69. Azərbaycanın qiymətli vətəgə balıqları hansı sırada düzgün verilib?
1- nərəkimilər, 2 –xulkimilər, 3 –külmə, 4 –qambuziya, 5 –kütüm, 6 –çəki, 7 –gümüşcə, 8 –kilkə, 9 - çapaq, 10 –sıf, 11 –lil balığı, 12 –həşəm, 13 –şəmayı, 14 – Kür qızıl balığı.
A) 1, 5, 6, 9, 10, 12, 13, 14.
B) 1, 4, 5, 7, 8, 11, 12, 13.
C) 1, 2, 3, 4, 6, 7, 8, 11, 14
D) 1, 3, 5, 6, 7, 8, 10, 11, 13.
E) 1, 2, 4, 6, 8, 10, 11, 13, 14.
70. Balıqlarda sümüklərin əmələ gəlmə mənşəyi üçün hansı cavab doğrudur?
A) Birləşdici toxuma mənşəlidir.
B) Dermal və dəri mənşəlidir.
C) Xondral və qığırdaq mənşəlidir.
D) Dəri və qığırdaq mənşəlidir.
E) Yalnız qığırdaq mənşəlidir.
71. Sümüklü balıqlarda üst çənə sümükləri (ilk və ikinci çənələr) hansı variantda doğrudur?
A) Çənəarası və çənə sümükləri.
B) Cüt damaq, cüt kvadrat, cüt qanadvari sümüklər.
C) Tək damaq, tək kvadrat və cüt qanadvari sümüklər.
D) Damaq və kvadrat sümükləri.
E) Cüt damaq və kvadrat sümükləri, üç qanadvari sümük, üst çənə və çənəarası.
Dostları ilə paylaş: |