7. İlk məməlilərin xarakter əlamətləri və təsnifatı hansı variantda
düzgün verilmişdir?
A) Onlar yumurtalamaqla çoxalır. Yumurtaların üstündə kürt yatır və ya qarın tərəfindəki dəri kisədə gəzdirir. Körpə balaları südlə bəsləyir, əmzikləri yoxdur. Çiyin qurşağında karakoid və döş üstlüyü sümükləri, kloaka və sol yumurtalığı var. Y/sinfin bir dəstəsi- kloakalılar- iki fəsiləyə ayrılır: yexidinalar və ördəkburunlar
B) İlk məməlilərə primitiv müasir məməlilər daxildir. Onlar Avstraliyada, Tasmaniyada və Yeni Qvineyada yaşayırlar. Diri bala doğmaqla çoxalırlar. Körpə balalarını südlə bəsləyir, amma əmzikləri yoxdur. İlk məməlilərdə çiyin qurşağında karkoid və döş üstlüyü sümükləri və yalnız sol yumurtalığı var. Baş beyində y/kürələrin aralıq cismi (döyənək cismi) yoxdur. Süd vəziləri boru quruluşludur. İlk məməlilərin bir dəstəsi- kloakalılar –iki fəsiləsi (yexidnalar və ördəkburunlar) vardır
C) Prototeriya y/sinfinin nümayəndələri müasir məməlilərin sadə quruluşlu nümayəndələridir. Yumurtaqoymaqla çoxalırlar. Kürt yatır və ya yumurtalarını qarın tərəfindəki dəri kisədə gəzdirir. Körpə balaları südlə bəsləyir. Yaxşı inkişaf etmiş əmzikləri var. Bala ondan yapışıb süd əmir. Mayalanmış yumurta xeyli müddət cinsiyyət yolunda qalır. Bədən temperaturları 25-36ºc, orta hesabla 32ºc-dir. İlk məməlilərin bir dəstəsi, iki fəsiləsi vardır. Cəmi dörd növü məlumdur.
D) İlk məməlilər y/sinfinə müasir primitiv məməlilər daxildir. Yumurtaqoymaqla çoxalırlar. Yumurta üstündə kürt yatır və ya onları qarın nahiyyəsində dəri kisədə gəzdirir. Körpə balaları südlə bəsləyir, əmzikləri yoxdur. Çiyin qurşağında karkoid və döş üstlüyü sümükləri var. Sağ və sol yumurtalıqlar inkişaf edib. Yarım sinfin bir dəstəsi, iki fəsiləsi vardır.
E) İlk məməlilər yumurtalamaqla çoxalır.Yumurta üzərində kürt yatır və ya qarın tərəfindəki dəri kisə içərisində gəzdirir. Körpə balaları südlə qidalanır. Xüsusi əmzikləri yoxdur, bala dəri üzərinə axan südü yalayır. Baş beyində döyənək cismi yoxdur, sürünənlərdə olduğu kimi. Bunların bir dəstəsi var. Fəsilələri yoxdur. Bədən temperaturları dəyişkəndir.
Dostları ilə paylaş: |