37. Sürfəsixordalılar yarımtipi hansı siniflərə ayrılır?
A) Assidilər, salplar, tunikalılar.
B) Assidilər, salplar, appendikularilər.
C) Assidilər, tək assidilər, koloniyal assidilər.
D) Salplar, xiyarvari salplar, assidilər.
E) Appendikularilər, assidilər, odlucalar.
38. Assidinin çoxalması haqqında hansı variant doğrudur?
1- hermofroditdir, 2 - ayrıcinsiyyətlidir, 3 -eynicinsiyyətlidir, 4 - mayalanma xaricidir, 5 -cinsiyyət vəziləri müxtəlif vaxtlarda yetişir, 6 - yalnız qeyri – cinsi yolla çoxalır, 7 - mayalanma və inkişaf suda gedir, 8 - özü – özünü mayalayır, 9 - cinsi və qeyri – cinsi yolla çoxalır, 10 - sürfə yetkin fərdə oxşayır.
A) 1, 5, 7, 9
B) 1, 3, 5, 8
C) 2, 4, 6, 10
D) 3, 5, 9, 10
E) 1, 5, 8, 10
39. Assidinin sürfəsi substrata yapışdıqdan sonra nə kimi dəyişiklik baş verir?
A) Morfoloji proqress
B) Proqressiv metamorfoz
C) Fizioloji proqress
D) Reqressiv metamorfoz
E) Heç bir dəyişiklik baş vermir
Dostları ilə paylaş: |