##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 13// level= 1// sumtest=19 // name= Məktədaxili qiymətləndirmənin aparılma qaydaları //



Yüklə 411,97 Kb.
səhifə13/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 13// level= 1// sumtest=19 // name= Məktədaxili qiymətləndirmənin aparılma qaydaları //


1. Diaqnostik qiymətləndirmə hansı məqsədlə aparılır?

A) Şagirdin illik fəaliyyətini izləmək məqsədilə

B) Təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirmək məqsədilə

C) Təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədilə

D) Fənn üzrə təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədilə

E) Şagirdin yarımillik fəaliyyətini yoxlamaq məqsədilə

2. Summativ qiymətləndirmə nə vaxt aparılmır?

A) Dərs ilinin əvvəlində

B) Yarımilin sonunda

C) Ayın sonunda

D) Bölmə başa çatdıqda

E) İlin sonunda

3. Qiymətləndirmə hansı istiqamətlərdə aparılır?

A) Beynəlxalq, milli və məktəbdaxili

B) Beynəlxalq, sinifdaxili və fəndaxili

C) Milli, məktəbdaxili və sinifdaxili

D) Diaqnostik, formativ və summativ

E) Respublika, şəhər, məktəb

4. Formativ qiymətləndirmə hansı məqsədlə aparılır?

A) Şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaratmaq

B) Şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaratmaq

C) Şagirdlərin maraq dairəsi, dünyagörüşü haqqında, yaşadığı mühit haqqında məlumat almağa imkan yaratmaq

D) Şagirdlərin ilkin bilik səviyyəsini qiymətləndirmək

E) Tədris prosesinin sonunda aparılmaqla şagirdlər tərəfindən bölmənin necə mənimsənildiyini yoxlamaq

5. Diaqnostik qiymətləndirmə nə zaman aparılır?

A) Dərsin hər hansı bir mərhələsində şagirdlərin əldə etdikləri nailiyyətləri qiymətləndirmək məqsədi ilə

B) Təhsilin hər hansısa bir mərhələsində şagirdlərin əldə etdikləri bilikləri qiymətləndirmək məqsədi ilə

C) Dərs ilinin, tədris vahidlərinin əvvəlində, yeri gəldikdə bəhs və bölmələrin əvvəlində zəruri vəziyyət yarandıqda

D) Dərs ilinin sonunda

E) Heç biri

6. Böyük summativ qiymətləndirmə kim tərəfindən aparılır?

A) Tədris şöbəsi

B) Təhsil müəssisəsinin rəhbəri

C) Təhsil müəssisəsinin tərəfindən yaradılan komissiya

D) Təhsil nazirliyi

E) Fənn müəllimi

7. Kiçik summativ qiymətləndirmə nə vaxt aparılır?

A) Tədris vahidinin sonunda

B) Təlim prosesinin əvvəlində

C) Təlim prosesinin əvvəlində və sonunda

D) Hər ayın əvvəlində və sonunda

E) Hər həftənin əvvəlində

8. Uyğunluğu müəyyən edin.

1 - Diaqnostik

2 - Formativ

3 - Summativ

a - Bu növ qiymətləndirmə gündəlik olaraq hər bir dərsdə aparılır.

b - Bölmənin öyrənilməsinin sonunda, tədris yarımili və ili başa çatdıqda həyata keçirilir.

c - Yeni dərs ilinin əvvəlində və yeni bölmənin tədrisində şagirdlərə yeni biliklər və bacarıqlar öyrədildikdə keçirilir.

A) 1b, 2a, 3c

B) 1c, 2a, 3b

C) 1c, 2b, 3a

D) 1a, 2b, 3c

E) 1a, 2c, 3b

9. Aşağıdakılaradan hansı summativ qiymətləndirmənin aparılma qaydalarına aid deyil.

A) Kiçik summativ qymətləndirmə hər tədris vahidinin sonunda, altı hətfədən gec olmayaraq müəllim tərəfindən keçirilir.

B) Rəsmi qiymətləndirmədi və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.

C) Summativ qiymətləndirməni tədris ilinin istənilən vaxtında keçirmək olar

D) Kiçik və böyük summativ qiymətləndirmələrin keçirilmə vaxtı illik planlaşdırmada nəzərdə tututlur.

E) Böyük summativ qiymətləndirmə yarımillərin sonunda müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən keçirilir.

10. “Bölmənin öyrənilməsinin sonunda, tədris yarımili və ili başa çatdıqda, tədris prosesinin nəticələrini düzəltmək artıq çətin olduqda həyata keçirilir”. Bu deyilənlər qiymətləndirmənin hansı növünə aiddir?

