##num= 12// level= 1// sumtest=20 // name= Müasir qiymətləndirmə siyasəti. Məktəbdaxili qiymətləndirmənin növləri. Diaqnostik, formativ və summativ qiymətləndirmənin üsul və vasitələri //
1. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?
1 - Diaqnostik qiymətləndirmə
2 - Formativ qiymətləndirmə
3 - Summativ qiymətləndirmə
4 - Milli qiymətləndirmə
5 - Beynəlxalq qiymətləndirmə
A) 1, 4, 5
B) 1, 2, 3
C) 2, 4
D) 4, 5
E) 2, 3, 5
2. ____________təhsilin keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi funksiyalarını yerinə yetirir. Bu qiymətləndirmə şagirdlərin qazanılmış bacarıqlardan istifadəetmə imkanlarının qiymətləndirilməsinə yönəldilmişdir, üç ildən bir həyata keçirilir. Söhbət hansı qiymətləndirmənin hansı istiqamətindən gedir?
A) Məktəbdaxili qiymətləndirmə
B) Milli qiymətləndirmə
C) Formativ qiymətləndirmə
D) Diaqnostik qiymətləndirmə
E) Beynəlxalq qiymətləndirmə
3. Aşağıdakılardan hansı müasir qiymətləndirməyə aid deyil?
A) Tədris prosesinin yalnız müəyyən bir hissəsində tətbiq edilir.
B) Təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib amil kimi meydana çıxır.
C) Şagirdin inkişafı sistemli şəkildə izlənilir.
D) Qiymətləndirmənin obyektivliyini təmin edir.
E) Dərsin gedişində interaktiv prosesdir
4. Qiymətləndirmə ilə bağlı termin və ifadələr arasındakı uyğunluğu tapın:
1 - Qiymətləndirmə standarları
2 - Qiymətləndirmə meyarları
3 - Portfolio
4 - Rubrik
a - Şagird fəaliyyəti ilə bağlı sənədlər
b - Şagird nailiyyətlərini ölçən qiymətləndirmə şkalası
c - Nailiyyət səviyyəsinə verilən dövlət tələbləri
d - Məzmun standartları əsasında hazırlanmış tələblər
A) 1e; 2a; 3b; 4d
B) 1a; 2d; 3b; 4c
C) 1a; 2b; 3d; 4c
D) 1c; 2d; 3a; 4b
E) 1d; 2c; 3a; 4b
5. Formativ qiymətləndirmənin məzmununa aid olanları seçin:
1 - İlki səviyyənin monitorinqi
2 - İrəliləyişlərin monitorinqi
3 - Fəaliyyət haqqında məlumat toplamaq
4 - Şagirdlərin fəalyyətini izləmək
5 - Buraxılış siniflərinə yekun attestasiya aparmaq
A) 2, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 3, 5
E) 2, 4, 5
6. Analitik qimətləndirmə necə qiymətləndirmədir?
A) Şifahi
B) Sürətli
C) Gözəyarı
D) Uzunmüddətli
E) Qısamüddətli
7. Holistik sözünün latınca mənası nədir?
A) Ləng, asta
B) Yarımçıq, xüsusi
C) Ümumi, bütöv, tam
D) Surətli
E) Xüsusi, bütöv
8. Aşağıdaklardan biri “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” na aid deyil.
A) Buraxılış imtahanları
B) Əsas qiymətləndirmə növləri
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsinin əsas xüsusiyyətləri
D) Qiymətləndirmə meyarları
E) Kurikulum üzrə qiymətləndirmə
9. Uyğunluğu müəyyən edin.
1 - Diaqnostik qiymətləndirmə
2 - Formativ qiymətləndirmə
3 - Summativ qiymətləndirmə
a - Bu qiymətləndirmənin nəticələri rəsmi qeyd olunmur.
b - Bu qiymətləndirmə davamlı və səmərəli əks əlaqə mexanizmidir.
c - Kiçik və böyük qiymətləndirmə
A) 1b, 2a, 3c
B) 1b, 2c, 3a
C) 1a, 2b, 3c
D) 1c, 2b, 3a
E) 1a, 2c, 3b
10. Qiymətləndirmə vasitələri hazırlanarkən sualların səviyyələr üzrə paylanması hansı bənddə düzgün göstərilmişdir?
A) I - 20%, II - 30%, III - 30%, IV - 20%
B) I - 30%, II - 20%, III - 20%, IV - 30%
C) I - 20%, II - 30%, III - 20%, IV - 30%
D) I - 30%, II - 30%, III - 20%, IV - 20%
E) I - 40%, II - 20%, III - 20%, IV - 20%
11. Hansı qiymətləndirmə növündə şagirdlərin ilkin bacarıq və vərdişləri müəyyən olunur?
A) Beynəlxalq
B) Formativ
C) Summativ
D) Diaqnostik
E) Milli
12. Diaqnostik qiymətləndirmədə istifadə olunan metod və vasitələr?
A) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
B) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq
C) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
D) Test tapşırıqları, layihə, çalışmalar
E) Oxu, şifahi sual - cavab, şagirdlərin yazı işlərinin təhlili
13. Formativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
B) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
C) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
D) Müsahibə, söhbət, müşahidə, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
E) Yoxlama yazı işləri, yaradıcılıq işləri, şifahi sorğu üzrə qeydiyyat vərəqi, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
14. Summativ qiymətləndirmədə istifadə olunan metod və vasitələr hansılardır?
A) Şifahi təqdimat, testlər, nailiyyətlərin nümayişi
B) Müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri
C) Müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
D) Müsahibə, söhbət, müşahidə, valideynlərlə və digər fənn müəllimlərilə əməkdaşlıq
E) Özünüqiymətləndirmə, test tapşırıqları, layihə
15. Şagird nailiyyətlərinin qiymətləndirilməsində səmərəli əks əlaqəni təmin edən komponent hansıdır?