30. Suda-quruda yaşayanlarda həzm sisteminin düzgün ardıcıllığını müəyyən edin:
1- qida borusu
2- ağız-udlaq boşluğu
3- mədə
4- nazik bağırsaq
5- onikibarmaq bağırsaq
6- kloaka
7- düz bağırsaq
A) 2,1,3,4,5,7,6
B) 1,2,4,3,5,6,7
C) 2,1,3,5,4,7,6
D) 1,2,3,4,5,6,7
E) 2,1,3,5,7,4,6
31. Amfibilərdə baş beyindən neçə cüt sinir çıxır?
A) 4 –cüt
B) 8 –cüt
C) 6 –cüt
D) 10 –cüt
E) 2 –cüt
32. Suda - quruda yaşayanlarda sürfənin inkişafında tənəffüs orqanlarının əmələ gəlmə ardıcıllığı hansı sırada düzgün verilmişdir.
1- daxili qəlsəmələr
2- ağ ciyərlər
3- xarici qəlsəmələr
A) 1,2,3
B) 3,1,2
C) 2,3,1
D) 3,2,1
E) 1,3,2
33. Amfibilərin dərisi sürünənlərin dərisindən nə ilə fərqlənir?
1 -amfibilərin dərisi çılpaqdır, vəzilidir, 2 - amfibilərdə dəri qurudur, 3 - amfibilərdə və sürünənlərdə dəri quruluşu eynidir, 4 -amfibilərdə dərialtı boşluqlar olur , 5 - sürünənlərdə dəri vəzlidir, 6 - sürünənlərdə dəri qurudur, 7 - sürünənlərdə dərialtı boşluqlar olur, 8 - sürünənlərdə dəri qurudur, qərni törəmələrlə örtülüdür.
A) 1, 2, 5, 7. .
B) 2, 5, 7, 8.
C) 1, 4, 6, 8
D) 2, 4, 5, 7.
E) 3, 4, 5, 8.
34. Göl qurbağasının ön ətrafının arxa ətrafdan fərqi hansı sırada doğru verilmişdir?
1- arxa ətraf dörd barmaqlıdır, 2 - ön ətraf dörd barmaqlıdır, 3 -ön ətraf qısadır, 4 - arxa ətraf qısadır, 5 -ön ətrafda üzmə pərdəsi vardır, 6 - arxa ətraf beş barmaqlıdır, 7 - arxa ətrafda üzmə pərdəsi var, 8- Ön və arxa ətraflar bərabərdir, 9 - arxa ətraf ön ətrafdan uzundur.
A) 1, 3, 4, 7, 8. .
B) 2, 3, 6, 7, 9
C) 2, 4, 5, 6, 7.
D) 1, 4, 5, 7, 8.
E) 3, 5, 6, 8, 9.
35. Erkək fərdin cinsiyyət sistemində spermatozoidlərin keçdiyi yolun ardıcıllığı hansı variantda düzgün göstərilmişdir:
1- toxumluq
2- toxum qovuğu
3- Volf kanalı
4- toxumçıxarıcı kanal
A) 4,2,1,3
B) 1,4,3,2
C) 1,2,3,4
D) 4,1,2,3
E) 1,2,4,3
Dostları ilə paylaş: |