4. Sürünənlər sinfinin xarakter əlamətləri hansı cavabda düzgün verilib?
A) Quru həyat tərzi keçirirlər, yumurta qoymaqla çoxalırlar, dəri vəziləri yoxdur, mayalanma daxildir
B) Yarımsu həyat tərzi keçirirlər, dəriləri vəzilərlə zəngindir, mayalanma xaricidir
C) Qazıcı həyat tərzi keçirirlər, suda kürü qoymaqla çoxalırlar, mayalanmaları daxildir
D) Yalnız suda yaşayırlar, quruda yumurta qoymaqla çoxalırlar, mayalanmaları daxildir
E) Quru həyat şəraiti keçirirlər, mayalanmaları daxildir, diri bala doğurlar
5. Sürünənlərdə sağ və sol körpücükaltı arteriyalar hansı damardan başlanğıc götürür?
A) Ağ ciyər arteriyasından
B) Sol aorta qövsündən
C) Yuxu arteriyasından
D) Bel aortasından
E) Sağ aorta qövsündən
Dostları ilə paylaş: |