19. Qurbağaların onurğası hansı hissələrdən ibarətdir?
A) Baş, gövdə və quyruq
B) Gövdə, oma və quyruq
C) Gövdə və quyruq
D) Boyun, gövdə, oma və quyruq
E) Oma, quyruq və baş
20. Amfibilərin kəlləsi hansı tiplidir?
A) Hiostil və amfistildir
B) Hiostildir
C) Amfistildir
D) Amfistil və hiostildir
E) Autostildir
21. Amfibilərin ön ətrafı hansı hissələrdən ibarətdir?
A) Said, əl (əl darağı)
B) Bazu, said (barmaq falanqaları)
C) Bazu, said, əl (bilək, əl darağı, barmaq falanqaları)
D) Bazu, əl (bilək, əl darağı)
E) Hissələri yoxdur
22. Müasir amfibilərin təsnifatı və sistematik ardıcıllıq düzgün seçilmiş sıra hansıdır?
1- bir yarımsinif 8- 2500 - 2600 növ
2- üç y/sinif 9- 3500 növ
3- bir dəstəüstü 10- 1100 növ
4- iki dəstəüstü 11- iki yarımsinif
5- bir dəstə
6- üç dəstə
7- dörd dəstə
A) 10, 5, 2, 6
B) 1, 3, 7, 9
C) 11, 3, 6, 8
D) 2, 4, 6, 8
E) 11, 5, 4, 9
23. Qurbağanın ön və arxa ətraflarının quruluş ardıcıllığı düzgün verilən sıranı tapın.
I ön ətraf sümükləri:
II arxa ətraflar:
a. said (mil, dirsək)
b. bud
c. pəncə (ayaq daraq arxası, ayaq darağı, barmaq falanqaları)
d. bazu
e. əl (bilək, əl darağı, barmaq falanqaları)
f. baldır (qamış, incik)
A) I – d, a, e II – b, f, c
B) I – a, d, e II - b, c, f
C) I - c, d, e II – a, b, f
D) I - b, d, f II - a, c, e
E) I - a, f, e II - b, d, c
Dostları ilə paylaş: |