41. Amfibilərin dəri vəziləri balıqların dəri vəzilərindən nə ilə fərqlənir?
A) Amfibilərin dəri vəziləri çoxhüceyrəlidir.
B) Amfibilərin dəri vəziləri birhüceyrəlidir.
C) Amfibilərin dəri vəziləri limfa kisələri adlanır.
D) Amfibilərin dəri vəziləri limfa mayesi ilə dolu olur.
E) Balıqlardan fərqli olaraq amfibilərin dəri vəziləri yoxdur.
42. Amfibilərin onurğasının hansı şöbəsi bir fəqərədən ibarətdir, onun cismi yoxdur və iki oynaq cuxuruna malikdir?
A) Oma şöbəsi.
B) Gövdə şöbəsi.
C) Boyun şöbəsi.
D) Quyruq şöbəsi.
E) Bel şöbəsi.
43. Amfibilərədə damaq sümüyü hansı sümüyün üzərini örtür?
A) Xış sümüyünü.
B) Pulcuq sümüyünü.
C) Təpə sümüyünü.
D) Alın sümüyünü.
E) Qəlsəmə qapaqlarının.
44. Çiyin qurşağında sümüklərin yerləşmə ardıcıllığı hansı sırada düzgün verilmişdir:
1- karakoid
2- kürək
3- körpücük
A) 1, 3, 2
B) 1, 2, 3
C) 2, 3, 1
D) 2, 1, 3
E) 3, 1, 2
45. Amfibillərdə qoxu siniri baş beyinin hansı şöbəsindən çıxır və hansı tiplidir?
1 -aralıq beyindən çıxır, 2 -orta beyindən çıxır, 3 -ön beyin şöbəsindən çıxır, 4 - uzunsov beyindən ayrılır, 5 - hərəki sinirdir, 6 - beyincikdən çıxır, 7 - hissi sinirdir, 8 - qarışıq sinirdir.
A) 1, 5.
B) 3, 7.
C) 2, 8.
D) 4, 7.
E) 6, 8.
46. Qurbağada sağ və sol karakoid sümüklərinin birləşdiyi yerin arxasında hansı sümük yerləşir?
A) Qalca sümüyü.
B) Döşönü sümük.
C) Prokorakoid
D) Kürək sümüyü.
E) Döş sümüyü.
47. Qurbağada qalca, qasıq və oturaq sümükləri bir-biri ilə birləşib nəyi əmələ gətirir?
A) Sirkə kasasını.
B) Canaq qurşağını.
C) Oturaq sümüyünü.
D) Qasıq sümüyünü.
E) Ciyin qurşağını.
48. Amfibilərin ön ətrafında bir cərgədə yerləşən və tipik halda 5 ədəd uzun sümükdən ibarət olan yarımşöbə necə adlanır?
A) Bazu.
B) Ayaq darağı.
C) Bilək.
D) Ayaqdaraqarxası.
E) Əl darağı.
Dostları ilə paylaş: |