##Fakültənin adı : Kimya və biologiya ##İxtisas: Kimya, kimya və biologiya müəllimliyi


##num=10//level=1//sumtest=11//name=67 Müasir qiymətləndirmənin istiqamətləri.Kimyanın tədrisində məktəbdaxili qiymətləndirmənin aparılması metodikası



Yüklə 0,9 Mb.
səhifə6/7
tarix27.12.2018
ölçüsü0,9 Mb.
#86549
1   2   3   4   5   6   7

##num=10//level=1//sumtest=11//name=67 Müasir qiymətləndirmənin istiqamətləri.Kimyanın tədrisində məktəbdaxili qiymətləndirmənin aparılması metodikası

1. Təhsildə qiymətləndirmə nədir?

A) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir

B) Təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərləölçülməsi

C) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi

D) Təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

E) Şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsidir

2. Qiymətləndirmə standartları neçə səviyyədə həyata keçirilir?

A) 4


B) 3

C) 5


D) 2

E) 7


3. Aşağıdakılardan hansı təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət

tələbidir?

A) Məzmun xətti

B) Təlim strategiyaları

C) Qiymətləndirmə standartı

D) Məzmun standartı

E) Alt - standart

4. Bunlardan biri məktəbdaxili qiymətləndirmənin tərkib hissəsi deyil?

A) Milli qiymətləndirmə

B) Diaqnostik qiymətləndirmə

C) Formativ qiymətləndirmə

D) Böyük summativ qiymətləndirmə

E) Kiçik summativ qiymətləndirmə



5. “Portfolio” nədir?

A) Şagirdin təlim nailiyyətləri və inkişaf göstəricilərindən, pedaqoji heyətin rəy və

tövsiyələrindən ibarət sənədlər toplusu.

B) Şagirdin yazı işləri və qiymətləri haqqında məlumat

C) Şagirdin davranışı barədə məlumatlar

D) Müəllimlərin şagird haqqında rəyləri

E) Şagirdin sağlamlıq göstəriciləri

6. Diaqnostik qiymətləndirmə nə vaxt aparılır?

A) Hər dərsdə

B) Hər ayın əvvəlində

C) Dərs ilinin, bölmənin tədrisinin əvvəlində

D) Bölmə və bəhslərin, yarımilin sonunda.

E) Tədris ilinin sonunda.



7. Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində

Qiymətləndirmə Konsepsiyası”na aid deyil.

A) Tərbiyyəsinə görə qiymətləndirmə

B) Qiymətləndirmə meyarları.

C) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xususiyyətləri.

D) Buraxılış imtahanları.

E) Kurikulum uzrə qiymətləndirmə.

8. Məktəbdaxili qiymətləndirmənin neçə növu var?


A) 5

B) 4


C) 3

D) 2


E) 6

9. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.

A) Fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək.

B) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.

C) Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək.

D) Şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.

E) Şagirdlərin təlim sahəsində irəliləyişlərini və bacarıqlarını qiymətləndirmək

10. Aşağıdakılardan hansı qiymətləndirmə standartlarına aid deyil?

A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin

yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir.

B) Təhsilin muəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dovlət tələbidir.

C) Siniflər uzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.

D) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.

E) Tədris prosesinin bütün mərhələlərində tətbiq edilir

11. Müasir qiymətləndirmənin istiqamətləri hansılardır?



1 - Milli

2 - Beynəlxalq

3 - Sinifdaxili

4 - Məktəbdaxili



A) 1, 2, 4

B) 3, 4


C) 2, 3, 4

D) 1, 3


E) 2, 4

12. Kiçik summativ qiymətləndirmənin (KSQ) xüsusiyyətlərini seçin.

1 - Bəhs və ya bölmənin sonunda keçirilir.

2 - Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.

3 - KSQ bir dərs müddətində keçirilir.

4 - Yarımilin sonunda keçirilir.

5 - Yarımillik qiymətə təsir etmir.



A) 1, 3

B) 2, 4, 5

C) 1, 2, 3

D) 3, 4


E) 1, 4

13. Summativ qiymətləndirmənin məqsədlərinə aid olanları seçin.

1 - Müəllimin tədris fəaliyyətini dəyərləndirmək.

