83. Kələzlər fəsiləsi sürünənlərin hansı dəstəsinə aiddir?
A) Pulcuqlular
B) Xortumbaşlılar
C) Timsahlar
D) Quyruqlular
E) Belə fəsilə yoxdur
84. Sürünənlərə xas olan əlamətlər qrupunu seçin:
1- Korakoid iki hissədən ibarətdir
2- Bədən tüklə örtülüdür
3- Homoyoterm heyvanlar qrupuna aiddir
4- Bəzilərində sidik kisəsi yoxdur
5- XII cüt sinir inkişaf etməmişdir
6- Dəridə selik ifraz edən vəzilər var
7- Dəridə selik ifraz edən vəzilər yoxdur
8- Dəridə qalxancıqlar,tikancıqlar və pulcuqlar var
A) 2,4,5,6,7
B) 1,4,5,6,8
C) 1,4,5,7,8
D) 1,2,3,6,8
E) 2,3,4,7,8
85. Sürünənlər sinfinin xarakter əlamətləri düzgün qruplaşdırılan bəndi tapın
1- Daxili mayalanma
2- Rüşeym pərdələri yoxdur
3- Böyrəkləri çanaq böyrəyi -metanefrosdur
4- Peysər çıxıntıları ikidir
5- Oma fəqərələri iki ədəddir
6- Peysər çıxıntısı birdir
7- Peysər hissə dörd sümükdən ibarətdir
8- Alt çənə-diş, oynaq və çənəarası sümüklərdən ibarətdir
A) 4,5,6,8
B) 1,2,3,8
C) 3,4,5,8
D) 5,6,7,8
E) 1,3,6,7
86. Sürünənlər sinfinin təsnifatı hansı sırada düzgün verildiyini göstərin
A) Sürünənlər sinfinin bir yarımsinfə (Anapsidlər), dörd dəstəyə və altı mindən çox növə bölünür
B) Müasir sürünənlər üç yarımsinfə, – Anapsidlər, Lepidozavrlar və Arxozavrlar, dörd dəstəyə və 6300 – 6400-ə qədər növə bölünür
C) Sürünənlərin üç yarımsinfi, üç dəstəsi (Xortumbaşlılar, Pulcuqlular və Tısbağalar) və altı mindən çox növü vardır
D) Müasir sürünənlər iki yarımsinfə (Lepidozavrlar və Arxozavrlar), dörd dəstəyə və altı mindən çox növə bölünür
E) Müasir sürünənlər sinfi üç yarımsinfə, üç dəstəyə və altı mindən çox növə malikdir
87. Sürünənlərin əhəmiyyəti hansı qrupda düzgün göstərilmişdir?
1- Sürünənlər zərərli həşəratları, ilbizləri, xırda gəmiriciləri yeyirlər
2-Orta Asiya tısbağaları mədəni bitkilərə xeyir verir
3- Su ilanları balıqçılıq təsərrüfatları üçün əhəmiyyətlidir
4- Kərtənkələ, ilan və quru tısbağaları xəstəlik törədicilərin daşıyıcısı deyillər
5- Zəhərli ilanların çox qiymətli müalicə əhəmiyyəti olan zəhərlərindən təbabətdə istifadə olunur
6- Bir sıra nümayəndələrin dərisindən istifadə olunur
7- Bəzilərinin (tısbağaların əti və yumurtası, iri kərtənkələ və ilanların) ətindən bəzi bölgələrdə qida kimi istifadə edilir
A) 1,3,6,7
B) 1,3,4,5
C) 2,5,6,7
D) 1,5,6,7
E) 3,4,5,7
88. Poykiloterm və homoyoterm heyvanlar qrupu və onların xarakter xüsusiyyətləri düzgün göstərilən variantı seçin:
1- Dəyirmiağızlılar - balıqlar
2- Suda – quruda yaşayanlar
3- Sürünənlər
4- Quşlar
5- Məməlilər
A) 1,2,3 Poykiloterm heyvanların bədən temperaturu xarici mühitdən asılıdır, 4,5 homoyoterm heyvanlarda bədən temperaturu sabitdir
B) 1,4,2 Poykiloterm heyvanların bədən temperaturu xarici mühitdən asılıdır, 3,5 bədən temperaturu xarici mühit temperaturundan asılı deyil
C) 1,2,3 Poykiloterm heyvanların bədən temperaturu xarici mühitdən asılı deyil; 4,5 homoyoterm heyvanların bədən temperaturu xarici mühitdən asılıdır
D) 4,5,3 Poykiloterm heyvanların bədən temperaturu xarici mühitdən asılıdır; 1,2 homoyoterm heyvanların bədən temperaturu xarici mühitdən asılıdır
E) 1,2,3 Poykiloterm heyvanların bədən temperaturu xarici mühitdən asılı deyil; 4,5 homoyoterm heyvanların bədən temperaturu xarici mühitdən asılı deyildir.
Dostları ilə paylaş: |