44. Məməlilərin kəlləsində ön pazvari sümüyün önündə hansı sümük yerləşir?
A) Burun sümükləri.
B) Ön peysər sümüyü.
C) Tək xəlbir sümüyü.
D) Gözyaşı sümüyü.
E) Cüt pulcuq sümükləri.
45. Məməlilərin hansı dəstələrində köpək dişləri olmur?
A) Dovşankimilər, gəmiricilər
B) Kəmdişlilər, yarasalar
C) Yarasalar, dovşankimilər
D) Həşəratyeyənlər, gəmiricilər
E) Yırtıcılar, yarasalar
46. Aşağıda verilmiş sümüklərdən hansı məməlilərin çiyin qurşağına aid deyil?
A) Karakoid və kürək sümüyü.
B) Kürək sümüyü.
C) Körpücük sümüyü.
D) Kürək və körpücük sümüyü.
E) Karakoid sümüyü.
47. Göstərilənlərdən hansı sıra məməlilərin eşitmə orqanını düzgün ifadə edir?
A) Orta və daxili qulaq
B) Qulaq dəliyi, üzəngi və daxili qulaq
C) xarici qulaq seyvanı, qulaq dəliyi, orta və daxili qulaq
D) Qulaq seyvanı, çəkic, təbil pərdəsi, oval pəncərə
E) Vestipulyar aparat və xarici qulaq
48. Məməlilərdə dişlər kəsici, köpək, kiçik və böyük azı dişlərinə diferensasiya edir. Belə dişlər necə adlanır?
A) Tekodont dişlər.
B) Heterodont dişlər.
C) Difiodont dişlər.
D) Homodont dişlər.
E) Monodont dişlər.
Dostları ilə paylaş: |