30. Neştərçənin rüşeymində xorda nədən əmələ gəlir?
A) Rüşeymin sinir borusundan
B) Qastrulanın bel nahiyəsi hüceyrələrindən
C) Bağırsağın bel divarından (entodermadan)
D) Qastrulanın ekto və entoderma hüceyrələrindən
E) Birləşdirici toxumadan
31. İbtidai xordalılarda həzm borusunun ön udlaq hissəsi hansı funksiyanı yerinə yetirir?
A) Həzm sistemi
B) Həzm və tənəffüs
C) Tənəffüs sistemi
D) Sinir sistemi
E) Heç bir funksiyanı yerinə yetirmir
32. Kəlləsizlərin qan-damar sistemi su onurğalılarının qan-damar sistemindən nə ilə fərqlənir?
A) Qəlsəmə gətirici arteriyaların olmaması ilə
B) Ürəyin mədəciyinin olmaması ilə
C) Ürəyin üç hissəli olması ilə
D) Aorta qövsünün olması ilə
E) Yalnız ürəyin olmaması ilə
33. Neştərçə ilə assidi arasında qan-damar sisteminə görə fərqlər hansı sırada düzgün verilib.
A) Neştərçənin qan-damar sistemi qapalıdır. Həqiqi ürəyi yoxdur. Onu qarın aortası əvəz edir. Assidinin qan-damar sistemi açıqdır, boruşəkilli ürəyin hər tərəfindən bir damar çıxır.
B) Neştərçənin qan-damar sistemi açıqdır, həqiqi ürəyi yoxdur, onu qarın aortası əvəz edir. Assidinin qan-damar sistemi qapalıdır, onun ürəyi qısa boru şəklindədir, borunun hər tərəfindən bir damar çıxır.
C) Assidinin qan-damar sistemi qapalıdır. Həqiqi ürəyi yoxdur. Neştərçənin qan-damar sistemi qapalıdır, qısa boru şəkilli ürəyi var.
D) Assidinin qan-damar sistemi açıqdır. Həqiqi ürəyi yoxdur, neştərçənin həqiqi ürəyi var, qan-damar sistemi qapalıdır.
E) Neştərçənin qan-damar sistemi açıqdır, ürəyi var. Qan bədən boşluğuna tökülür. Assidinin qan-damar sistemi açıqıdır, ürəyi qısa boru şəklindədir.
34. Neştərçə və assidinin qan-damar sistemi, çoxalma xüsusiyyətləri müvafiq olaraq hansı variantda düzgün verilmişdir?
I – neştərçə
II - assidi
qan-damar sistemi qapalıdır
qan-damar sistemi açıqdır
qarın aortası ürək funksiyasını yerinə yetirir
100 –cütdən çox qəlsəmə arteriyaları var
yalançı ürəyi var
ürəkdən qan iki istiqamətdə hərəkət edir
ayrıcinslidirlər
hermofroditdirlər
yalnız cinsi yolla çoxalırlar
10. həm cinsi, həm də qeyri-cinsi yolla çoxalırlar
11. cinsi vəziləri hər fərddə 25 cütə yaxındır
12. cinsi vəzilərinin axarı yoxdur
13. cinsi vəzilərinin axarı var
A) I – 2 , 3, 6, 7, 10, 13 II – 3 , 4, 6, 8, 10, 12
B) I - 1, 5, 6, 8, 10, 13 II – 1, 3, 6, 7, 9, 13
C) I - 2, 3, 6, 7, 10, 13 II - 1, 4, 5, 6, 8, 11
D) I – 3, 5, 6, 8, 9, 11 II – 2 , 3, 6, 7, 10, 13
E) I – 1, 3, 4, 7, 9, 11, 12 II – 2, 5, 6, 8, 10, 13
Dostları ilə paylaş: |