47. Akulada mədə və bağırsaqlardan toplanan venoz qanın keçdiyi yolu ardıcıllıqla seçib göstərin.
1-dal kordinal vena, 2 –qarın venası, 3 –vena sinusu, 4 –Küvye axarı, 5 –qaraciyər qapı venası, 6 –böyrək venası, 7 –ön kordinal vena, 8 –çanaq venası, 9 - qaraciyər venası.
A) 2, 5, 9, 3.
B) 1, 5, 6, 9.
C) 1, 2, 4, 3.
D) 7, 8, 5, 3
E) 2, 5, 6, 3.
48. Akulada qəlsəməçıxarıçı arteriyaların birinci cütü qanı hansı arteriyaya verir?
A) Yuxu arteriyasına.
B) Körpüçükaltı arteriyaya.
C) Bel arteriyasına.
D) Udlaq arteriyasına.
E) Dəri arteriyasına.
49. Qığırdaqlı balıqlarda qanın cüt dal kordinal venalardan vena sinusuna hansı ardıcıllıqla getdiyi düzgün sıra hansıdır?
1- cüt dal kordinal venalar, 2 - Küvye axarları, 3 -qaraciyər venası, 4 -cüt vidaci venalar, 5 - böyrək venaları, 6 –vena sinusu, 7-cüt ön kardinal venalar
A) 3, 2, 1, 5, 4
B) 1, 4, 5, 6, 2
C) 3, 4, 5, 6, 1
D) 1, 4,7, 2, 6.
E) 1, 3, 5, 6, 7
50. Akulada üçlü sinir beyinin hansı şöbəsindən, neçə köklə çıxırlır və necə adlanır?
A) Aralıq beyindən çıxır, hissi və hərəki sinirdir.
B) Uzunsov beyindən,bir neçə köklə çıxır, hissi və hərəki sinirdir.
C) Orta beyindən çıxır, hissi və hərəki sinirdir.
D) Ön beyindən çıxır, hissi və hərəki sinirdir.
E) Beyincikdən, hissi və hərəki sinirdir.
Dostları ilə paylaş: |