A) Diaqnostik qiymətləndirmə

B) Beynəlxalq qiymətləndirmə

C) Formativ qiymətləndirmə

D) Summativ qiymətləndirmə

E) Milli qiymətləndirmə

11. ___________interaktiv və planlaşdırılmış proses olub, davam edən təlim prosesini və ya fəaliyyəti hazırlamaq, yaxud onu dəyişmək, şagirdləri stimullaşdırmaq üçün tətbiq edilir. Bu növ qiymətləndirmə gündəlik olaraq hər bir dərsdə aparılır” nöqtələrin yerinə uyğun sözü seçin.

A) Beynəlxalq qiymətləndirmə

B) Məktəbdaxili qiymətləndirmə

C) Diaqnostik qiymətləndirmə

D) Summativ qiymətləndirmə

E) Formativ qiymətləndirmə

12. Aşağıda verilənlər qiymətləndirmənin hansı növünə aiddir?

1 - Rəsmi qiymətləndirmə deyil.

2 - Fənnin məzmun standartları üzrə təlim məqsədləri əsasında müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına görə aparılır.

3 - Müəllim qiymətləndirmə meyarlarına uyğun dörd səviyyəli rubriklər (I - IV səviyyə) hazırlayır. Zəruri hallarda rubriklər 3 və ya 5 səviyyədə tərtib oluna bilər.

A) Formativ qiymətləndirmə

B) Kiçik summativ qiymətləndirmə

C) Diaqnostik qiymətləndirmə

D) Milli qiymətləndirmə

E) Böyük summativ qiymətləndirmə

13. Uyğunluğu müəyyən edin.

1 - Summativ

2 - Diaqnostik

3 - Formativ

a - Bu qiymətləndirmənin aparılmasında əsas məqsəd inkişafda olan prosesə nəzarət etmək və onu istiqamətləndirməkdir.

b - Bu qiymətləndirmənin aparılmasında əsas məqsəd şagirdlərə müəyyən zaman ərzində əldə etdiyi nailiyyətləri təhlil edib ümumiləşdirmək və bu nailiyyətləri kəmiyyətcə (balla) qiymətləndirməkdir.

c - Bu qiymətləndirmənin aparılmasında əsas məqsəd şagirdlərin zəif və güclü tərəflərini müəyyənləşdirmək və sonrakı fəaliyyət növündə ondan istinad kimi istifadə etmək, şagirdlər haqqında ilkin məlumatlar toplamaqdır.

A) 1b; 2c; 3a

B) 1c; 2a; 3b

C) 1a; 2c; 3b

D) 1a; 2b; 3c

E) 1b; 2a; 3c

14. Şagirdin yarımillik qiyməti hansı düstur əsasında çıxarılır?

A) Y =

B) Y =

C) Y =

D) Y =

E) Y =

15. “________________dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində təhsilalanların bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək məqsədilə aparılır. Aparılmasının üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir. Nəticələri rəsmi sənədlərdə qeyd olunmur”. Söhbət qiymətləndirmənin hansı növündən gedir?

A) Beynəlxalq qiymətləndirmə

B) Diaqnostik qiymətləndirmə

C) Formativ qiymətləndirmə

D) Summativ qiymətləndirmə

E) Milli qiymətləndirmə

16. Formativ qiymətləndirmə nə vaxt aparılır? (13)

A) Hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq aparılır

B) Dərs ilinin, tədris vahidinin və dərsin əvvəlində aparılır

C) Gündəlik olaraq hər bir dərsdə aparılır

D) Hər həftənin sonunu aparılır

E) Dərs ilin sonu aparılır

17. Aşağıda verilənlər qiymətləndirmənin hansı növünə aiddir?

1 - Qiymətləndirmə vasitələri qiymətləndirmə standartlarının dörd mürəkkəblik səviyyəsinə uyğun olaraq 1 - 4 - cü səviyyələrdə hazırlanır.

2 - Iki formada aparılır.

3 - Bu qiymətləndirmənin formalarının nəticələri illik qiymətlərin hesablanmasında nzərə alınır.

A) Summativ qiymətləndirmə

B) Beynəlxalq qiymətləndirmə

C) Formativ qiymətləndirmə

D) Diaqnostik qiymətləndirmə

E) Milli qiymətləndirmə

18. Verilənlərdən diaqanostik qiymətləndirməyə aid olmayanı seçin.

1 - İki formada (böyük və kiçik) aparılır.

2 - Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsinin qiymətləndirməsidir.

3 - Şagirdlərin maraq dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat almağa imkan verir.

A) yalnız 2

B) yalnız 1

C) 2 və 3

D) 1 və 3

E) 1 və 2

19. Formativ qiymətləndirməyə aid olmayan variantı seçin.

1 - Təlim prsoseinin hər hansı bir mərhələsi üçün müəyyən olunmuş nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsidir.

2 - Dərs ilinin əvvəlində aparılır

3 - Şagirdlərin təlim ehtiyaclarının öyrənilməsinə imkan yaradır.

4 - Dərs ilinin sonunda aparılır.

A) 3 və 4

B) yalnız 2

C) 1 və 3

D) yalnız 1

E) 2 və 4

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin