60. Məməlilərdə beynin hansı hissəsi iki şırım vasitəsilə 4 təpəyə bölünür?
A) Orta beyin.
B) Aralıq beyin.
C) Beyincik.
D) Böyük yarımkürələr.
E) Ön beyin.
61. Məməlilərdə Boumen kapsulları harada yerləşir?
A) Məməlilərdə Boumen kapsulları yoxdur.
B) Böyrəyin beyin maddəsində.
C) Böyrəyin ön payında.
D) Həm böyrəyin qabıq qatında, həm də beyin maddəsində.
E) Böyrəyin qabıq qatında.
62. Məməlilərdə balalıq nədən əmələ gəlir?
A) Sidik kanalından.
B) Volf kanallarından.
C) Bədən boşluğuna açılan qıflardan.
D) Fallopi borularından.
E) Məməlilərdə balalıq yoxdur.
63 Hansı variantda həqiqi (əsl) məməlilər yarımsinfinin infrasinfi göstərilib?
A) İlk məməlilər və ibtidai məməlilər.
B) İbtidai məməlilər və ətənəli məməlilər.
C) Kisəlilər və ibtidai məməlilər.
D) Ali məməlilər və həşəratyeyənlər.
E) Yexidnalar və ördəkburunlar.
64. Nutriyalar, şinşilla, dəniz donuzcuqları, ərəb dovşanları fəsilələri hansı dəstəyə mənsubdur?
A) Kəmdişlilər.
B) Yırtıcılar.
C) Dovşankimilər.
D) Həşəratyeyənlər.
E) Gəmiricilər.
65. Göstərilənlərin hansıları yalnız kürəkayaqlılar (məməlilər sinifi) dəstəsinin növləridir?
A) Hippopotam, kabarka, viverra.
B) Göy balina, delfin, dəniz aslanı, kaşalot.
C) Dəniz pələngi, dəniz pişiyi, sivuç, su iti, morj.
D) Çay samuru, dəniz samuru, dəniz qunduzu.
E) Yenot, samur, qornostay.
66. Yereşənlər, göstəbəklər, desmanlar, kirpilər fəsilələri hansı dəstəyə aiddir?
A) Gəmiricilər dəstəsi.
B) Yunqanadlılar dəstəsi.
C) Kələzlər dəstəsi.
D) Yarasalar dəstəsi.
E) Həşəratyeyənlər dəstəsi.
67. Məməlilərin yarımsinifləri üçün səciyyəvi olan əlamətlər hansı sırada düzgün seçilmişdir?
I –ilk məməlilər
II – həqiqi (əsl) məməlilər
1- yumurtaqoymaqla çoxalırlar
2 – diri baladoğmaqla çoxalırlar
3 – yumurtanı dəri kisədə gəzdirir
4 – yumurta üzərində kürt yatır
5 – kloakaları yoxdur
6 - ətli dodaqlara malikdirlər
7 – süd vəzilərinin axarı əmcəklərə açılır
8 - əmcəkləri (əmziklər) yoxdur
9 – yarımkürələr döyənək cismi vasitəsilə bir-biri ilə birləşir
10 – balalıq yolu təkdir
11 – təzə doğulmuş bala sərbəst əmir
12 - ətli dodaqları yoxdur
A) I – 1, 3, 4, 8, 10, 12. II – 2, 5, 6, 7, 9, 11.
B) I – 2, 3, 6, 9, 11, 12. II – 1, 2, 4, 6, 8, 12.
C) I – 1, 4, 5, 7, 8, 11. II – 2, 3, 6, 9, 10, 11.
D) I – 1, 2, 5, 6, 9, 10. II – 2, 4, 5, 7, 11, 12.
E) I – 3, 4, 6, 7, 9, 11. II – 4, 5, 7, 9, 10, 12.
Dostları ilə paylaş: |