|
##num= 20// level= 1// sumtest=17 // name= Azərbaycan I Dünya müharibəsi və fevral inqilabı günlərində //
|
səhifə | 20/27 | tarix | 12.08.2018 | ölçüsü | 0,69 Mb. | | #70454 |
| ##num= 20// level= 1// sumtest=17 // name= Azərbaycan I Dünya müharibəsi və fevral inqilabı günlərində //
1. Birinci Dünya müharibəsi ərəfəsi və müharibə dövründə Bakı nefti uğrunda mübarizədə Almaniyanın müttəfiqi:
A) Rusiya
B) İran
C) İtaliya
D) Türkiyə
E) İsveç
2. ”Müqəddəs Georgi” ordeninin 4 dərəcəsinə də layiq görülmüş azərbaycanlı:
A) Əli ağa Şıxlinski
B) Səməd bəy Mehmandarov
C) Fərruğ ağa Qayıbov
D) Qalib Vəkilov
E) Tərlan Əliyarbəyov
3. Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi tədbirlərə aid deyil:
A) Azərbaycan Xalq Cümhuriyyətini milli hökumət kimi tanıdı
B) Bakıda Sovet Rusiyası nümunəsində yeni sovet orqanları yaratdı
C) Xəzər Ticarət Donanmasını milliləşdirdi
D) Daxili İşlər Komissarlığı yanında hərbi tribunal təsis edildi
E) Sovet Rusiyasına 1 milyon 300 min ton neft və neft məhsulları göndərdi
4. Azərbaycanın 1918 - ci il mayın 28 - də qəbul edilmiş «İstiqbal Bəyannaməsi» elan olundu:
A) Tiflisdə Musavat partiyasının geniş konfransında
B) Gəncədə Ümumazərbaycan nümayəndələrinin müşavirəsində
C) Tiflisdə Azərbaycan Milli Şurasının iclasında
D) Bakıda, Ümumrusiya müsəlmanlar qurultayı
E) Tiflisdə, Cənubi Qafqaz müsəlmanları qurultayında
5. Azərbaycan Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçürüldü:
A) 1918 - ci ilin 17 sentyabrında Azərbaycan - Türk ordusu tərəfindən Bakının azad edilməsi nəticəsində
B) Sovet hökumətinin silahlı qüvvələri Bakını tutduqdan sonra
C) Paris sulh konfransının çıxardığı qərara əsasən
D) Ərzincan barışığına əsasən
E) 1918 - ci il Alman - Rus sazişinə əsasən
6. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində başlıca istiqamət
A) Beynəlxalq miqyasda AXC - nin müstəqil dövlət kimi tanıtmaq
B) Türkiyə ilə hərbi və siyasi ittifaq yaratmaq
C) Rusiya ilə iqtisadi və siyasi ittifaq yaratmaq
D) Gürcüstan və Ermənistanla Denikinə qarşı pakt bağlamaq
E) Ermənistana qarşı hərbi ittifaq yaratmaq
7. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda əsas rol oynamışdır:
A) Daxildə bolşevik qiyamı, Denikinin təcavüzü
B) Rusiyanın hərbi müdaxiləsi
C) Qarabağda erməni qiyamı və İranın hərbi müdaxiləsi
D) Ermənistanın hərbi müdaxiləsi və Muğanda malakan qiyamı
E) Antantanın hərbi, siyasi, iqtisadi təzyiqləri
8. Qanunauyğunluq pozulmuşdur:
A) Nuru paşa – Sentrakaspi hökumətinə yardım etdi
B) M. Rəsulzadə – Milli Şuranın sədri idi
C) Ə. Topçubaşov – parlamentin sədri idi
D) S. Mehmandarov – hərbi naziri idi
E) F. X. Xoyski – Cümhuriyyətin Nazirlər Şurasının ilk sədri idi
9. Xüsusi Zaqafqaziya Komitəsi devrildi:
A) 1918 - ci il mart soyqırımı nəticəsində
B) 1917 - ci il oktyabr çevrilişindən sonra
C) Zaqafqaziya seyminin yaradılmasından sonra
D) 1917 - ci ilin dekabrında Ərzincan müqaviləsindən sonra
E) AXC - nin yaradılması
10. Zaqafqaziya seyminin fəaliyyəti dövründə yaradılmışdır:
A) Xüsusi Zaqafqaziya Komitəsi
B) Cənubi Qafqaz Federativ Respublikası
C) Zaqafqaziya Sovet Federativ Respublikası
D) Ümumqafqaz Müsəlman məclisi
E) Müvəqqəti hökumət
11. Bakıda ilk erməni müsəlman qırğınından neçə il sonra Mart soyqırımı baş vermişdir?
A) 6
B) 10
C) 24
D) 4
E) 13
12. I Dünya müharibəsində işitrak etmiş Azərbaycan generalları:
A) Ə. Şıxlinski, S. Mehmandarov, İ. Vəkilov, H. Naxçıvanski
B) İ. Vəkilov, S. Mehmandarov, N. Yusifbəli, B. Kəngərli
C) A. Vəkilov, F. Qayıbov, T. Əliyarbəyov, T. Novruzov
D) H. Mahmudbəyov, Ə. Haqverdiyev, N. Aslanov, M. Hüseynzadə
E) H. Əliyev, Ə. Cəbrayılov, C. Naxçıvanski, F. Qayıbov
13. 1917 - ci ilə aid olan hadisələri müəyyən edin:
1 - Bakida Qafqaz müsəlmanları qurultayının keçirilməsi
2 - Müsavat Partiyasının I qurultayının keçirilməsi
3 - Bakı Sovetinə seçkilərin keçirilməsi
4 - Bakıda N. Z. Tağıyevin qız məktəbinin açılması
5 - Müsavat Partiyasının əsasının qoyulması
A) 2, 3, 4
B) 1, 4, 5
C) 1, 2, 3
D) 3, 4, 5
E) 2, 3, 5
14. “Müqəddəs Georgi” ordenininin 4 dərəcəsinə də layiq görülmüş azərbaycanlı:
1 - İbrahim ağa Vəkilov
2 - Qalib Vəkilov
3 - Teymur Novruzov
4 - Fərrux ağa Qayıbov
5 - Tərlan Əliyarbəyov
A) 2, 3
B) 1, 3
C) 2, 5
D) 2, 4
E) 3, 5
15. Xronoloji ardıcıllığı müəyyən edin:
1 - Parisdə ABŞ prezidenti tərəfindən Azərbaycan nümayəndə heyətinin qəbulu
2 - Azərbaycan parlamentinin açılması
3 - AXC - nin Paris sülh konfransından de - fakto tanınması
4 - Zaqafqaziya seyminin yaradılması
5 - 1918 - ci il mart soyqırımı
A) 5, 4, 3, 2, 1
B) 4, 2, 5, 3, 1
C) 5, 4, 2, 1, 3
D) 3, 4, 5, 1, 2
E) 4, 5, 2, 1, 3
16. Uyğunluq gözlənilib:
A) Ə. Topçubaşov - AXC - də parlamentin sədri idi
B) F. Xoyski - AXC - də ilk Xarici İşlər naziri idi
C) M. Rəsulzadə – AXC - də ilk Nazirlər Şurasının sədri idi
D) 1920 - ci ilin mayın 28 - də Zaqafqaziya Seymi buraxıldı
E) 1918 - ci ilin mayında Bakı Xalq Komissarları Soveti yaranmışdır
17. Moskvada Ümumrusiya müsəlmanları qurultayında M. Ə. Rəsulzadənin təklifi ilə nümayəndələrin böyük əksəriyyəti tərəfdar çıxdı:
1 - Rusiyanın təcili olaraq Birinci Dünya müharibəsindən çıxmasına
2 - Rusiyanın demokratik federativ respublikaya çevrilməsinə
3 - Türk xalqları üçün milli - məhəlli muxtariyyət verilməsinə
4 - Rusiyanın konstitusiyalı monarxiyasına çevrilməsinə
5 - Türk xalqlarının Rusiyanın tərkibindən çıxmasına
A) 4, 5
B) 2, 5
C) 1, 4
D) 2, 3
E) 1, 3
Dostları ilə paylaş: |
|
|