Fakültənin adı: Biologiya Kafedra müdiri: prof


Məməlilərdə tükün gövdəsi hansı hissələrdən ibarətdir?



Yüklə 0,92 Mb.
səhifə163/163
tarix01.01.2022
ölçüsü0,92 Mb.
#104084
1   ...   155   156   157   158   159   160   161   162   163
68. Məməlilərdə tükün gövdəsi hansı hissələrdən ibarətdir?

A) tük, özək, soğanaq.

B) Kök, soğanaq, tük əmziyi.
C) Özək, qabıq və xarici dəricik.
D) Tük cibciyi, tük kisəsi, tük yatağı.
E) Kök, soğanaq, tük kisəsi.

69. Məməlilərdə epidermis qatı hansı təbəqələrədn ibarətdir?

A) Qərni və malpigi təbəqəsindən.


B) Kutis və koriumdan.
C) Dörnaq, caynaq və tük törəmələrdən.
D) Yalnız qərni törəmədən.
E) Malpigi və kutisdən.

70. Məməlilərin ifrazat sisteminə aid oian variantı seçin

1- çanaq böyrəkləri inkişaf edib

2- böyrəklər bir qatdan ibarətdir

3- Bauman kapsulları özək qatında yerləşir

4- böyrəklər iki qatdan ibarətdir

5- zülal mübadiləsinin son məhsulu sidik turşusudur

6- böyrəklər oval şəkillidir

7- ifrazatın 68 – 91% -i sidik çövhəridir

8- sidik kisəsi sərbəst kanalla xariclə əlaqələnir

9- rüşeym mərhələsində çanaq böyrəklər reduksiya olunur

A) 2, 4, 6, 8

B) 1, 4, 7, 8

C) 1, 3, 5, 7

D) 2, 4, 7, 9

E) 4, 6, 8, 9

71. Məməlilərin sinir sistemi ilə bağlı doğru olan sıranı seçin

1- ön beyin yarımkürələri qoxu paylarının qaidələrini örtür

2- yarımkürələrin üzəri boz beyin maddəsi ilə örtülür

3- beyin tağı yoxdur

4- neopallium yalnız sinir tellərindən ibarətdir

5- yarımkürələr komissura ilə bir-biri ilə əlaqələnir

6- kommisura sinir düyünlərindən ibarətdir

7- məməlilərdə döyənək cismi olmur

8- orta beyin boşluğu yan mədəcik adlanır

9- məməlilərin beyin tağında çoxlu şırımlar əmələ gəlir

A) 1, 3, 5, 9

B) 1, 3, 5, 7

C) 2, 4, 6, 8

D) 2, 4, 5, 7

E) 1, 2, 5, 9

72. Məməlilərin sinir sisteminə aid uyğunluğu qeyd edin

1 – alın payı ənsə payından ayıran şırım a – silvi su yolu

2 – alın payı gicgah payından ayıran şırım b – silvi şırımı

3 – orta beyin boşluğu c – Ronald şırımı

4 – aralıq beyinin boşluğu d – üçüncü mədəcik

A) 1 – b, 2 – c, 3 – a, 4 – d.

B) 1 – a, 2 – b , 3 – c, 4 – d.

C) 1 – c, 2 – b, 3 – a, 4 – d.

D) 1 – d, 2 – b, 3 – a, 4 – c.

E) 1 – d, 2 – a, 3 –d, 4 – c.



73. Uyğunluğu göstərin:

1 – kirpilər a –gözləri zəif inkişaf edib və dəri ilə örtülüdür

2 – köstəbəklər b - xarici qulağında əlavə dəri qatlar olur

3 – yarasalar c – dişləri yoxdur

4 – kəmdişlilər d – beynində qırışlar yoxdur

5 – balinakimilər e – ön ətrafları kürəyə çevrilib

A) 1 - d, 2 – a, 3 – b, 4 – c, 5 – e.

B) 1 - a, 2 – c, 3 – b, 4 – d, 5 – e.

C) 1 – c, 2 – a, 3 – d, 4 – b, 5 – e.

D) 1 – b, 2 – a, 3 – d, 4 – c, 5 – e.

E) 1 – b, 2 – a, 3 – d, 4 – e, 5 – c.

74. Məməlilərin böyük qan dövranının arterial sisteminin ardıcıllığını göstərin

1 - sağ və sol yuxu arteriyaları,

2- körpücükaltı arteriya,

3- sol aorta qövsü,

4- sol mədəcik,

5- adsız arteriya,

6- bel aortası.

A) 4, 5. 2, 3. 6, 1

B) 6, 4, 3, 2, 5, 1

C) 4, 3, 5, 1, 2, 6

D) 5, 6, 1, 2, 3, 4

E) 3, 1, 2, 5, 6, 4



75. Məməlilərin tənəffüs sistemindəki hansı qığırdaq yalnız məməlilərə məxsusdur?

A) Bronxlar.


B) Üzükşəkilli qığırdaq.
C) Calovşəkilli qığırdaq.
D) traxeya qığırdaqları.
E) Qalxanşəkilli qığırdaq.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin