8. Akulanın quruluşuna aid xüsusiyyətlər düzgün verilən variantı seçin:
1-Başın ön tərəfində rostrum var,
2- Quyruq üzgəci heteroserkaldır,
3- Dişciyinin təpəsi dentinlə örtülüb,
4- Skelet sümükdən təşkil olunub,
5- Kopulyativ orqan inkişaf edib
6-Üzəri plakoid pulcuqlarla örtülüb
7-Bağırsaq anal dəliklə nəhayətlənir
8-Spirakulum dəliyi var
9-Qəlsəmə qapağı inkişaf edib
A) 2,3,4,7,9
B) 3,4,5,7,8
C) 1,2,3,4,7
D) 1,2,3,5,9
E) 1,2,5,6,8
9. Akulanın dişləri nəyin törəməsidir?
A) Koriumun
B) Epidermisin
C) Piqment qatının
D) Kutikulanın
E) Üzgəclərin
10. Akulanın skeleti haqqında hansı fikir yalnışdır?
A) Fəqərənin cismi hər iki tərəfdən basıqdır
B) Ön ətraf qurşağı bütöv qığırdaq qövsündən ibarətdir
C) Ox skelet onurğa stünundan ibarətdir
D) Dal ətraf qurşağı çöpşəkilli cüt qığırdaqdan ibarət olub, kloaka qarşısında yerləşib
E) Çənə qövsləri üçüncü visseral qövsün qalığıdır
11. İkicürtənəffüslülərin mezozoy fırçaüzgəclilərində də rast gələn xüsusiyyətləri hansıdır?
A) Daxili burundəliyinin olmaması
B) Həm ağciyər, həm də qəlsəmə tənəffüsü
C) Xordanın zəif inkişafı
D) Atmosfer oksigenindən istifadə edə bilməməsi
E) Elə bir xüsusiyyətləri yoxdur
Dostları ilə paylaş: |