16. Çənəsizlər qrupunun əsas xarakterik xüsusiyyətləri nədir?
A) Cüt burun dəliyinin olması, kəllə qutusunun qığırdaqdan ibarət olması
B) Üst çənənin olması, xordanın ömür boyu qalması.Qəlsəmələri ektodermal mənşəlidir, qoxu kisəsi təkdir.
C) Alt və üst çənənin olması, xordanın ömür boyu qalması
D) Cüt ətraflarının olması, xordanın ömür boyu qalması
E) Çənənin olmaması, sorucu ağızönü qıfın olması, xordanın ömür boyu qalması. Qəlsəmələri entoderma mənşəlidir, qoxu kisəsi təkdir
17. Minoqanın y/parazit həyat tərzinə uyğunlaşması hansı əsas əlamətlərdən bilinir?
1- Ağızönü qıfın olması
2- Ağız boşluğunda dilin üzərində buynuz maddədən əmələ gəlmiş dişlərin olması
3- Ağız qabağı qıfın yanlarında dəri qatların olması
4- Ağız boşluğundan geriyə, başqa onurğalılardan fərqli olaraq iki borunun uzanması;
5- Onurğa beyninin olması;
6- Mədənin altında nisbətən iri qarajiyərin olması;
7- Ağızın genişlənə bilməsi;
8- Bağırsaq boyu selik pərdəsinin olması;
9- Qəlsəmə kisələrinin olması;
10- Qəlsəmə hissədə somatik əzələnin olması;
11- Kəllə qutusuna malik olması;
12- Çılpaq dəri örtüyünə malik olması;
13- Yan xətt orqanın olması;
14- Bağırsaqla qida borusu arasında klapanın olması
A) 1;2;4;7;14
B) 4;2;5;14;3
C) 1;5;2;3;11
D) 12;13;4;5;6
E) 7;6;8;3; 9
18. Minoqanın nəfəs borusunun önündə, ağız tərəfdə yerləşən yelkən hansı funksyanı yerinə yetirir?
Minoqa hərəkətdə olarkən qida borusunu, şikara yapışdıqda isə nəfəs borusunu qapayır
Daima nəfəs borusunu qapayır
Daima qida borusunu qapayır
Şikara yapışdıqda qida borusunu qapayır
Minoqada belə orqan yoxdur
Dostları ilə paylaş: |