2 - Sinfin ilkin səviyyəsini müəyyənləşdirmək.

3 - Məktəbdə təlimin səviyyəsini müəyyənləşdirmək.

4 - Şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləmək.

5 - Təlimin hər hansı bir mərhələsində (tədris vahidinin, yarımilin, tədris ilininsonunda)şagirdlərin nailiyyətlərini qiymətləndirmək.



A) 2, 4, 5

B) 2, 3, 5

C) 1, 3, 5

D) 1, 4, 5

E) 1, 2, 3


14. Qiymətləndirmə standartlarına aid olanları seçin.

1– Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət

tələbidir.

2 – Təlim fəaliyyəti və onun nəticələrinə qoyulan tələb

3 – Qiymətləndirmə prosesinin qanuniliyinə zəmanət verir

4 – Təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə

qoyulan tələb

5 – Məzmun standartlarının hansı səviyyədə reallaşdığını yoxlamaqla baş vermiş

dəyişikliklərin dərəcəsini müıyyın edir

6 – Tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə

qoyulan dövlət tələbidir

7 – Birbaşa fəaliyyətin qiymətləndirilməsinə yönəlir

8 – Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb.

9 – Təlim prosesində meyarlara əsaslanan qiymətləndirmmədir

10 – Məktəbin nailiyyətlərinə qoyulan tələbdir

A) 1, 3, 6, 7, 8

B) 2, 4, 6, 8, 10

C) 1, 3, 5, 7, 9

D) 2, 4, 5, 9

E) 4, 6, 7, 10



15. Aşağıdakılardan hansılar məktəbdaxili qiymətləndirmənin növləridir?

1 – Epizodik

2 – Diaqnostik

3 – Kəmiyyətcə qiymətləndirmə

4 – Summativ

5 – Şəxsi qiymətləndirmə

6 - Formativ



A) 1, 3, 6

B) 1, 3, 5

C) 2, 3, 5

D) 3, 4, 5

E) 2, 4, 6


16. Diaqnostik qiymətləndirmə hansı mərhələlərdə aparılır?

1 – Təlim prosesinin əvvəlində

2 – Təlim prosesinin sonunda

3 – Hər hansı bir bölmənin tədrisinə başlamazdan əvvəl

4 – Tədris vahidinin sonunda

5 – Müntəzəm olaraq hər dərsdə

6 – Tədris vahidlərinin əvvəlində

7 – Təhsil səviyyəsinin əvvəlində

8 – Yarım ilin sonunda


A) 1, 3, 6, 7

B) 2, 4, 5, 8

C) 1, 3, 5, 8

D) 3, 4, 5, 8

E) 4, 5, 6, 7


17. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?

1 – Şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqlarının

mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək məqsədilə

2 - Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr

əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə.

3 - Fənn uzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq

səviyyəsini qiymətləndirmək məqsədilə.

4 – Şagirdlərin məzmun standartlarından irəli gələn bilik və bacarıqlarının

mənimsənilməsinin yoxlanılması zamanı qarşıya çıxan problemləri aradan

qaldırmaq məqsədilə

5 - Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda)

şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.

6 – Yoxlama zamanı qarşıya çıxan problemləri aradan qaldırmaq üçün təhsilalanı

istiqamətləndirmək məqsədilə

7 - Şagirdlərin təlim tərbiyyəsi haqqında məlumat almaq məqsədilə


A) 1, 2, 4, 6

B) 3, 5, 7

C) 1, 3, 4

D) 2, 3, 5, 7

E) 3, 4, 5, 7


18. Qiymətləndirmə sxemlərinin funksiyaları hansılardır?

1– Şagirdlərdən tələb olunan bacarıqları və onları və onların qiymətləndirilməsi

mexanizmini təsvir edir.

2 – Şagirdlərin əqli inkişafının qiymətləndirilməsinə xidmət edir

3 – Şagirdlərin aldıqları qiymətləri kəmiyyətcə xarakterizə edir

4 – Şagird irəliləyişlərinin qiymətləndirilməsi üçün etibarlı məlumat bazası rolunu

oynayır

5 – Təlim nailiyyətləri barədə şagirdlərə, valideynlərə və maraqlı tərəflrə məlumat



verilməsi təmin olunur

6 – Şagirdlərin dərsə davamiyyəti barədə maraqlı tərəflərə məlumat verilməsi təmin olunur

A) 1, 4, 5

B) 2, 3, 6

C) 1, 3, 6

D) 2, 3, 5

E) 2, 4, 6

19. Şagirdlərin kimyadan bacarıq və vərdişləri hansılardır?

1 – Kimya dilindən, kimyəvi proseslərin model, sxem və qrafiklərindən istifadə

etmək

2 – Kimyəvi anlayışların mahiyyətini dərindən öyrənmək



3 – Kimyadan hər hansı bir dərsin məzmununu yaxşı mənimcəmək

4 – Kimyəvi avadanlıqlardan istifadə edə bilmək və mühüm kimyəvi əməliyyatları

aparmaq

5 – İstehsalat məzmunlu və eksperimental məsələləri həll etmək



6 – Kimyanın əsas nəzəriyyələrinin mahiyyətini dərindən mənimsəmək

7 – Mürəkkəb olmayan praktiki (həyati) məsələləri həll etmək üçün kimya

eksperimentindən istifadə etmək, qoyulan təcrübədən düzgün nəticə çıxara bilmək

8 – Kimyaya aid qanunların kəşfi tarixlərini mükəmməl bilmək

A) 1, 4, 5, 7

B) 2, 3, 6, 8

C) 1, 3, 6, 8

D) 3, 4, 6, 7

E) 2, 3, 5, 6

20. Şagirdlərin kimya biliyinə düzgün qiymət verilməsi üçün hansı göstəricilər

nəzərə alınmalıdır?

1 – Bilik və bacarıqların keyfiyyəti

2 – Bilik və bacarıqların kəmiyyəti

3 – Biliyin və praktiki bacarığın həcmi (əgər bu və ya digər təcrübənin nümayiş

etdirilməsi və ya məsələ həlli şagirddən tələb olunursa)

4 –Əldə etdiyi biliyin dərslikdə olduğu kimi ifadə etməsi

5 –Şagirdin öz bilik və bacarığını göstərə bilmək qabiliyəti

6 – Dərslikdən öyrəndiyi mətni olduğu kimi əzbərdən deyə bilməsi

A) 1, 3, 5

B) 2, 4, 6

C) 1, 4, 6

D) 2, 3, 4

E) 4, 5, 6



21. Böyük summativ qiymətləndirmənin (BSQ) xüsusiyyətlərini seçin.

1 - Bəhs və ya bölmənin sonunda keçirilir.

2 - Qiymətləndirmə vasitələri məktəb rəhbərliyi tərəfindən hazırlanır.

3 - BSQ –nin keçirilmə tarixi fənn müəllimi tərəfindən müəyyən edilir.

4 - Yarımilin və dərs ilinin sonunda keçirilir.

5 - BSQ -nin keçirilmə tarixi illik planlaşmada nəzərdə tutulur.

A) 2, 4

B) 1, 3, 5



C) 1, 2, 3

D) 3, 5


E) 3, 4

22. Aparılma müddətinə, yaxud sayına görə məktəbdaxili qiymətləndirmənin

növlərini ardıcıl düzün.

1 – Yekun qiymətləndirmə

2 – Formativ qiymətləndirmə

3 – Kiçik summativ qiymətləndirmə

4 – Diaqnostik qiymətləndirmə

5 – Böyük summativ qiymətləndirmə

A) 1, 5, 3, 4

B) 1, 2, 3, 4

C) 1, 4, 5, 3

D) 4, 3, 5, 1

E) 3, 4, 1, 5

23. “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə

Konsepsiyası”nda əhatə olunan məsələlərin ardıcıllığı hansı halda düzgün

verilmişdir?

1 – Konsepsiyanın yaradılması üçün zəruri səbəblər

2 – Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri

3 – Əsas qiymətləndirmə növləri

4 – Müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər

5 – Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində mövcud olan problemlər

A) 4, 5, 1, 2, 3

B) 5, 1, 4, 3, 2

C) 1, 2, 3, 4, 5

D) 3, 2, 1, 5, 4

E) 2, 3, 5, 1, 4

24. Kimyanın tədrisində şagirdlərin müasir qiymətləndirilməsinə verilən tələbləri

ardıcıllıqla düzün.

1 – Şagirdə verilən yekun qiymət onun bilik və bacarıqlarının səviyyəsini və kimya

fənninin ümumi konsepsiyasını necə dərk etdiyini əks etdirməlidir

2 – Qiymətləndirmənin açıq və şəffaf olmasına tiayət edilməlidir

3 – Qiymətləndirmə mövsud kurikuluma və normativ sənədlərə uyğun olmalıdır

4 – Qiymətləındirmə təkanverici, öyrədici və inkişafetdirici olmalı, təlim keyfiyyətinin daha da yüksəlməsinə xidmət etməlidir

5 – Qiymətləndirmədə obyektivlik təmin olunmalıdır, ədalətlilik prinsipi

gözlənilməlidir

6 – Qiymətləndirmə təlimin nəticələri, şagirdin əldə etdiyi nailiyyətlər barədə düzgün qərar çıxarmağa təminat verməlidir

A) 1, 4, 5, 2, 6, 3

B) 1, 2, 3, 4, 5, 6

C) 3, 6, 2, 5, 4, 1

D) 4, 3, 1, 5, 2, 6

E) 6, 3, 1, 4, 5, 2

25. Diaqnostik qiymətləndirmədə istifadə olunan üsulları məntiqi ardıcıllıqla düzün.

1 - Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq

2 - Tapşırıqvermə

3 – Müşahidə

4 - Müsahibə

A) 4, 3, 2, 1

B) 1, 2, 3, 4

C) 4, 1, 3, 2

D) 3, 2, 1, 4

E) 4, 2, 3, 1

26. Uyğunluğu müəyyən edin.

I – Ənənəvi qiymətləndirmə

II – Müasir qiymətləndirmə

1 - qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu

2 - müəllimin subyektiv rəyinə əsaslanır

3 - qiymətləndirmə təhsili idarə edən vacib amil kimi meydana çıxır

4 - tədris prosesinin yalnız bir hissəsində tətbiq edilir

5 - qiymətləndirmə standartları vardır

6 - əsasən bilik səviyyəsini qiymətləndirir

7 - tədris prosesinin bütün mərhələlərində tətbiq edilir

8 - şagirdlərin inkişafı sistemli şəkildə izlənilir

9 - şagird qiymət almaq xatirinə oxuyur

A) I - 1, 2, 4, 6, 9; II - 3, 5, 7, 8

B) I - 3, 5, 7, 8; II - 1, 2, 4, 6, 9

C) I - 3, 5, 7; II - 4, 6, 9

D) I - 4, 6, 7, 8; II - 1, 2, 5, 9

E) I - 1, 3, 5, 7, 8; II - 2, 4, 6, 9

27. Uyğunluğu müəyyən edin.

I – Holistik qiymətləndirmə sxemləri

II – Analitik qiymətləndirmə sxemləri

1 - bu qiymətləndirmə surətli aparılır.

2 - şagirdlər üçün nəzərdə tutulan konkret bacarıqların müəyyən olunmuş uzun

müddət ərzində ardıcıl izlənilməsi və qiymətləndirilməsidir

3 - şagirdin ayrı - ayrı fəaliyyət sahələri uzrə qiymətlərini müəyyənləşdirir.

4 - qiymətləndirmədə, əsasən, 4 - 5 ballıq şkaladan istifadə edilir.

5 - şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilməklə, onların nailiyyətləri haqqında

daha ətraflı informasiya verilir.

6 - şagirdin inkişaf səviyyəsini qısa müddətdə ümumi şəkildə dəyərləndirir.

7 - qiymətləndirmə üçün daha çox vaxt tələb olunur

8 - şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır

A) I - 1, 4, 6, 8; II - 2, 3, 4, 5, 7

B) I - 2, 3, 4, 5, 7; II - 1, 4, 6, 8

C) I - 2, 3, 5; II - 4, 6, 8

D) I - 2, 3, 5, 7; II - 1, 4, 6, 8

E) I - 4, 5, 7; II - 1, 2, 3

28. Uyğunluğu müəyyən edin.

I – Qiymətləndirmə forması

II – Qiymətləındirmə üsulu

III – Qiymətləndirmə vasitəsi

1 - qiymətləndirmənin keçirilmə mexanizmi

2 - qiymətləndirmə prosesində istifadə edilən alətlər

3 - qiymətləndirmə prosesini necə həyata keçirmək

4 - məktəbdaxili qiymətləndirmə

5 - layihə

6 - test tapşırıqları

7 - mərkəzləşdirilmiş qaydada aparılan buraxılış imtahanları

8 - testləşdirmə

9 - valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq

10 - imla, məsələ həlli

A) I - 1, 4, 7; II - 3, 5, 8, 9; III - 2, 6, 10

B) I - 2, 6, 10; II - 1, 4, 7; III - 3, 5, 8, 9

C) I - 1, 8, 10; I - 5, 6, 7; III - 3, 4, 5

D) I - 3, 5, 8, 9; II - 2, 6, 10; III - 1, 4, 7

E) I - 5, 6, 10; II - 4, 7, 6; III - 1, 2, 3

29. Məktəbdaxili qiymətləndirmənin növləri ilə onlara aid olanlar arasında uyğunluğu müəyyən edin.

I – Diaqnostik qiymətləndirmə

II – Formativ qiymətləndirmə

III – Summativ qiymətləndirmə

1 - ilkin səviyyənin qiymətləndirilməsi

2 - tapşırıqvermə, müsahibə və s. üsullardan istifadə etmə

3 - yekun qiymətləndirilmə

4 - buraxılış siniflərində attestasiya şəklində aparılan qiymətləndirilmə



A) I - 1; II - 2 ; III - 3, 4

B) I - 2; II - 1; III - 4

C) I - 4; II - 1; III - 3

D) I - 3; II - 1, 2; III - 4

E) I - 1; II - 4; III – 3


30. Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur?

A) məqsədə

B) mövzuya

C) motivasiyaya

D) standartaE) çevikliyə



31. Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə istiqaməti hansıdır?     


  1. Milli qiymətləndirmə

  2. PİSA qiymətləndirmə

  3. Məktəbdaxili qiymətləndirmə

  4. Dioqnostik qiymətləndirmə

  5. Beynəlxalq qiymətləndirmə

32. Hansı sənəd müasir qiymətləndirmə ilə bağlı deyil?

  1. Uşaq Hüquqları Konvensiyası

  2. “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”nın əsas istiqamətləri

  3. Təhsilin keyfiyyətinin yüksəldilməsi və keyfiyyətin idarə edilməsi müasir qiymətləndirmə siyasətinin əsası kimi

  4. Ümumi təhsil pilləsi üzrə dövlət standartları və proqramları (kurikulumları) və fizika fənni üzrə təhsil proqramında (kurikulumda) qiymətləndirmə məsələləri

  5. Ümumtəhsil məktəblərində “Məktəbdaxili qiymətləndirmənin aparılması” barədə

33. Müasir qiymətləndirmənin ənənəvi qiymətləndirmədən fərqli xüsusiyyətini göstərin.

A) Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu

idarə edən vacib amil kimi meydana çıxır.

B) Qiymətləndirmə standartları mövcud deyildi.

C) Əsasən bilik səviyyəsi qiymətləndirilirdi.

D) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilirdi.

E) Qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu.

34. Fikri tamamlayın. “Məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün...”



  1. ... qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.

  2. ... qiymətləndirmə normativləri müəyyənləşdirilmişdir.

  3. ... məzmun standartları müəyyənləşdirilmişdir.

  4. ... alt standartlar müəyyənləşdirilmişdir.

  5. ... qiymətləndirməmüəyyənləşdirilmişdir.

35. Qiymətləndirmənin istiqamətləri dedikdə nə nəzərdə turulur?

A) təlim məqsədinə malik olan qiymətləndirmələr nəzərdə tutulur.

B) eyni forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur.

C) forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur.

D) ayrı-ayrı forma, məzmun və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur. E) müxtəlif forma və məqsədə malik olan qiymətləndirmələr nəzərdə tutulur.

36. Ölkəmizdə qiymətləndirmə hansı istiqamətlərdə aparılır?

A) Məktəbdaxili, formativ, summative

B) Diaqnostik, milli qiymətləndirmə, məktəbdaxili qiymətləndirmə

C) Beynəlxalq qiymətləndirmə, milli qiymətləndirmə, summativ qiymətləndirmə

D) Diaqnostik, formativ, summativ

E) Beynəlxalq qiymətləndirmə, milli qiymətləndirmə, məktəbdaxili qiymətləndirmə

37. “Bu qiymətləndirmə müxtəlif ölkələrin 15 yaşlı şagirdlərinin nailiyyətlərinin qiymətləndirilməsidir və vəziyyətin digər ölkələrlə müqayisəsi üçün şərait yaradır. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir”.Söhbət hansı qiuymətləndirmədən gedir?

A) Milli

B) Beynəlxalq

C) Məktəbdaxili

D) Ölkədaxili

E) Regionlararası

38. “Təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurrikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir. Bu qiymətləndirmə xüsusi təmsiledici seçim etməklə, 4-cü və 9-cu sinif şagirdləri arasında obyektiv testlər, sorğu vərəqələri və müvafiq təlimatlar vasitəsilə bir qayda olaraq, 4-5 ildən bir aparılır”. Söhbət hansı qiuymətləndirmədən gedir?

A) Milli

B) Beynəlxalq

C) Məktəbdaxili

D) Ölkədaxili

E) Regionlararası

39. Məktəbdaxili qiymətləndirmənin hansı növləri var?

A) Kiçik summativ, böyük summativ, yekun summativ

B) Diaqnostik, formativ, summativ

C) Formativ, kiçik summativ, böyük summativ

D) Formativ, kiçik summativ, böyük summativ, yekun summativ

E) Diaqnostik, formativ, mərkəzləşdirilmiş

40. Müəllim bu qiymətləndirmənin nəticəsində “Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaradır. Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.”. Bu hansı qiymətləndirmənin nəticəsidir?

A) diaqnostik

B) formativ

C) summativ

D) beynəlxalq

E) milli

41. Diaqnostik qiymətləndirmənin vasitələrinə aid olmayan variantı seçin.

A) Şifahi və yazılı təqdimat

B) Müşahidə (Müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)

C) Müsahibə (Şifahi yoxlama)

D) Valideynlərlə və digər fənn müəllimləri ilə söhbət

E) Sorğu

42. Formativ qiymətləndirmə nəyə əsasən aparılır?

A) Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş alt-standartlardan çıxarılmış təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.

B) Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş əsas-standartlardan çıxarılmış təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.

C) Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş məzmun standartlarından çıxarılmış təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.

D)Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş məzmun xətlərindən çıxarılmış təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.

E) Formativ qiymətləndirmə dərsdə reallaşdırılması nəzərdə tutulmuş təlim məqsədlərinə görə müəyyən edilmiş meyarlara əsasən aparılır.

43. “4.1.1. Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah edir.” Standartından çıxarılan təlim məqsədinə uyğun olaraq formativ qiymətləndirmə hansı meyara əsasən aparılır?

A) izahetmə

B) fərqləndirmə

C) tərtibetmə

D) təcrübəaparma

E) hesablama aparma

44. Summativ qiymətləndirmənin nəticələrindən istifadə nəyə xidmət edir?



  1. şagirdlərin təlim problemlərini müəyyənləşdirmək;

  2. şagirdlə əks əlaqə qurmaq və onu stimullaşdırmaq;

  3. planlaşdırma aparmaq və təkliflər vermək;

  4. qüvvədə olan kurikulum ilə bağlı mühakimə yürütmək;

  5. mövcud tədris vəsaitlərindəki, dərsliklərdəki uyğunsuzluqları araşdırmaq.

  1. Hamısı

  2. a, b, c

  3. a, c, e

  4. b, d

  5. a, e

45. Müasir qiymətləndirmə neçə səviyyədə aparılır?

A) 3


B) 4

C) 2


D) 5

E) 1


46. Tədris prosesinin sonunda bütün səviyyələr üzrə sualların bölgüsü necə olmalıdır?

  1. 1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə üzrə suallar 20%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%, 5-ci səviyyə üzrə suallar 10%

  2. 1-ci səviyyə üzrə suallar 20%, 2-ci səviyyə üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%

  3. 1-ci səviyyə üzrə suallar 30%, 2-ci səviyyə üzrə suallar 30%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 10%

  4. 1-ci səviyyə üzrə suallar 30%, 2-ci səviyyə üzrə suallar 20%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%

  5. 1-ci səviyyə üzrə suallar 30%, 2-ci səviyyə üzrə suallar 20%, 3-cü səviyyə üzrə suallar 30%, 4-cü səviyyə üzrə suallar 20%

47. Test nümunələri nəyin əsasında hazırlanır?

A) Məzmun xətlərinin

B) Qiymətləndirmə standartlarının

C) Alt standartların

D) Əsas və alt standartların

E) Əsas standartların

48. Qiymətləndirmə standartı:

A) Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

B)Dövlətin təhsilalanlarının bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir.

C)Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün məzmun standartları əsasında hazırlanmış tələblərdir.

D) Şagirdlərin nailiyyətlərini meyarlar əsasında ölçən qiymətləndirmə şkalasıdır.

E)Əsas standarıin tərkib hissəsidir.

49. Təhsildə qiymətləndirmə nədir?


    1. təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.

    2. təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi

    3. təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.

    4. təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

    5. heç biri

50. Böyük summatıv qiymətləndirmə nə vaxt aparılır?

A) dərsin əvvəlində

B) dərs ilinin əvvəlində

C) ayın sonunda

D) bölmə başa çatdıqda

E) yarımilin sonunda

51. Kiçik summativ qiymətləndirmə nə vaxt aparılır?

A) dərs ilinin əvvəlində

B) yarımilin və ya ilin sonunda

C) bölmə başa çatdıqda

D) mövzu başa çatdıqda

E) dərsin əvvəlində

52. Kiçik summativ qiymətləndirmə nə vaxt aparılır?

A) 4 həftədən tez 6 həftədən gec olmayaraq

B) 3 həftədən tez 7 həftədən gec olmayaraq

C) 5 həftədən tez 12 həftədən gec olmayaraq

D) hər həftə

E) yarımilin sonunda



  1. 53.Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?
    A) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə.
    B) Təlim prosesinin ilkin mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının səviyyəsini qiymətləndirmək məqsədilə.
    C)Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə.
    D) Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir. 
    E) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə.

    54. Formativ qiymətləndirmə hansı mərhələdə aparılır?


    A)dərs ilinin əvvəlindən başlayaraq mutəmadi olaraq. 
    B) təlim prosesisinin əvvəlində.
    C) bölmə və hər movzunun əvvəlində.
    D) bölmə və bəhslərin, yarımilin sonunda. 
    E) təlim prosesinin hər hansı aralıq mərhələlərində (bölmənin tədrisindən əvvəl və ya yarımil başlayanda) 




55. Necə formativ qiymətləndirmə sxemi var?
A) 5

B) 2


C) 6

D) 4


E) 3

56. Holistik qiymətləndirmə sxemində bilik və bacarıqların meyarı nəyə əsasən müəyyən olunur? 


A) mövzuya

B) məqsədə

C) motivasiyaya

D) standarta

E) qiymətləndirməyə



57. Bunlardan hansı holistik qiymətləndirməyə aid edilə bilməz?
A) məqsədəuyğun
B) meyara əsasən qiymətləndirmə 
C) sürətli qiymətləndirmə
D) alt standarta əsasən qiymətləndirmə E) bütöv qiymətləndirmə 

58. Aşağıdakılardan hansı analitik qiymətləndirmə sxeminə aid deyil?


A) Qiymətləndirmədə, əsasən, 4-5 ballıq şkaladan istifadə edilir.  B) Şagirdin ayrı-ayrı fəaliyyət sahələri uzrə qiymətlərini muəyyənləşdirir. 

C) Bu qiymətləndirmə surətli aparılır.

D) Bu zaman şagirdlərin fəaliyyəti ardıcıl qiymətləndirilir.

E) Şagirdlərin nailiyyətləri haqqında daha ətraflı informasiya verilir.

59. Aşağıdakılardan biri summativ qiymətləndirilmənin nəticələrinin təhlilinə aid deyil.

A) Şagirdlərin mükafatlandırılmasında

B) Yeni qərarların qəbul edilməsində şagird nailiyyətlərinin nəzərə alınması.

C) Zaman baxımından bir qrupun nailiyyət keyfiyyətində dəyişikliklərin baş verməsi.

D) Bir qrupun nəticəsinin oxşar şəraitli digər qrupun nəticəsi ilə müqayisəsi.

E) Şagirdlərin əməkdaşlıq bacarığının müəyyənləşdirilməsi.

60. Aşağıdakılardan biri qiymətləndirmə standartlarının fəaliyyət komponentinə aid deyil?

A) Vaxt

B) Məzmun

C) Keyfiyyət

D) Kəmiyyət

E) Meyar

61. Aşağıdakılardanhansı qiymətləndirmə standartlarına aid deyil?

A) Təhsilin hər hansı bir mərhələsində müəyyən olunmuş səviyyələr üzrə şagirdin yiyələnməli olduğu bilik və bacarıqların kəmiyyət və keyfiyyət göstəricisidir

B) Siniflər üzrə şagirdlərin yiyələnəcəkləri bilik və bacarıqlar əks olunur.

C) Məzmun standartlarının reallaşma səviyyəsini, şagirdlərin inkişafındakı dəyişiklikləri müəyyən edir.

D) Təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir

E) Müasir qiymətləndirmədə 4 səviyyə üzrə qiymətləndirmə standartı müəyyən olunmuşdur.

62. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?

A) şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi.

B) tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq, müşahidə.

C) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq

D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri.

E)Yoxlama yazı işlər, inşa, imla və esselər.

63. Aşağıdakılardan hansı diaqnostik qiymətləndirməyə aiddir.

A) Şagirdin gündəliyində qeyd olunur.

B) şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir.

C) təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək

D) təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək.

E) fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək

64. Aşağıdakılarda hansı müasir qiymətləndirməyə aid deyil.

A) Şagirdin inkişafı sistemli şəklidə izlənilir.

B) Tədris prosesinin yalnız müəyyən bir hissəsində

tətbiq edilir.

C) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir

D) Təhsilin keyfiyyətini idarə edən vacib amil kimi meydana çıxır

E) Qiymətləndirmənin obyektivliyini təmin edir.

65. Aşağıdakılardan biri “Azərbaycan Respublikasının ümumitəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”na aid deyil.

I. Qiymətləndirmə meyarları.

II. Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri

III. Buraxılış imtahanları

IV. Kurikulum üzrə qiymətləndirmə

A) Yalnız I

B) II, III, IV

C) III

D) heç biri

E) yalnız IV

66. Aşağıdakılardan hansı müasir qiymətləndirməyə aiddir?

I. Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.

II. Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.

III. Şagirdin inkişafı sistemli şəklidə izlənilir.

IV. Qiymətləndirmənin obyektivliyini təmin edir.

A) II, III, IV

B) yalnız I

C) II, IV

D) II, III

E) yalnız II

67. “İstənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir” bu fikir fəal dərsin hansı mərhələsinə aiddir.

A) Yaradıcı tətbiqetmə

B) İnformasiyanın müzakirəsi və təşkili

C) Tədqiqatın aparılması

D) Qiymətləndirmə

E) Motivasiya


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin