54. Məməlilərin orta qulağında bu sümüklərdən hansılar var?
1. çəkic 4. oynaq
2. kleytrum 5. zindan
3. üzəngi 6. kvadrat
A) 1, 3, 5
B) 1, 2, 4
C) 2, 4, 6
E) 3, 5, 6
D) 2, 3, 5
55. Məməlilərdə qaşıqşəkilli qırtlaq üstlüyü harada yerləşir?
A) Qırtlağın əsasında.
B) Üzükşəkilli qığırdağın üstündə.
C) Çalovşəkilli qığırdağın üstündə.
D) Qalxanşəkilli qığırdağın ön kənarında.
E) Udlağın əsasında.
56. Məməlilərin qan-damar sistemi haqqında verilən fikirlərdən hansı səhvdir?
A) Məməlilərdə sol ön boş vena ilə sağ ön boş vena birləşərək sol qulaqcığa tökülür.
B) Quşlarda olan sağ aorta qövsü əvəzinə, məməlilərdə sol aorta qövsü inkişaf etmişdir.
C) Sol aorta qövsü qalın divarlı sol mədəcikdən başlanaraq bir adsız arteriyanı əmələ gətirir.
D) Sol körpücükaltı arteriya sol aorta qövsündən sərbəst çıxır.
E) Adsız arteriya sağ körpücük altı, sağ və sol ümumi yuxu arteriyalarına ayrılır.
57. Məməlilərin ürək, qan-damar sisteminə aid olan orqanların düzgün göstərildiyi sıranı seçin.
1. üç kameralı ürək 7. vena sinusu
2. dörd kameralı ürək 8. qaraciyər qapı sistemi
3. sol aorta qövsü 9. ağciyər arteriyası
4. sağ aorta qövsü 10. qəlsəmə arteriyası
5. adsız arteriya 11. Küvye axarı
6. arteriya konusu 12. vidaçi vena
A) 2, 4, 7, 8, 10, 12
B) 1, 4, 6, 7, 10, 11
C) 1, 3, 7, 9, 10, 11
D) 2, 3, 5, 8, 9, 12
E) 2, 4, 5, 6, 10, 12
58. Məməlilər sinfi üçün səciyyəvi olan əlamətlərin düzgün göstərildiyi sıranı seçin.
1. bədəni tüklə örtülüdür
2. ikiqat tənəffüsün getməsi
3. diri bala doğma
4. yalnız yumurta qoymaqla çoxalma
5. balalarını südlə bəsləməsi
6. kəllə skeletinin sinapsid olması
7. kəllə skeletinin diapsid olması
8. orta qulaqda bir qulaq sümüyünün olması
9. qulaq seyvanının əmələ gəlməsi
10. ətraflarda intertarzal və interkarpal oynaqların olması
11 dərinin vəzilərdən məhrum olması
12. əzələli dodağın inkişafı
A) 2, 4, 7, 8, 10, 11
B) 1, 3, 5, 6, 9, 12
C) 1, 3, 5, 6, 8, 12
D) 2, 4, 7, 8, 11, 12
E) 1, 3, 5, 8, 10, 11
59. Məməlilər sinfinin hiss orqanları haqqında verilənlərdən səhv variant hansıdır?
1 -eşitmə orqanları xarici, orta, daxili qulaqdan ibarətdir
2 -eşitmə orqanları orta və daxili qulaqdan ibarətdir
3 -gözün damarlı qişasında görmə piqmentləri yerləşir
4 -gözləri xaricdən sklera qatı ilə əhatə olunub
5 -vestibulyar aparat oval kisəsindən ibarətdir
6 -daxili qulaq vestibulyar aparat və eşitmə hissəsindən ibarətdir
7 -orta qulaqda çəkic, zindan, üzəngi sümükləri yerləşir
8 -dəri hissiyatı dəri üzərində olan reseptorlar vasitəsilə təmin edilir
A) 1, 4, 8
B) 2, 3, 5
C) 4, 6, 7
D) 4, 7, 8
E) 1, 7, 8
Dostları ilə paylaş: |