56. Hansı variantda balıqların tənəffüs aktının ardıcıllığı düzgün
göstərilmişdir ?
Suyun qəlsəmə yarpaqcıqlarının üstü ilə axması ;
Suyun ağızdan daxil olması;
Suyun qəlsəmə qapaqları altından xaric olması;
A) 3, 2, 1
B) 1, 2, 3
C) 2, 1, 3
D) 3, 1, 2
E) 2, 3, 1
57. Təsnifatın düzgün ardıcıllığını göstərin :
1- akulalar və ya köpək balıqları
2- plaşlı akulalar
3- yastıqəlsəməlilər
4- plaşlıkimilər
A) 2,1,3,4
B) 3,4,1,2
C) 2,4,3,1
D) 3,1,4,2
E) 3,1,2,4
58. Qığırdaqlı balıqların arteriya sisteminə aid olan orqanların ardıcıllığının düzgün göstərildiyi sıranı seçin
1 – ürək, 2 – qarın aortası, 3 – arteriya konusu, 4 – ümumi qəlsəmə arteriyası, 5 – gətirici qəlsəmə arteriyası, 6 – quyruq arteriyası, 7 – bel arteriyası, 8 – qəlsəmə kapilyarları, 9 – çıxarıcı qəlsəmə arteriyaları
A) 1, 3, 2, 5, 8, 9, 4, 7, 6
B) 1, 2, 3, 8, 6, 7, 5, 4, 9
C) 1, 8, 4, 5, 2, 3, 6, 9, 7
D) 1, 3, 2, 8, 5, 7, 9, 4, 6
E) 1, 3, 2, 4, 5, 8, 9, 7, 6
59. Qığırdaqlı balıqlarda toxumluq və yumurtalıqların (kürülüklərin) sayı nə qədərdir?
A) Əsasən diri bala doğurlar.
B) Əksər növlərdə toxumluq cüt və yumurtalıqlar tək olur.
C) Əsasan yumurtalıq cüt, toxumluq tək olur.
D) Toxumluq və yumurtalıq çox olur.
E) Əksər növlərdə toxumluq və yumurtalıqlar cüt olur.
Dostları ilə paylaş: |