27. Quşların və məməlilərin ürək qan-damar sistemlərində olan fərqin düzgün verildiyi variantı seçin?
A) Quşlarda və məməlilərdə ürək dörd xanəli olub – sağ venoz və sol arterial hissələrə ayrılır. Quşların sol mədəciyindən sağ aorta qövsü çıxır, sağ və sol adsız arteriyalara başlanğıc verir. Sonra onurğa boyunca bel aortasını əmələ gətirir. Məməlilərdə isə sol mədəcikdən sol aorta qövsü çıxır. Bundan isə adsız arteriya ayrılır ki, bu da üç arteriyaya bölünür – sağ körpücük altı, sağ və sol yuxu. Sol körpücükaltı arteriya öz başlanğıclarını aorta qövsündən götürür.
B) Hər ikisində ürək dörd xanəlidir. Arterial və venoz sistemdən ibarət qan dövranı var. Quşlarda sol mədəcikdən ancaq sağ, məməlilərdə isə sol aorta qövsü çıxır. Qalan hissələrdə fərq yoxdur.
C) Quşların ürəklərinin quruluşu məməlilərin ürəyi ilə eynidir. Lakin böyük qan dövranında bəzi fərqlər (aortadan quşlarda sağ qövs, məməlilərdə isə sol qövs) vardır. Başqa fərqlər yoxdur.
D) Quşlarla məməlilərdə ürəyin döyünməsi və qan təzyiqləri arasında fərq vardır Məs: qan təzyiqi quşlarda 120 – 200 mm c. süt olduğu halda, məməlilərdə 130 – 90 m.m.c. süt, ürəyin döyünməsi xırda quşlarda 400 – 600 dəfə, uçarkən, dəqiqədə 1000 dəfəyə çatır. Məməlilərdə isə bu xeyli aşağıdır, digər fərqlər yoxdur.
E) Hər ikisində ürək dörd xanəlidir. Sağ venoz və sol arterial hissələrə ayrılır. Böyük və kiçik qan dövranına malikdir. İkisində də sol mədəcikdən aorta qövsü çıxır. Arterial və venoz sistem qalır, əsaslı fərq yoxdur.
Dostları ilə paylaş: |