##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 14// level= 1// sumtest=20 // name= Yeni nəsil dərsliklərlə işin xüsusiyyətləri. Dərslik komplektinin əhəmiyyəti //



Yüklə 411,97 Kb.
səhifə14/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 14// level= 1// sumtest=20 // name= Yeni nəsil dərsliklərlə işin xüsusiyyətləri. Dərslik komplektinin əhəmiyyəti //


1. Dərsliklərə verilən tələblər hansılardır?

1 - Düzgünlük

2 - Şüurluluq

3 - Əyanilik

4 - İfadəlilik

5 - Mənbələrin göstərilməsi

6 - Fəal təlim üçün şəraitin yaradılması

A) 1, 3, 5, 6

B) 2, 3, 4, 5

C) 1, 3, 4, 6

D) 2, 3, 4, 6

E) 1, 2, 4, 6

2. Dərslik komplekti necə vasitədir?

A) Heç biri

B) Dərslik komplekti – təlim standartların reallaşmasına xidmət edən vasitədir.

C) Dərslik komplekti – təhsil proqramı kurikulumunda nəzərdə tutulmuş təlim nəticələri standartların reallaşmasına xidmət edən vasitədir.

D) Dərslik komplekti – təhsil proqramı kurikulumunda nəzərdə tutulmuş vasitədir.

E) Dərslik kompleksi – standartların reallaşmasına xidmət edən vasitədir.

3. Aşağıda verilmiş müddəalar nəyə aiddir?

1 - Təhsil prosesində müəllim - şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir.

2 - Müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir.

3 - Təlim prosesində şagidlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır.

A) Dərslik komplektinə

B) Əlavə resurslara

C) Elektron resurslara

D) Çap resurslarına

E) Heç birinə

4. Dərslik fəal təlim prosesində bir komponent kimi nəyi özündə əks etdirmir:

A) Fəal təlim prosesinə yönləndirməni

B) Tədqiqatçılığa və yaradıcılığa istiqamətləndirməni

C) Təlim prosesində reproduktiv tətbiqetməni

D) Şagirdi idraki fəallığa sövq etməni

E) İdraki fəallığa sövq etməni

5. Yeni dərsliyin əsas keyfiyyətləri nədən ibarətdir?

A) Şagirdləri fəaliyyətə sövq etdirmək

B) Bilik vermək

C) Məlumatlandırmaq, yeni bacarıqlara yiyələndirmək

D) Şagirdləri fəaliyyətə sövq etməklə tətbiqi xarakter daşıması

E) Bütün variantları doğrudur

6. Müəllim üçün vəsaitin hazırlanması zamanı başlıca məqsəd olaraq funksiyaların reallaşması üçün düzgün ardıcıllıq hansıdır?

1 - Qabaqlayıcı materialların olması.

2 - Mövzuların tədrisi texnikasının əhatə edilməsi.

3 - Yaradıcı materialların verilməsi.

A) 2, 1, 3

B) 1, 2, 3

C) 3, 1, 2

D) 3, 2, 1

E) 2, 3, 1

7. Müəllim üçün metodik vəsaitin ilk hissəsində verilən qabaqlayıcı materialların düzgün ardıcıllığı hansıdır?

1 - Fənn üzrə məzmun standartlarının reallaşma nəticəsi.

2 - İllik və gündəlik planlaşdırma nümunələri.

3 - İnteqrasiyaya aid tövsiyyələr.

A) 2, 3, 1

B) 3, 1, 2

C) 2, 1, 3

D) 1, 2, 3

E) 3, 2, 1

8. Aşağıdakı mülahizələrdən hansı doğrudur?

A) Dərslik şagird üçün yeganə vasitədir

B) Müəllim yalnız dərslikdən yararlanmalıdır

C) Dərslik dörd tərkib hissədən ibarətdir

D) Dərslik müstəqil işləməni təmin etməlidir

E) Vəsaitdə göstərilənlərdən kənara çıxmaq olmaz

9. Müasir dərslik üçün səciyyəvi deyil:

A) Təfəkkürü inkişaf etdirir

B) Təlimə maraq yaradır

C) Axtarışa sövq edir

D) Tətbiqi xarakter daşıyır

E) Hafizəyə əsaslanır

10. Yeni dərslik necə olmalıdır?

1 - Təhsil standartlarını özündə əks etdirən

2 - Fənn kurikulumlarına uyğun

3 - Əzbərçiliyi artıran

4 - Fəal təlim prosesinə sövq edən

5 - Sırf ənənəyə söykənən

6 - Tətbiqi xarakter daşıyan

7 - Hafizəni möhkəmləndirən

A) 1, 2, 4, 6

B) 1, 2, 5, 6

C) 1, 3, 4, 6

D) 1, 2, 3, 4

E) 1, 2, 3, 5

11. Yeni dərsliklər üçün səciyyəvidir:

A) Sosial həyatın demokratikləşdirilməsi

B) Cədvəl və qrafiklərdən çox istifadə olunması

C) Məzmun standartlarına uyğunluq

D) Monoloji xarakter daşıması

E) Passiv təlimə yönləndirmə

12. Dərsliyin inteqrativliyi dedikdə nə nəzərdə tutulur?

A) Zəruri təlim materiallarından istifadəetmə

B) Bacarıqları formalaşdıra bilmək

C) Müxtəlif növ çalışmaların olması

D) Çoxçeşidli tapşırıqlardan istifadə edilmə

E) Əlaqələndirməyə imkan yaratma

13. Sadalananlardan hansı dərslik siyasətinin məqsədi deyil?

A) Avtoritar düşüncəli, konservativ vətəndaşlar yetişdirməkdir

B) Məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələndirmək

C) Vətəninə, xalqına, onun adət - ənənələrinə bələd olan vətəndaş yetişdirmək

D) Milli və ümumbəşəri dəyərlər zəminində formalaşan şagird hazırlamaq

E) Fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır insan yetişdirmək

14. Dərslikdə şagirdlərin praktik fəaliyyətinin təmin olunması nəyi nəzərdə tutur?

A) Dəyərləndirmək üçün materiallar verilir

B) Təhlil və tətbiq etmək imkanının genişliyi

C) Dərslikdəki məlumatları anlaşıqlı olması

D) Şagirdlərə psixoloji təsir edən məlumatların olması

E) Məntiqi tapşırıqların üstünlük təşkil etməsi

15. Praktik materialların ardıcıllığını müəyyən edin.

1 - Çalışma və tapşırıqlar;

2 - İstiqamətləndirici suallar;

3 - Ev tapşırıqları.

A) 2, 1, 3

B) 1, 2, 3

C) 3, 1, 2

D) 3, 2, 1

E) 2, 3, 1

16. Əyaniliyi təmin etmək üçün hansı vasitədən istifadə olunmur?

1 - Şəkillər

2 - İllüstrasiyalar

3 - Taksonomiya

4 - Sxemlər

5 - Cədvəllər

6 - Tezlik paylanması

7 - Xəritələr

8 - Nəzəriyyə

A) 1, 2, 5

B) 3, 6, 8

C) 3, 4, 6

D) 2, 3, 7

E) 1, 2, 8

17. Aşağıda sadalananlar hansı prinsipə əsaslanır?

- sosial - iqtisadi sahələrdəki nailiyyətlərin nəzərə alınması;

- elmin özündəki inkişafın nəzərə alınması;

- təlim materiallarının müasir dünyagörüşü formalaşdırmasına istiqamətlənməsi.

A) müasirlik

B) ardıcıllıq

C) tamlıq

D) oxunaqlıq

E) düzgünlük

18. Əgər orfoqrafiya, durğu işarələri, qrammatika qaydalarının gözlənilməyibsə, deməli, dərslik . . . . . . . tərtib olunmayıb?

A) tam

B) ardıcıl

C) müasir

D) düzgün

E) əyani

19. Dərsliklərin gigiyenik tələblərə uyğunluğu hansı sənədlə tənzimlənir?

A) “Ümumtəhsil sistemində dərslik siyasəti”

B) Təhsil Nazirliyinin qəbul etdiyi akt

C) “Dərsliklərin texniki və gigiyenik standartları”

D) “Düzgün dərsliyin prinsipləri” adlı normativ sənəd

E) Peşə fəaliyyətinin standartlarına

20. Təlim materiallarının lakonikliyi özündə nəyi əks etdirir?

A) sadəliyi

B) aydınlığı

C) yığcamlığı

D) uzunçuluğu

E) mürəkkəblilyi

##num= 15// level= 1// sumtest=20 // name= Yeni nəsil dərslikləri səciyyələndirən əsas cəhətlər. Standartların dərslikdə reallaşması //


1. Standartların dərsliklərdə reallaşdırılması nədir?

A) Tədris vahidləri və summativ testlər standartların reallaşdırılmasına yönəldilir

B) Tədris vahidləri, paraqraf və mövzular bilavasitə təlim standartlarının reallaşdırılmasına yönəldilir

C) Təlim standartları dərsliklər vasitəsilə yazılmalıdır

D) Standartlar yazılan zaman dərsliklərin prinsipləri əsas götürülməlidir

E) Paraqraf və mövzuların əvvəlində standartlar qeyd olunmalıdır

2. Standartlar reallaşdırılan zaman hansı ardıcıllığa riayət edilməlidir?

1 - Minimum biliklərin formalaşdırılması diqqətdə saxlanılmalıdır

2 - Tələblər konkret olaraq müəyyənləşdirilməlidir

3 - Zəruri bacarıqların mənimsənilməsinə diqqət yetirilməlidir

4 - Standartlar dərindən öyrənilməlidir

A) 3, 2, 1, 4

B) 1, 2, 3, 4

C) 3, 1, 2, 4

D) 4, 2, 1, 3

E) 2, 3, 1, 4

3. Dərslikdə standartlar tədrisə hansı şəkildə gətirilir?

A) Ssenari

B) Resurs

C) Cədvəl

D) Məqsəd

E) Eskiz

4. Məqsədlər dərslikdə nəyin vasitəsilə ölçülür?

A) Uyğunluğun

B) Formaların

C) Üsulların

D) Motivasiyanın

E) Meyarların

5. Təlim standartları şagird vəsaitində izah olunmalıdırmı?

A) Bəli

B) Xeyr

C) Qismən

D) Mütləq

E) Olunmalıdır

6. Metodik vəsaitin hazırlanması zamanı hansı tələb əsas deyil?

A) Frontal sorğunun keçirilməsi

B) Qabaqlayıcı materialların olması

C) Mövzuların tədrisi texnologiyasının əhatə edilməsi

D) Yardımçı materialların verilməsi

E) Ədəbiyyat siyahısının verilməsi

7. Müəllim vəsaitində nə olmamalıdır?

A) İnteqrasiyaya aid tövsiyələr

B) Fənn üzrə məzmun strategiyalarının reallaşma cədvəli

C) İllik və gündəlik planlaşdırma nümunələri

D) Şagirdlərin özünüqiymətləndirmə cədvəli

E) Müəllimlər üçün metodik tövsiyələr

8. Dərslikdəki inteqrasiya cədvəli özündə nəyi əks etdirir?

A) fəndaxili və fənlərarası əlaqə imkanlarını

B) tədris vahidi, dərsin konkret səhifəsini

C) fəndaxili standart və uyğunluğu

D) fənlərarası və mövzulararası əlaqəni

E) dərsliyin ayrı - ayrı hissələri arasında olan əlaqəni

9. Mövzuların tədrisi texnologiyası dedikdə hansı nəzərdə tutulmur?

A) görüləcək işin istiqamətləri

B) resursların düzgün seçilməsi

C) fəaliyyətin mərhələləri

D) istifadə olunacaq üsul və vasitələr

E) gözlənilən nəticələr başa düşülür

10. Metodik vəsaitdə nə müəllimin məqsədyönlü fəaliyyətini təmin edir, onun düzgün strateji xətt üzrə irəliləyişlərə nail olmasına imkan yaradır?

A) Standartların reallaşma cədvəli

B) İnteqrasiya cədvəli

C) İllik və gündəlik planlaşdırma

D) Gözlənilən təlim nəticələri

E) İstifadə olunacaq üsul və vasitələr

11. Uyğunluğu müəyyən edin.

1 - Müasir dərslik

2 - Ənənəvi dərslik

a - Komplekt səciyyə daşıyır

b - Şagirdə obyekt kimi yanaşılır

c - Şagirdə subyekt kimi yanaşılır

d - Komplekt səciyyə daşımır

A) 1 – d, c; 2 – a, b

B) 1 – b, c; 2 – a, d

C) 1 – a, c; 2 – b, d

D) 1 – b, d; 2 – a, c

E) 1 – a, b; 2 – c, d

12. Yeni dərslikləri səciyyələndirən əsas cəhətləri müəyyən edin.

1 - Təlim marağını gücləndirir, şagirdləri axtarışlara, yeni məlumatlar əldə etməyə sövq edir.

2 - Şagirdə obyekt kimi yanaşılır.

3 - Fəndaxili və fənlərarası inteqrasiya imkanlarını genişləndirir.

4 - Komplekt səciyyə daşımır.

5 - Fəal təlim şəraitinin yaradılmasını tələb edir.

A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 3, 4

13. Dərslik siyasətin əsas prinsiplərinin doğru verildiyi variantı müəyyən edin?

1 - Dəqiqlik və aşkarlıq

2 - Şəffaflıq və aşkarlıq

3 - Düzgünlük və doğruluq

4 - Variativlik və seçim

5 - Antiinhisar və sağlam rəqabət

6 - Dəqiqlik və aşkarlıq

A) 2, 4, 5

B) 1, 2, 4

C) 3, 4, 6

D) 1, 3, 6

E) 2, 3, 5

14. Dərsliklərin məzmununa verilən əsas tələblərə aiddir:

1 - Dövlət Təhsil Standartları əsasında hazırlanmış kurikulumlara uyğun olmalıdır.

2 - Təhsilin keyfiyyətini yüksəltmək üçün çoxlu tapşırıqlar verilməlidir.

3 - Dünyəvilik prisnsipinə riayət edilməlidir.

4 - Məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməməlidir.

5 - Şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır.

A) 1, 3, 5

B) 2, 3, 4

C) 1, 3, 4

D) 3, 4, 5

E) 1, 2, 3

15. Aşağıda verilənlər dərslik siyasətinin hansi prisipinə aiddir?

1 - Dərsliklərin hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycan Respublikasının dövlət mənafeyi gözlənilməklə, alimlərin, mütəxəssislərin, müəlliflərin , müəllimlərin və valideynlərin rəyi nəzərə alınır.

2 - Dərsliyin əlyazması DQŞ (Dərslikləri Qiymətləndirmə Şurası) tərəfindən qiymətləndirildikdən sonra nəticələr DQŞ saytına yerləşdirilir.

A) Düzgünlük

B) Antiinhisar və sağlam rəqabət

C) Şəffalıq və aşkarlıq

D) Seçim

E) Variativlik və dəqiqlik

16. Tədrisin məqsədi, vəzifələri və məzmunu harada öz əksini tapır?

A) Portfellərdə

B) İş dəftərlərində

C) Jurnallarda

D) Tədris proqramı və dərsliklərdə

E) Məktəblik kitabçasında

17. Müəllim üçün metodik vəsaitin ilk hissəsində verilən qabaqlayıcı materialların verildiyi düzgün variantı müəyyən edin.

A) Heç biri

B) Şagirdləri fəaliyyətə sövq etmək üçün çalışmalar.

C) Mövzuların tədrisi texnikasına aid nümunələr.

D) Şagirdlərin bacarıq və vərdişlərini formalaşdıran materiallar.

E) İllik və gündəlik planlaşdırma nümunələri.

18. Əlavə resurslar neçə yerə ayrılır və hansılardır?

A) 5

B) 2

C) 4

D) 6

E) 3

19. Əlavə resurslara növləri düzgün verilmiş variantı müəyyən edin.

A) elektron resurslar və çap resursları

B) yalnız çap resursları

C) heç biri

D) Elektron resurslar

E) Dərslik resursları

20. Elektron resurslara aiddir:

A) elektron dərsliklər, buklet, bülleten, öyrədici proqramlar

B) kitab, jurnal, saytlar, qəzet, video resurslar

C) təqdimatlar, elektron dərsliklər, saytlar, tədrislə bağlı oyunlar

D) saytlar, təqdimatlar, jurnal, qəzet

E) öyrədici proqramlar, kitab, tədrislə bağlı oyunlar



Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin