70. Dişi qurbağada yumurta hansı yolla xaric olunur?
A) Yumurtalıq və kloaka ilə.
B) Volf kanalı vasitəsilə.
C) Müller kanalı vasitəsilə.
D) Balalıq vasitəsilə.
E) Dişi qurbağada yumurta borusu olmur.
71. Erkək qurbağanın cinsiyyət sisteminə aid olan orqanların düzgün göstərildiyi sıranı seçin.
1. cüt toxumluq 6. Fallopi boruları
2. cüt yumurtalıq 7. piy cismləri
3. Volf kanalı 8. yumurta borysy qıfı
4. Müller kanalı 9. toxum qovuğu
5. yumurta borusu 10. balalıq
A) 3, 6, 8, 10
B) 2, 4, 8, 10
C) 2, 4, 5, 9
D) 1, 4, 8, 10
E) 1, 3, 7, 9
72. Qurbağanın kəlləsini üst, yan və altdan əhatə edən sümüklər hansı sırada düzgün verilir?
A) Alın-təpə, burun, pulcuq sümükləri, parasfenoid, xış sümüyü.
B) Alın-təpə, burun, qanadşəkilli sümük.
C) Parasfenoid, xış sümüyü, ənsə sümüyü.
D) Qanadşəkilli sümük, pulcuq, burun sümüyü.
E) Alın, təpə, burun, damaq sümükləri.
Dostları ilə paylaş: |