76. Qurbağanın aşağıda verilən damarlarından hansılarında arterial qan olur?
1 – yuxu arteriyalarında
2 – ağciyər arteriyalarında
3 – ön boş venalarda
4 – ağciyər venalarında
5 – dal boş venalarda
6 – böyük dəri venalarında
A) 1, 4, 6
B) 1, 3, 5
C) 1, 5, 6
D) 2, 3, 5
E) 3, 5, 6
77. Göl qurbağasında ağciyər venası ürəyin hansı hissəsinə açılır?
A) Vena sinusuna
B) Ürəyin sağ qulaqcığına
C) Ürəyin mədəciyinə
D) Arteriya konusuna
E) Ürəyin sol qulaqcığına
78. Göl qurbağasında dəri venası hara açılır?
A) Dal kardinal venalara, vena sinusuna.
B) Vena sinusuna, ürəyin sol qulaqcığına.
C) Vena sinusuna, ürəyin sağ qulaqcığına.
D) Birbaşa mədəciyə açılır.
E) Dəri venası, ağciyər venası ilə qarışır.
79. Ambistomun sürfəsi necə adlanır və hansı yolla çoxalır?
A) Ambistomun sürfəsi olmur.
B) Aksolotl adlanır, kürü ilə çoxalır.
C) Ambistomun sürfəsiz çoxalır.
D) Ambistomun sürfəsi ambistoma adlanır.
E) Aksolotl adlanır, neoteniya ilə çoxalır.
Dostları ilə paylaş: |