmışdır

3 - Şirvanşahlar məğlub olub, Fərrux Yasər öldürüldü

4 - Şah İsmayil qalib gəlib, Şeybani xan öldürüldü

A) I – 3, II – 2, III – 1, IV – 4

B) I – 2, II – 3, III – 4, IV – 1

C) I – 4, II – 1, III – 2, IV – 3

D) I – 3, II – 2, III – 4, IV – 1

E) I – 1, II – 4, III – 3, IV – 2

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin