##Fakültənin adı: Fizika və texnologiya ##İxtisas: Texnologiya müəllimliyi ##Fənnin adı


##num= 9// level= 1// sumtest=20 // name= Fəal dərsin mərhələləri. Fəal təlimin quruluşu. Motivasiyanın yaradılma yolları //



Yüklə 411,97 Kb.
səhifə9/14
tarix19.12.2018
ölçüsü411,97 Kb.
#86296
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 9// level= 1// sumtest=20 // name= Fəal dərsin mərhələləri. Fəal təlimin quruluşu. Motivasiyanın yaradılma yolları //


1. Uyğunluğu müəyyən edin:

1 - Şagirdin mövqeyi

2 - Müəllimin mövqeyi

3 - İnteraktiv iş formaları

a - “kəşf edən”, “tədqiqatçı”

b - “bələdçi”, “aparıcı”

c - cütlüklərlə iş

A) 1a, 2b, 3c

B) 1b, 2a, 3c

C) 1b, 2c, 3a

D) 1c, 2a, 3b

E) 1a, 2a, 3c

2. Düzgün motivasiya necə olmalıdır?

1 - Düşündürücü (2 və daha çox fərziyyələri yaradan)

2 - Asanlıqla cavabı tapılan, qısa (3 - 5 dəq)

3 - Məqsədyönlü

4 - Həyatla əlaqəli

5 - Konkret

6 - Ziddiyyəti həll etmək tələbatı

A) 1, 5, 6

B) 3, 5, 6

C) 1, 3, 4

D) 1, 4, 7

E) 1, 2, 3

3. Uyğunluğu müəyyən edin:

1 - Problem - situasiyanın yaradılması

2 - Şagird - tədqiqatçı, müəllim - fasilitator

3 - Dialoq və əməkdaşlığın zəruriliyi

4 - Psixoloji dəstək, hörmət və etibar

a - Şagird subyektiv rolunda çıxış edir.

b - Şagird qarşısında problem qoyulur.

c - Təlim dialoji şəkildə həyata keçirilir.

d - Şagird dəstəklənməsi onların idrak fəallığını saxlamaq vasitəsidir.

A) 1a, 2b, 3c, 4d

B) 1c, 2d, 3a, 4b

C) 1a, 2c, 3d, 4b

D) 1d, 2a, 3b, 4c

E) 1b, 2a, 3c, 4d

4. Aşağıdakı fikirlərdən hansı tədqiqatın aparılması mərhələsinə aiddir.

A) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

B) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

C) Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

D) Bu zaman yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

E) Dərsdə əldə edilmiş biliklərin möhkəmləndirilməsi məqsədilə yaradıcı tətbiqetmədir.

5. Aşağıdakı fikirlərdən hansı yaradıcı tətbiqetmə mərhələsinə aid deyil.

A) Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.

B) Biliklərin mənimsənilməsinin başlıca meyarıdır.

C) Şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

D) Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər.

E) Qazanılmış biliyin şüurda inikasıdır.

6. Aşağıdakı fikirlərdən hansı nəticələrin çıxarılması mərhələsinə aid deyil.

A) Şagirdlər yeni biliyin kəşfi yolunda son addımı atır, ümumiləşdirmə aparır.

B) Şagird əldə olunan bilikləri irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.

C) Şagirdlər kəşf etdikləri biliklər üçün bənzərsiz sevinc və məmnuniyyət hissi yaşayırlar.

D) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

E) Dəsrin sonuncu və əsas mərhələsidir

7. Aşağıdakı fikirlərdən hansı informasiyanın müzakirəsi və təşkili mərhələsinə aiddir.

1 - Bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir.

2 - Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.

3 - Dərsdə əldə edilmiş bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır.

4 - Bu mərhələdə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır. Məlumatlar sxem, qrafik, cədvəl, təsnifat, formasında təşkil oluna bilər.

5 - Biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir.

A) 1, 5

B) 1, 3

C) 4, 5

D) 1, 4

E) 2, 3

8. Motivasiya neçə prinsiplə qurulur?

A) 3

B) 2

C) 4

D) 5

E) 6

9. Refleksiya nədir?

A) Artıq başa çatmış prosesin şüurda canlandırılması və dəyərləndirilməsidir

B) Yaradıcı tətbiqetmə

C) Prosesin təkmilləşdirilməsinin nəticəsidir. .

D) Problemin həllinə dair fərziyyələrin təsdiq və ya təkzib edilməsidir.

E) İnformasiyanın müzakirəsidir.

10. Hansı cavab fəal təlimin motivasiya mərhələsinin hissələrinin düzgün ardıcıllığını əks etdirir?

A) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, fərziyələr irəli sürülür.

B) Tədqiqat sualı müəyyən edilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur.

C) Fərziyələr irəli sürülür, problemi qoymaq üçün sual və ya tapşırıq verilir, tədqiqat sualı çıxarılır, yönəldici suallar təklif olunur.

D) Yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır, problemi qoymaq üçün sual və ya tapşırıq verilir, fərziyələr irəli sürülür.

E) Problemi qoymaq üçün sual və ya tapşırıq verilir, fərziyyələr irəli sürülür, yönəldici suallar təklif olunur, tədqiqat sualı çıxarılır.

11. Fəal dərsin quruluşunu ardıcıllıqla düzün.

1 - Motivasiya, problemin qoyuluşu

2 - Tədqiqatın aparılması

3 - İnformasiya mübadiləsi

4 - İnformasiyanın müzakirəsi və təşkili

5 - Nəticə

A) 2, 1, 3, 4, 5

B) 4, 3, 2, 1, 5

C) 3, 2, 1, 4, 5

D) 1, 2, 3, 4, 5

E) 5, 4, 3, 2, 1

12. Aşağıdakı fikirlərdən biri informasiya mübadiləsi mərhələsinə aiddir.

A) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

B) Fəal dərsin dördüncü mərhələsidir.

C) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

D) Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.

E) Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar.

13. Yaxşı motivasiya olmalıdır: (3 xüsusiyyət seçin)

1 - Çox zaman aparmalıdır

2 - Tədqiqata yönəltməlidir

3 - Az vaxt aparmalı, yığcam olmalıdır

4 - Məqsədəuyğun olmasa da ən əsas rəngarəng olmalıdır

5 - Şagirdlərdə idraki fəallıq yaratmalıdır

6 - Qapalı suallardan ibarət olmalıdır

7 - Mütləq rəmzlərlə, şəkillərlə yaradılmalıdır

A) 2, 3, 7

B) 3, 6, 7

C) 2, 3, 5

D) 5, 6, 7

E) 2, 3, 4

14. Motivasiya nə üçündür?

A) Fənnin və ya mövzunun öyrənilməsinin əhəmiyyətini əsaslandırmaq üçün

B) Təlimə başlamaq və şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb etmək üçün

C) Şagirdlərin əhvali - ruhiyyəsini yaxşılaşdırmaq üçün

D) Qiymətləndirmə aparmaq üçün

E) Laboratoriya işlərini həyata keçirə bilmək üçün

15. Aşağıdakı fikirlərdən biri motivasiya mərhələsinə aid deyil.

A) Fəal dərsin birincim mərhələsidir.

B) İştirakçılar əldə etdikləri biliklərin informasiya mübadiləsini aparırlar.

C) İnsan təfəkkürünü hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən prosesdir.

D) Hər hansı bir fəaliyyətə təhrik edən vasitədir.

E) Rəmzi simvollardan istifadə olunur.

16. Motivasiya neçə prinsip əsasında qurulur və bunlar hansılardır?

A) 3 – problelmlilik, tələbyönümlülük, şəxsiyyətyönümülülük

B) 3 –qabaqlayıcılıq, inkişafetdiricilik, məqsədyönlülük

C) 1 – problemlilik

D) 2 – inkişafetdiricilik, dialojilik

E) 2 –problemlilik, məqsədyönlülük

17. Motivasiyanı yaradan amillər sırasına daxil deyil.

A) Sinifdə nizam - intizam olması

B) Müxtəlif fərziyyələri yaradan problem situasiya

C) Obyektin xüsusiyyətləri (qeyri - adilik, sərbəst düşüncə və maraq yaradan xüsusiyyət)

D) Tədqiqat imkanının olması

E) Yaradıcılıq imkanının olması

18. “_______________ biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar”. Söhbət dərsin hansı mərhələsindən gedir?

A) Motivasiya

B) Yaradıcı tətbiqetmə

C) Ümumiləşdirmə

D) Məlumatın müzakirəsi

E) Məlumatın mübadiləsi

19. Aşağıda verilənlər dərsin hansı mərhələsinə aiddir?

1 - Dərsin ilk mərhələsidir

2 - Sövqetmədir

3 - Dərsin əsas mərhələsidir

4 - Üç yolla qurulur

A) Yaradıcı tətbiqetmə

B) Tədqiqatın aparılması

C) Motivasiya

D) Qiymətləndirmə

E) Ümumiləşdirmə və nəticələrin çıxarılması

20. Nöqtələrin yerində nə yazılmalıdır?

Problem → Fərziyyə →. . . . . → Fərziyyənin yoxlanması

A) Məlumat mübadiləsi

B) Motivasiya

C) Tədqiqat sualı

D) Ümumiləşdirmə

E) Yaradıcı tətbiqetmə

Yüklə 411,97 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin