Fakültə: sabah qrupları İxtisas: İqtisadiyyat buraxili ş İ Ş İ



Yüklə 138,52 Kb.
səhifə1/14
tarix30.03.2023
ölçüsü138,52 Kb.
#124552
  1   2   3   4   5   6   7   8   9   ...   14
M-hvi-Billur-

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti



Fakültə: SABAH qrupları
İxtisas: İqtisadiyyat


B U R A X I L I Ş İ Ş İ

Mövzu: Azərbaycan sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi yolları
Kurs: IV
Qrup: S2_İQT1
Tələbə: Məhvi Billurə Məhyar
Elmi rəhbər: Rzayev Rafael


Bakı 2018


Mündəricat
Giriş
Fəsil 1.Sənayenin rəqabət qabiliyyətinin nəzəri və metodoloji əsasları
1.1. Sənayenin rəqabət qabiliyyətinin mahiyyəti
1.2. Sənayenin rəqabət qabiliyyətinə təsir edən amillər
Fəsil 2. Azərbaycanda sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas istiqamətləri
2.1. Ölkə sənayesinin texniki-iqtisadi səviyyəsinin yüksəldilməsi
2.2. Sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsində dövlətin rolu
Nəticə
Ədəbiyyat
Giriş
Mövzunun aktuallığıBazar münasibətlərinə keçid həm milli iqtisadiyyatda, həm də cəmiyyət həyatının bir çox tərəflərinə təsir göstərməklə, mühüm dəyişikliklərə səbəb olmuşdur. Bu şəraitdə ölkədə iqtisadi subyektlərin fəaliyyət qaydaları və inkişaf ın idarə olunması və tənzimlənməsi mexanizmi dəyişmişdir. Keçid dövrünün ilk vaxtlarında milli iqtisadiyyatda ciddi dərəcədə geriləmələrin olması onun rəqabət qabiliyyətinin artırılması sahəsində əsaslı tədbirlər təşkil etmək imkanlarını azaltmışdır.
Son illərdə Azərbaycanda neft strategiyasının uğurla həyata keçirilməsi yüksək iqtisadi artımı təmin etmişdir. Bu artım daha çox neft amili hesabına təmin olduğuna görə, onun keyfiyyəti və stabilliyi yüksək deyildir. Bu səbəbdən, ölkədə qeyri-neft sektorunun rəqabət qabiliyyətinin səviyyəsinin yüksəldilməsi və onun rəqabət üstünlüklərini formalaşdıran amillərin araşdırılıb üzə çıxarılmasının mühüm əhəmiyyəti vardır.
İstənilən ölkənin stabil iqtisadi inkişaf ının təmin edilməsində sənayenin inkişaf səviyyəsi mühüm rol oynayır. Çünki sənayenin inkişaf ı cəmiyyətin bir sıra bir biri ilə bağlı olan tərəflərinin inkişaf ını tələb edir. Bu tərəflərin inkişaf səviyyəsindən asılı olaraq ölkədəki sənayenin rəqabət qabiliyyəti formalaşır.
Məhz bu səbəblərdən, sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi yollarının araşdırılması, təklif və tövsiyələrin hazırlanması ölkə iqtisadiyyatının inkişaf ın müasir mərhələsində mühüm əhəmiyyət kəsb edir.

Yüklə 138,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin