6. Buqələmun hansı dəstəyə daxildir?
A) İlanlar
B) Kərtənkələlər
C) Pulcuqlular
D) Timsahlar
E) Tısbağalar
7. Aşağıda göstərilən əlamətlərdən hansı cəld kərtənkələyə aid deyil?
A) Bədəni çılpaq olub, dəri törəməsindən məhrumdur, epidermisi dəri vəziləri ilə zəngindir.
B) Bədəni yığcamdır, boyun hissə aydın nəzərə çarpır.
C) Quyruğu nazikdir, hər iki ətrafında beş barmağı var.
D) Ətrafların proksimal hissəsi yaxşı inkişaf etdiyi üçün bədənin ön tərəfini yerdən bir qədər qaldırır.
E) Diz oynağı yana deyil, önə doğru yönəlmişdir.
8. Kərtənkələnin sidik kisəsinin axarı hara açılır?
A) Sidik kisəsi yoxdur
B) Kloakanın bel tərəfinə
C) Anusa
D) Birbaşa xaricə
E) Kloakanın qarın tərəfinə
9. Aşağıda verilən sümüklərdən hansı cəld kərtənkələnin beyin qutusunun peysər hissəsinə aid deyil?
A) Pulçuq sümüyü.
B) Üst peysər sümüyü.
C) Əsas peysər sümüyü.
D) Sağ yan peysər sümüyü.
E) Sol yan peysər sümüyü.
10. Aşağıda verilən sümüklərdən hansı cəld kərtənkələnin visseral kəllə sümüklərinə aid deyil?
A) Diş sümüyü.
B) Üst çənə və çənəarası sümükləri.
C) Almacıq, pulcuq və qanadvari sümüklər.
D) Oynaq və künc sümükləri.
E) İki ayaqlı dilaltı sümükləri.
Dostları ilə paylaş: |