##Fakültənin adı : Kimya və biologiya ##İxtisas: Kimya, kimya və biologiya müəllimliyi


##num=8//level=1//sumtest=11//name=42 Fəal/interaktiv təlim. Kimyadan fəal dərsin planlaşdırılması və keçirilməsi metodikası



Yüklə 0,9 Mb.
səhifə8/13
tarix07.01.2022
ölçüsü0,9 Mb.
#89918
1   ...   5   6   7   8   9   10   11   12   13
##num=8//level=1//sumtest=11//name=42 Fəal/interaktiv təlim. Kimyadan fəal dərsin planlaşdırılması və keçirilməsi metodikası

1. "Beyin həmləsi” nədir?

A) Təlim üsulu

B) Dərs nümunəsi

C) Təlim forması

D) Dərs forması

E) Dərs mövzusu

2. Biri fəal dərsin mərhələsidir.

A) İş vərəqlərinin hazırlanması

B) Qrup işinin təşkili

C) Məlumat mübadiləsi

D) Veb - resurslardan istifadə

E) Şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşdırılması.

3. Bu üsulda müəllim tərəfindən lövhədə və ya iş vərəqlərinə dairə çəkilir və onun

mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə

tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz, onunla əlaqəli

sözlər xəttlərlə birləşdirilir. Haqqında danışılan təlim üsulunu hansıdır?

A) Klaster

B) Ziqzaq

C) Akvarium

D) Venn diaqramı

E) Auksion

4. Əşya və ya hadisələri muqayisə etmək, onların oxşar və fərqli cəhətlərini

müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur. Haqqında danışılan üsul

hansıdır?

A) Venn diaqramı

B) Ziqzaq

C) Karusel

D) BİBÖ

E) Akvarium

5. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu, təlim forması şagirdin sərbəst duşunməsi üçün real imkanlar yaradır. Qeyd olunan fikirlər ,təlimin təşkilinin hansı formasına aiddir?

A) Fərdi iş

B) Karusel

C) Qruplarla iş

D) BİBÖ

E) Cütlərlə iş

6. Dərsdən əvvəl iri ,ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim

Qruplaramüxtəlif sual yazılmış bir kağız verir.Qrup üzvləri sualı oxuyur və bir cavab yazır.Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür.Sizcə fəal təlimin hansı üsulundan söhbət gedir ?

A) Klaster

B) Ziqzaq

C) Karusel

D) Akvarium

E) Auksion

7. Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə

daha yaxından əməkdaşlıq etməyə və unsiyyət qurmağa, məsuliyyəti bölüşməyə

optimal imkan yaradır. Qeyd olunan fikirlər təlimin təşkilinin hansı formasına aiddir?

A) Cütlərlə iş

B) Karusel

C) Kollektivlə iş

D) Fərdi iş

E) BİBÖ

8. Aşağıdakılardan biri ənənəvi təhsilə aid deyil.

A) Nəticəyönümlüdür

B) Müəllimyönümlüdür

C) Təklifyönümlüdür

D) Bilikyönümlüdür

E) Fənyönümlüdür

9. Aşağıdakılardan hansı fəal dərsin iş formasıdır?

A) Cütlərlə iş

B) Sinifdən kənar iş

C) Valideynlə birlikdə iş

D) Məkdəbdən kənarda iş

E) Müəllimin köməkliyi ilə iş

10. Oksigen və ozonu müqayisə etdikdə fəal təlimin hansı üsulundan istifadə etmək

olar?

A) Venn diaqramı



B) Anlayışların çıxarılması

C) Problemli vəziyyət

D) Diskusiya

E) Beyin həmləsi

11. Fənn kurikulumunun təlim strategiyaları bölməsi hansı məsələləri əhatə edir?

A) məzmun standartları, təlim usulları və qiymətləndirmə standartları .

B) təlimin forma və usulları, təlimin təşkilinə verilən tələblər və təlim fəaliyyətinin

planlaşdırılması.

C) təlimin təşkilinə verilən tələblər, təlim fəaliyyətinin planlaşdırılması və məktəbdaxili

qiymətləndirmə .

D) təlim nəticələri, forma v üsullar, təlimin təşkilinə verilən tələblər .

E) forma və üsulların təkmilləşdirilməsi barədə tövsiyələr .

12. Təlim üsullarını seçin

1 – Müzakirə

2 – Qeyri - standart dərs

3 – Beyin həmləsi

4 – Kiçik qruplarla iş

5 – Venn diaqramı

6 – Debatlar

7 – Kiçik qruplarla iş

8 – Şaxələndirmə

9 – Fərdi iş

A) 2, 4, 5, 6, 9

B) 1, 2, 4, 7, 9

C) 1, 2, 4, 6, 7

D) 1, 3, 5, 6, 8

E) 2, 3, 4, 6, 8

13. Fəal təlimin səciyyəvi xüsusiyyətləri hansılardır?

1 – Müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyasının yaradılması

2 – Müəllimin maksimum bilik verməsi

3 – Problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin

stimullaşdırılması

4 – Problemin həlli zamanı müəllimin mövqeyininin üstün olması

5 – Şagirdlər üçün yeni və zəruri olan biliklərin kəışfi üçün şəraitin yaradılması

6 – Şagirdlərin dərslikdəki matareialları dərindən mənimsəmələri üçün şəraitin

yaradılması

A) 2, 3, 4

B) 2, 4, 6

C) 1, 4, 6

D) 1, 3, 5

E) 2, 4, 5

14. Təlim formaları hansılardır?

1 – Müzakirə

2 – Kollektivlə

3 – Beyin həmləsi

4– Kiçik qruplarla iş

5– Debatlar

6–Fərdi


7– Şaxələndirmə

A) 1,3,5,7

B) 2,4,6

C)3,5,7


D)1,3,6

E)3,4,5,7

15.Təlim formalarını seçin.

1– BİBÖ


2– Qruplarla iş

3– Karusel

4– Kollektivlə iş

5– Auksion

6– Müzakirə

7– Cutlərlə iş

A)2,4,7

B)1,3,5,6

C)3,5,7

D)1,2,5,6

E) 3, 5,6

16.Təlim üsullarını seçin

1– Müzakirə

2– Qeyri-standart dərs

3– Beyin həmləsi

4– Kiçik qruplarla iş

5-Venn diaqramı

6 – Debatlar

7 – Motivasiya

8 – Tədqiqat sualı

A) 2, 4, 6, 8

B) 1, 2, 4, 6

C) 2, 3, 7, 8

D) 3, 4, 5, 7

E) 1, 3, 5, 6

17. Fəal dərsin mərhələlərinin ardıcıllığı hansı halda düzgün verilmişdir?

1 - Tədqiqatın aparılması

2 - Motivasiya, problemin qoyuluşu

3 - İnformasiyanın müzakirəsi və təşkili

4 - Nəticə və ümumiləşdirmə

5 - Qiymətləndirmə və refleksiya

6 - Yaradıcı tətbiqetmə

7 - İnformasiya mübadiləsi

A) 1, 2, 3, 4, 5, 6, 7

B) 1, 2, 3, 5, 6, 4, 7

C) 2, 1, 3, 5, 6, 7, 4

D) 2, 3, 1, 5, 4, 7, 6

E) 2, 1, 7, 3, 4, 6, 5

18. Fəal təlimin əsaslandığı amilləri seçin.

1 – əməkdaşlıq

2 – prinsipiallıq

3 –fəal dərketmə

4 – fəal davranma

5 – təfəkkürün müstəqilliyi

6 – müəllimin intensiv biliklər verməsi

7 – biliklərin müstəqil əldə edilməsi

8 - şagirdlərin maksimum bilik qazanması

A) 7, 8, 6

B) 2, 4, 6, 8

C) 1, 5, 2, 4

D) 1, 4, 6

E) 1, 3, 5, 7

19. Ölkəmizdə təhsil sisteminin qarşısında duran əsas vəzifələr hansılardır?

1 – İstehsalatda çalışmağa həvəsi olan gənclərin hazırlanması

2 – Bilikli gənclərin hazırlanması

3 – Təlimə maksimum sayda uşaqların cəlb edilməsi

4 – Yüksək mədəniyyətli gəncləin hazırlanması

5 – Hərtərəfli inkişaf etmiş qurucuların hazırlanması

6 – Şagirdlərdə oxmağa maraq oyadılması

7 – Rəqabətədavamlı qurucuların hazırlanmaını təmn etmək

8 – İqtisadi biliklərə malik qurucuların hazırlanmasını təmin etmək

9 – İdeya inamlı və möhkəm əqidəli qurucular hazırlanmasını təmin etmək

10 – Bir neçə xarici dil bilən qurucular hazırlanmasını təmin etmək

A) 2, 4, 5, 7, 9

B) 1, 3, 7, 10

C) 1, 3, 6, 8

D) 4, 6, 8, 10

E) 2, 3, 6, 7, 8 21

20. Fəal təlimin üsullarını seçin.

1 – Rollu oyunlar

2 – Venn diaqramı

3 – Müntəzəm təkraretmə

4 – Demonstrasiyalı müsahibə

5 – Beyin həmləsi

6 – Müsahibə

7 – Müzakirə

8 – Reproduktiv

A) 1, 2, 5, 7

B) 3, 4, 6, 8

C) 5, 6


D) 7, 8

E) 2, 3, 6, 8

21. Fəal təlimdə nəzərdə tutulan təlim modelinin komponentlərini seçin.

1 – Təlimin priyomları

2 – Təlimin məzmunu

3 – Öyrədici mühit

4 – Təlimin planlaşdırılması

5 – Təlimin metodları

6 – Təlimin prinsipləri

7– Qiymətləndirmə

8 – Təlimin məqsədi

A) 2, 3, 5, 7

B) 1, 4, 6, 8

C) 2, 4, 5, 6

D) 1, 3, 4

E) 3, 4, 6

22. Fəal təlimdə problemli vəziyyətin yaradılması ardıcıllığını müəyyən edin.

1 – Problemin qoyuluşu

2 – Şagirdlərin fəallığı

3 – Təfəkkürün fəallaşması;

A) 1, 3, 2,

B) 3, 2, 1

C) 1, 2, 3

D) 2, 3, 1

E) 3, 1, 2

23. Fəal təlimdə problemli vəziyyətin yaradılması və tədqiqi üçün vacib olan

xüsusiyyətlərin ardıcıllığını müəyyən edin

1 – Şagirdə öz bacarığını həyata keçirməyə imkan verən

2 – Müxtəlif fərziyyələr yaradan

3 – Şagirdin inamlarına müvafiq olan

4 – Diqqət cəlb edən və maraqlı

5 – Müstəqil tədqiqat üçün mümkün olan

A) 2, 5, 3, 1, 4

B) 4, 2, 5, 3, 1

C) 3, 1, 2, 5, 4

D) 5, 1, 3, 4, 2

E) 1, 3, 2, 5, 4

24. Təlim üsullarının dövrlər üzrə ardıcıllığını müəyyən edin

1 – Problemli təlim

2 – Dialoji təlim

3 – İzahlı illüstrativ təlim

4 – Fəal təlim

A) 2, 3, 1, 4

B) 3, 2, 4, 1

C) 1, 4, 3, 2

D) 1, 2, 3, 4

E) 4, 3, 2, 1

25. Fəal təlimin əsaslandığı amillərin ardıcıllığını müəyyən edin

1 – Şagirdlər tərəfindən biliklərin müstəqil əldə edilməsinə

2 – Şagirdlərin fəal dərketmə mövqeyinə

3 – Problemli şəraitin yaradılmasına

4 – Təfəkkürün müstəqilliyinə

5 – Təfəkkürün sərbəstliyinə

6 – Şagirdlərin fikrlərini sübuta yetirməsinə

7 – Şagirdlərin sərbəst fikir söyləməsinə

8 – Şagirdlərin bilikləri yaradıcı tətbiq etməsinə

9 – Əməkdaşlığa

A) 6, 3, 7, 9, 8, 4, 1, 5, 2

B) 4, 2, 7, 5, 1, 8, 6, 3, 9

C) 5, 2, 4, 1, 9, 8, 7, 6, 3

D) 3, 9, 4, 5, 2, 1, 8, 7, 6,

E) 2, 1, 4, 3, 9, 6, 7, 5, 8

26. Ənənəvi və fəal təlimlə onlara aid olan səciyyəvi xüsusiyyətlər arasındakı

uyğunluğu müəyyən edin.

I – Fəal təlimin xüsusiyyətləri

II – Ənənəvi təlimin xüsusiyyətləri

1 - müəllim tərəfindən şüurlu surətdə idraki problem situasiyanın yaradılması

2 - problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin

stimullaşdırılması

3 - biliklərin hazır şəkildə təqdim olunması

4 - yaddaşa üstünlük verilməsi

5 - şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi üçün şəraitin

yaradılması

6 - şagirdlərin icraçılıq bacarığının inkişaf etdirilməsi üçün şəraitin yaradılması

7 - şagirdlərin mənimsədikləri biliklərin bacarıqlara çevrilməsinə şəraitin yaradılması

8 - şagirdlərin maksimum bilik qazanmaları üçün müəllimin fəaliyyətinin üstünlüyü

A) I - 4, 5, 7; II - 1, 2, 3

B) I - 3, 4, 8; II - 2, 5, 7

C) I - 3, 4, 6, 8; II - 1, 2, 5, 7

D) I - 1, 2, 5, 7; II - 3, 4, 6,8

E) I - 1, 4, 8; II - 2, 3, 7

27. Fəal dərsin səmərəliliyini təmin edən psixoloji mexanizmlərlə onlara aid olanlar arasında uyğunluğu müəyyən edin.

I – Problemli vəziyyətin yaradılması

II – Dialoqun və əməkdaşlığın zəruriliyi

III – Psixoloji dəstək - hörmət və etibar

1 - müxtəlif fərziyələrin yaranması

2 - müəllimlə valideyinin əməkdaşlığı

3 - müəllim tədqiqatçı, şagird öyrənən

4 - ən zəif şagirdin belə yaradıcı prosesə qoşulması

5 - şagird tədqiqatçı

6 - şagird - şagird əməkdaşlığı

7 - şagirdlərdə inamsızlıq hissinin aradan qaldırılması

8 - optimal üsulun tapılması

A) I - 1; II - 3; III - 2

B) I - 2, 6; II - 3, 4; III - 1, 5

C) I - 2; II - 8; III - 3

D) I - 1, 8; II - 6, 7; III - 4, 5

E) I - 1, 5; II - 6, 8; III - 4, 7

28. Ənənəvi və fəal təlimlə onların xüsusiyyətləri arasında uyğunluğu müəyyən edin.

I – Ənənəvi təlimin xüsusiyyətləri

II – Fəal təlimin xüsusiyyətləri

1 - məntiqi, tənqidi və yaradıcı təfəkkürə əsaslanma

2 - monoloji təlim

3 - reproduktivlik

4 - demokratik tədris üsulu

5 - dialoji təlim

6 - biliklərin hazır formada mənimsənilməsi

7 - biliklərin təklif olunan model üzrə tətbiqi

8 - azadlıq və təşəbbüskarlığa geniş imkanların yaradılması

A) I - 2, 3, 5, 8; II - 1, 4, 6, 7

B) I - 1, 4, 5, 8; II - 2, 3, 6, 7

C) I - 2, 3, 6, 7; II - 1, 4, 5, 8

D) I - 1, 3, 4; II - 2, 5, 7

E) I - 2, 3, 4; II - 1, 6, 7

29. Fəal təlim, pedaqoji texnologiya və müasir təlimin prinsiplərini uyğunlaşdırın.

I – Fəal təlimin prinsipləri

II – Müasir təhsilin prinsipləri

III – Pedaqoli texnologiyaların prinsipləri

1 - demokratikləşdirmə

2 - tərbiyəedici

3 - təlimdə müvəffəqiyyət əldə etnək

4 - şəxsiyyətə yönəlmiş təlim

5 - fərdiləşdirmə

6 - optimal psixi gərginlik

7 - fəal idrak

8 - qabaqlayıcı təlim

9 - inteqrasiya

A) I - 1, 4; II - 5, 8; III - 2, 9

B) I - 2, 3, 6; II - 4, 7, 8; III - 1, 5, 9

C) I - 2, 9; II - 3, 4; III - 1, 5

D) I - 1, 2, 4; II - 3, 5, 7; III - 6, 8, 9

E) I - 4, 7, 8; II - 1, 5, 9; III - 2, 3, 6

30. Kollektivlə, qrupla, cütlərlə və fərdlərlə aparılan işlər və onlara aid olanlar

arasında uyğunluğu müəyyən edin.

I – Kollektivlə iş

II – Qrupla (kiçik qrupla) iş

III – Cütlərlə iş

IV – Fərdlərlə iş

1 - şagirdlərdə ünsiyyətyaratma vərdişinin təşəkkülü və inkişafını təmin edir

2 - şagirdin sərbəst düşünməsi üçün real imkan yaradır

3 - şagirdlərdə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə optimal imkan yaradır

4 - müəllim - qrup - şagird ünsiyyətinin qarşılıqlı münasibətlərinə keçməyi nəzərdə

tutur və hər bir şagirdin idrak prosesinə cəlb edilməsini təmin edir

A) I - 3; II - 2; III - 4; IV - 1

B) I - 2; II - 1; III - 4; IV - 3

C) I - 1; II - 4; III - 3; IV – 2

D) I - 4; II - 3; III - 1; IV - 2

E) I - 2; II - 1; III - 4; IV – 3

32. Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir.

1. Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.

2. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

3. Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

4. mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə bu mərhələdə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat formasında təşkil oluna bilər.

5. Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir

A) 1, 5

B) 1, 4


C) hamısı

D) 1,2,3

E) 4, 5

33. Aşağıdakı fikirlərdə hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.

A) Biliyi möhkəmləndirir

B) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.

C) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

D) Biliyin praktiki əhəmiyyətini şagirdə açıb göstərir

E) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər.

34. Aşağıdakı fikirlərdə hansı tədqiqatın aparılması mərhələsinə aiddir?

A) İnsan təfəkkürünü hərəkətə gətirən prosesdir.

B) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar

C) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır

D) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

E) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

35. Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.

A) Fəal dərsin dördüncü mərhələsidir.

B) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar

C) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.

D) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

E) Mənimsənilmiş və əldə olunmuş bilik və bacarıqların ümumilə.dirilməsidir.

36. Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.

A) İştirakçılar əldə etdikləri biliklərin informasiya mübadiləsini aparırlar.

B) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

C) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

D) Fəal dərsin birinci mərhələsidir.

E) Tədqiqat sualı ilə bitir.

37. Aşağıdakılardan hansı fəal dərsin mərhələləridir?

1. Motivasiya, problemin qoyuluşu

2. Tədqiqatın aparılması

3. Məlumat mübadiləsi

4. Ev tapşırığının yoxlanılması

5. Məlumatların müzakirəsi

6. Nəticələrin çıxarılması

7. Yeni mövzunun izahı

8. Yaradıcı tətbiqetmə

9. Yeni dərsin möhkəmləndirilməsi üçün sual və tapşırıqlar

10. Qiymətləndirmə (məqsədə görə müəyyən mərhələdən sonra aparıla bilər)

A) 1,2,3,5,6,8,10

B) 2,3,4,5,7,8,9

C) 3,4,6,7,8,9,10

D) 1,4,6,7,8,9,10

E) 4, 1, 6,7,8,9,10

38. Gündəlik planlaşdırma nümunəsinə aşağıdakılardan hansı aid deyil?

A) Tədris vahidi

B) Təlim üsullar

C) Mövzu

D) İnteqrasiya

E) Təlim forması

39. Aşağıdakı prinsiplərdən hansı tədris vahidlərinin və mövzuların ardıcıllığına daxil deyil?

I. sadədən mürəkkəbə

II. əlaqəlilik

III. xronoloji

IV. məntiqi

A) Yalnız II

B) I, II, III

C) II və III

D) yalnız IV

E) hamısı

40. Aşağıdakılardan hansılar nümunəvi perspektiv planlaşdırma sxeminə aiddir.

1. Tədris vahidi

2. Motivasiya

3.Mövzular

4. Standratlar

5. İnteqrasiya

6.Tədqiqat sualının qoyuluşu

7. Tarix

A) 3,5, 6, 7

B) 1, 2, 3, 4, 5

C) 1,2,4,5,6

D) 1,3,5, 6, 7

E) 1,3,4,5,7

41. Perspektiv planlaşdırma hansı müddəti əhatə edir?

A) ayı


B) İli

C) hər günü

D) həftəni

E) bir dərsi

42. Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir. Qeyd olunan fikir təlimin təşkilinə verilən tələblərindən hansının şərhidir?

A) Təlimdə dəstəkləyici mühitin yaradılması

B) Pedaqoji prosesin tamlığı

C) Təlimdə bərabər imkanların yaradılması

D) Şagirdyönümlülük

E) Müəllimyönümlülük




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin