79. Quşlarda əsl səs aparatı rolunu nə oynayır?
A) Aşağı qırtlaq.
B) Yuxarı qırtlaq.
C) Tək üzükşəkilli qığırdaq.
D) Cüt çalovşəkilli qığırdaq.
E) Bronxlar.
80. Aşağıda verilmiş hava kisələrindən hansı təkdir?
A) Qarın hava kisəsi.
B) Boyun hava kisəsi.
C) Ön döş hava kisəsi.
D) Dal döş hava kisəsi.
E) Körpücükarası hava kisəsi.
81. Quşların qan-damar sistemi haqqında verilən fikirlərdən hansı düzgündür?
1 - kiçik qan dövranı sol mədəcikdən sağ aorta qövsü ilə başlayır, 2 – mədəcikdən çıxan aorta qövsü sağ və sol adsız arteriyalara başlanğıc verir, 3 – qarın venası reduksiya edib, onu funksional baxımdan büzdüm-mezenteri venası əvəz edir, 4 -sağ qulaqcıq ilə sağ mədəçik arasında atrio-ventrikulyar dəlikdə bir əzələli klapan vardır, 5 – ürək üç xanəlidir, 6 - sağ qulaqcıq ilə sağ mədəçik arasında atrio-ventrikulyar dəlikdə iki əzələli klapan vardır, 7 - ürək dörd xanəlidir.
A) 2, 3, 4, 7.
B) 1, 3, 5, 6.
C) 2, 4, 5, 7.
D) 3, 4, 5, 6.
E) 1, 2, 5, 6.
Dostları ilə paylaş: |