##Fakültənin adı: İbtidai təhsil fakültəsi ##İxtisas: İbtidai təhsilin pedaqogikası və metodikası



Yüklə 0,54 Mb.
səhifə3/6
tarix24.12.2018
ölçüsü0,54 Mb.
#86414
1   2   3   4   5   6
E) saitlə samitin bir-birini izləməsi
25. Fonetik məlumatlar hansı anlayışların verilməsi ilə başlanır?

A) vurğu

B) heca və söz

C) hərf, heca

D) səs, hərf

E) ahəng qanunu
26. Heca hansı qaydanın öyrədilməsində mühüm rol oynayır?

A) nitq inkişafında

B) sözlərin düzgün yazılışında

C) sözlərin düzgün tələffüzündə

D) sözlərin sətirdən-sətrə keçirilməsində

E) cümlə qurmaq vərdişlərinin inkişafında
27. Biri samitlərin tələffüz qaydalarına aid deyil.

A) söz sonunda cingiltili samitlərin tələffüzü

B) qoşa samitli sözlərin tələffüzü

C) söz sonunda eynicinsli qoşa samitlərin tələffüzü

D) mürəkkəb hərf tərkibli sözlərin tələffüzü

E) söz sonunda kar samitlərin tələffüzü
28. Səslə hərfi səsləndirmək üçün hansı priyomlardan istifadə olunur?

A) sözlər düzəltmək

B) cümlələr tərtib etmək

C) hecalarla oxumaq

D) səs və hərf tərkibinin müqayisəli təhlili

E) cümlə təhlil etmək
29. Fonetikananın tədrisində qarşıya qoyulan vəzifələrdən biri səhvdir:

A) Şagirdlərin düzgün yazı vərdişlərini daha da möhkəmləndirmək

B) Səs və hərf haqqında şagirdlərə sistemli bilik vermək

C) Şagirdləri bəzi orfoepik normalarla tanış etmək

D) Şagirdlərə tələffüz səslərinin yaranmasını, tələffüz orqanları barədə ətraflı məlumat vermək

E) Danışıq səslərinin bölgüsünü mənimsətmək
30. Səs, heca, hərf, vurğu, ahəng qanunu dilçiliyin hansı bölməsində öyrədilir?

A) sintaksis

B) morfologiya

C) orfoepiya

D) fonetika

E) leksika
31. Ahəng qanununa aid olan xüsusiyyətləri qeyd edin.

1-Eyni sözdə müxtəlif qalın səslərin bir-birini izləməsi

2-Hecalardan birinin digərinə nisbətən yüksək tonla tələffüzü

3-Eyni sözdə müxtəlif incə səslərin bir-birini izləməsi

4-Bir sözdə eyni saitin bir-birini izləməsi

5-Sözlərdə inkarlıq şəkilçilərinin işlənilməsi



A) 2,3,4

B) 2,4,5

C) 1,2,5

D) 1,3,4

E) 1,3,5
32. Ahəng qanununa aid olan xüsusiyyətlərin yanlış verildiyi bəndi qeyd edin.

1-Eyni sözdə müxtəlif qalın səslərin bir-birini izləməsi

2-Hecalardan birinin digərinə nisbətən yüksək tonla tələffüzü

3-Eyni sözdə müxtəlif incə səslərin bir-birini izləməsi

4-Bir sözdə eyni saitin bir-birini izləməsi

5-Sözlərdə inkarlıq şəkilçilərinin işlənilməsi



A) 3,5

B) 1,3

C) 2,4

D) 2,5

E) 1,5
33. Fonetik təhlilə aid cəhətlərin səhv verildiyi bəndi seçin.

1-Sözün yazılışı və tələffüzü arasında fərq nəzərə alınır

2-Sözlərin təhlil zamanı hecalara bölünməsi

3-Sözlərin hansı cümlə üzvü vəzifəsində çıxış etməsi

4-Sözün səs və hərf tərkibinin nəzərə alınması

5-Sözün kök və şəkilçiyə ayrılması



A) 3,4

B) 1,2

C) 1,5

D) 3,5

E) 4,5
34. Saitlər hansı danışıq üzvlərinə görə təsnif olunur?

1 - dilin vəziyyətinə görə

2 - dişlərin iştirakına görə

3 - dodaqların vəziyyətinə görə

4 - boğazda əmələ gəlməsinə görə

5 - çənənin vəziyyətinə görə



A) 1, 4, 5

B) 1, 3, 4

C) 2, 3, 4

D) 1, 3, 5

E) 2, 4, 5
35. Fonetikaya aid olanları öyrənilmə ardıcıllığı ilə düzün.

1 - səs


2 - mübtəda

3 - heca


4 - ədat

5 - hərf


6 - nida

7 - sait, samit

8 - xitab

A) 7,3,8,5

B) 1,2,7,8

C) 2,4,5,8

D) 1,5,7,3

E) 6,4,3,7
36. Ana dili üzrə işin planlaşdırılmasının əsasında nə durur? Ardıcıllığı müəyyən et.

1 - icmal

2 - dərslik

3 - tədris planı

4 - proqram

5 - əyani vəsait

6 - didaktik vasitələr

A) 2,4

B) 1,2

C) 5,6

D) 4,3

E) 1,5
37. Fonetik təhlilə aid cəhətləri ardıcıllıqla seçin.

1-Sözün yazılışı və tələffüzü arasında fərq nəzərə alınır

2-Sözlərin təhlil zamanı hecalara bölünməsi

3-Sözlərin hansı cümlə üzvü vəzifəsində çıxış etməsi

4-Sözün səs və hərf tərkibinin nəzərə alınması

5-Sözün kök və şəkilçiyə ayrılması



A) 2,4,5

B) 1,3,5

C) 1,3,4

D) 1,2,4

E) 3,4,5
38. Cümlələri tamamlayın.

I.Fonetik təhlil prosesində ...

II.Səsi ...

III.Hərfi ...

1. ... şagirdlər sözləri hecalara ayırmağı, hecalarda səsləri ayırmağı, onları yenidən hecalarda, hecaları sözlərdə birləşdirməyi öyrənirlər

2. ... yazırıq və görürük

3. ... tələffüz edirik və eşidirik

A) I-2, II-1, III-3

B) I-3, II-2, III-1

C) I-3, II-1, III-2

D) I-1, II-3, III-2

E) I-2, II-3, III-1
39.Aşağıdakı anlayışları I-IV siniflər üzrə xronoloji ardıcıllıqla düzün.

1.Sinifdə şagirdlər bir sıra qrammatik (linqvistik) anlayışları mənimsəyirlər.

2.şagirdlər sözün sətrdən-sətrə keçirilməsi, cümlənin növləri və s. haqda biliklərə yiyələnirlər

3.Şagirdlər eynimənalı sözlər, əksmənalı sözlər, yaxınmənalı sözlər, çoxmənalı sözlər, danışıq üzvləri və danışıq səsləri və s. kimi biliklərə yiyələnirlər

4.Şagirdlərə sadə əməli yazılar, nəsrə çevirilən şeirlə, ifadə olunmuş cümlələrdə sözlərin ardıcıllığı və s. mövzulara dair biliklər verilir və mənimsədilir

A) 4,1,2,3

B) 2,1,4,3

C) 3,1,2,4

D) 1,2,3,4

E) 4,3,2,1
40.Qrammatik təhlilə aid uyğunluğu tapın.

I-Fonetik təhlil

II-Morfoloji təhlil

III-Sintaktik təhlil

1-Cümlədə sözlərin əlaqəsi əsasında təhlildir

2-Sözün yazılışı ilə tələffüzü arasında fərq nəzərə alınır

3-Sait və samitlərin növləri göstərilir

4-Bu təhlil cümlə üzvlərinə görə aparılır

5-Sözlərin hecalara ayrılması

6-Sözləri kök və şəkilçiyə ayırmaq



A) I-1,3,4, II-2,5, III-6

B) I-3,4, II-1,2, III-5,6

C) I-2,4,5, II-1, III-3

D) I-2,3,5, II-6, III-1,4

E) I- 1,2, II-3,4, III- 5,6
41. Uyğunluq gözlənilmiş bəndi seçin.

I-Ahəng qanunu

II-Vurğu

III-Heca

1-Sözlərin asanlıqla bölünə bilən hissəsidir

2-Hecalardan birinin digərindən qüvvətli tələffüzüdür

3-Bir sözdə eyni saitin bir-birini izləməsidir

4-Eyni sözdə müxtəlif qalın və incə saitlərin bir-birini izləməsidir



A) I-4, II-3, III-1,2

B) I-2,3, II-1, III-4

C) I-1,3, II-I2, III-4

D) I-3,4, II-2, III-1

E) I-4, II-1,2, III-3

42. Azərbaycan dili təliminin əsas didaktik prinsipi:



A) qrammatik təhlil apara bilmək

B) dilin bölmələri haqqında elmi təsəvvür

C) sözün morfoloji quruluşu üzrə təhlil aparmaq

D) leksikanın tədqiqat obyektini mənimsəmək

E) şagirdlərin yazılı və şifahi nitqinin inkişafı
43. Biri Azərbaycan dili təliminin əsas prinsiplərinə aiddir.

A) sözün tərkibini mənimsəmək

B) Azərbaycan dilinin işlənmə dairəsinin genişləndiyini başa salmaq

C) fonetika təliminin elmi əsaslarını mənimsəmək

D) dil bölmələrini əlaqəli öyrənmək

E) şagirdlərin yazılı və şifahi vərdişlərinin formalaşdırılması və inkişafı
44. Biri lüğətin genişləndirilməsi üzrə işə aid deyil.

A) sözün mənasının sinonimlərlə izahı

B) taniş olmayan sözün tanış sözlə müqayisəsi

C) mücərrəd mənalı sözü kontekstdə izah etmək

D) sözün başqa dildəki qarşılığını tapmaq

E) mənasi məlum sözdən çox istifadə etmək
45. Qrammatikanın tədrisi metodikasına aid olan düzgün fikirləri seçin.

1-Dilimizin ümumi qanunauyğunluqlarının sistemini təşkil edir

2-Doqmatik və inkişafetdirici təlim metodu vardır

3-Şagirdləri oxu və yazı texnikasına yiyələndirmək, onların nitqini, təfəkkürünü inkişaf etdirmək əsas məqsəd sayılır

4-Dilimizin faktları əsasında yaranaraq dilimizi ümumiləşdirir

5-Şagirdlərin düzgün yazı qaydalarına yiyələnmələri təlimin əsas məqsədi sayılır

6-Şagirdlərdə üslubi bacarıq və vərdişlərin yaranmasında rolu müstəsnadır

A) 3,4,6

B) 2,3,5

C) 1,2,3

D) 2,4,6

E) 1,4,6
46. Fonetikanın tədrisi metodikasına aid olan düzgün fikirləri seçin.

1-Bu metodika əsasında ilkin oxu və yazı vərdişlərinə yiyələnmək üçün zəmin yaranır

2-Cümlənin ikinci dərəcəli üzvləri haqqında məlumat verilir

3-Şagirdlər dilimizdə mühüm yer tutan vahidlərdən olan vurğu ilə tanış olurlar

4-Şagirdlər sözün tərkibi haqqında geniş məlumat alırlar

5-Nitq hissələri haqqında geniş məlumat verilir

6-Şagirdlərə nitq səslərini düzgün eşitmək və tələffüz etmək vərdişləri aşılanır

A) 2,3,5

B) 2,4,5

C) 3,4,6

D) 1,2,3

E) 1,3,6
47. Sözün tərkibinin öyrədilməsinə aid aşağıda verilən fikirlərdən hansılar düzdür?

1-Sözün tərkibinin öyrənilməsi nitq inkişafı və orfoqrafik vərdişlərin möhkəmlənməsi üçün faydalıdır

2-Düzəltmə və mürəkkəb isimləri fərqləndirmək üçün

3-Sifətin dərəcələrini öyrətmək üçün

4-Bir kökün düzgün yazılışının öyrədilməsi ona qohum olan başqa sözlərin köklərinin də düzgün yazılmasına zəmanət verir

5-Sözün tərkibinin öyrənilməsi onun quruluşca növlərinin oyrədilməsinə zəmanət verir

6-Mürəkkəb cümləni tərkib hissələrini ayırmaq üçün

A) 1,3,6

B) 1,2,3

C) 3,4,5

D) 4,5,6

E) 1,4,5
48. İbtidai sinif şagirdlərinə leksikologiyadan hansı biliklər verilir? Ardıcıllığı müəyyən edin.

1-omonim, sinonim, antonim

2-İsim

3-sifət


4-feil

5-eynimənalı, yaxınmənalı sözlər

6-eyniköklü sözlər

A) 1,3,5

B) 1,2,3

C) 3,4,5

D) 4,5,6

E) 6,5,1
49. I-IV siniflərdə ardıcıllığı düzün.

1.Yaxınmənalı, əksmənalı sözlərlə əlaqədar canlı tapşırıqlar verilir

2.“Sözün izahı” qaydası öyrədilir

3.Sözün məcazi mənası, çoxmənalı sözlər, terminlər öyrədilir

4.Dil qaydaları, daha dəqiq desək, köməkçi nitq hissələri öyrədilir

A) 2,4,3,1

B) 2,1,3,4

C) 4,1,2,3

D) 4,3,2,1

E) 1,2,3,4
50. Ibtidai sinif şagirdlərinin nitqindəki leksik nöqsanların ayrıldığı qrupların düzgün verildiyi bəndi seçin.

1-Qrammatik nöqsan

2-Leksik-semantik

3-Leksik-qrammatik

4-Morfoloji nöqsan

5-Leksik-üslubi



A) 1,2,4

B) 1,3,4

C) 2,4,5

D) 1,3,5

E) 2,3,5
51. Leksik-semantik nöqsanlara aid olan xüsusiyyətləri seçin.

1-Sözün kök və şəkilçiyə ayrılması

2-Sözün mənasını başa düşməmək

3-Sözün çoxmənalılığını başa düşməmək

4-Sözlərə şəkilçi əlavə etməklə yeni mənalı söz yaratmaq

5-Omonimin mənasını başa düşməmək



A) 2,3,4

B) 1,3,4

C) 2,4,5

D) 1,2,5

E) 2,3,5
52. Leksik-semantik nöqsanlara aid olan xüsusiyyətlərin yanlış verildiyi bəndi seçin.

1-Sözün kök və şəkilçiyə ayrılması

2-Sözün mənasını başa düşməmək

3-Sözün çoxmənalılığını başa düşməmək

4-Sözlərə şəkilçi əlavə etməklə yeni mənalı söz yaratmaq

5-Omonimin mənasını başa düşməmək



A) 3,4

B) 2,3

C) 1,3

D) 2,5

E) 1,4
53. Ibtidai sinif şagirdlərinin nitqindəki leksik nöqsanların ayrıldığı qrupların yanlış verildiyi bəndi müəyyənləşdirin.

1-Qrammatik nöqsan

2-Leksik-semantik

3-Leksik-qrammatik

4-Morfoloji nöqsan

5-Leksik-üslubi



A) 1,5

B) 2,4

C) 1,3

D) 2,5

E) 1,4
54. Leksikologiya bölməsinə daxil olan terminlərin ardıcıllıqla verildiyi bəndi seçin.

1-Kök


2-Omonim

3-Şəkilçi

4-Sinonim

5-Antonim



A) 3,4,5

B) 1,2,5

C) 2,3,4

D) 1,4,5

E) 2,4,5
55. Leksikologiya bölməsinə daxil olan terminlərin yanlış verildiyi bəndi seçin.

1-Kök


2-omonim

3-Şəkilçi

4-Sinonim

5-Antonim



A) 3,4

B) 2,4

C) 1,5

D) 2,5

E) 1,3
56. Omonim sözlərə aid xüsusiyyətlərin düzgün verildiyi bəndi seçin.

1-İkinci sinifdən etibarən mətndən omonim sözlərin seçilməsi və mənasının izah edilməsi üzrə iş aparmaq olar

2-Yazılışı və tələffüzü eyni olan lakin mənaca fərqlənən sözlərdir

3-Omonimlər çoxmənalı sözlərlə oxşarlıq təşkil edir

4- Bir-birinin əksi olan sözlərdir

5-Yazılışı müxtəlif olan lakin mənaca yaxın olan sözlərdir



A) 2,4,5

B) 1,2,5

C) 2,3,4

D) 1,3,5

E) 1,2,3
57. Uyğunluğu müəyyən edin.

I-Dilimizin fonetik sistemində mühüm yer tutan vahidlərdən biri....

II-Dilimizdə saitlərin və saitlərlə sammitlərin ahəngi mövcuddur. II sinifdə şagirdlər yalnız saitlərin ahəngi ilə praktik yolla tanış olurlar

III-Bu dövrdə oxu və yazı texnikasının öyrədilməsində sözün hissələri haqqında bilik və vərdişlər müstəsna rol oynayır

1-Ahəng qanunu

2-Vurğu


3-Heca

A) I-2, II-3, III-1

B) I-3, II-2, III-1

C) I-2, II-3, III-1

D) I-1, II-2, III-3

E) I-2, II-1, III-3
58. Leksikanı tədris edərkən şagirdlər nəyi bacarmalıdırlar? Ardıcıllığı müəyyən edin.

1 - Əksmənalı sözləri seçməyi

2 - Yaxınmənalı sözləri fərqləndirməyi

3 - İsmin suallarını bilməyi

4 - Sifətin dərəcələrini ayird etməyi

5 - Eyniköklü sözləri seçməyi

6 - Felin zamanlarını ayırd etməyi

A) 2,3,5

B) 3,4,5

C) 4,5,6

D) 1,2,4

E) 5,2,1
59. Omonim, sinonim və antonim sözlər və onlara aid xüsusiyyətləri uyğunlaşdırın.

I - Omonim

II - Sinonim

III - Antonim

IV - Çoxmənalı sözlər

1-Bir-birinin əksi olan sözlərdir

2-Yazılışı və tələffüzü fərqlənir, lakin eyni məna ifadə edir

3-Öz ilk mənalarından əlavə həmin məna ilə bağlı olan başqa mənalara da malikdir

4-Yazılışı və tələffüzü eyni olan lakin mənaca fərqlənən sözlərdir

A) I-1, II-2, III-3, IV-4

B) I-2, II-3, III-1, IV-4

C) I-3, II-2, III-4, IV-1

D) I-2, II-4, III-3, IV-1

E) I-4, II-2, III-1, IV-3
60. Ibtidai sinif şagirdlərinin nitqindəki leksik nöqsanları və onlara aid xüsusiyyətləri uyğunlaşdırın.

I - Leksik-semantik

II - Leksik-qrammatik

III - Leksik üslubi

1-Sözün çoxmənalılığını başa düşməmək

2-Bir nitq hissəsinin başqası ilə qarışdırılması

3-Omonimlərin mənasını başa düşməmək

4-Ifadə vasitələrinin düzgün seçilməməsi

5-Söz birləşmələri və cümlələrdə fikrin düzgün idarə olunmaması

A) I-3,5, II-2,4, III-1

B) I-2,3, II-4, III-1,5

C) I-1,3, II-5, III-2,4

D) I-4, II-1,5, III-2,3

E) I-1,3, II-2, III-4,5
61. Verilmiş söz qruplarını sinonim, antonim, omonim, çoxmənalılığa görə uyğunlaşdırın.

I - Sinonim

II - Antonim

III - Omonim

IV - Çoxmənalı sözlər

1-Hündür - uca

2-Top, bal

3-Baş, qaş

4-Böyük - kiçik

A) I-3, II-2, III-1, IV-4

B) I-1, II-2, III-4, IV-3

C) I-2, II-3, III-1, IV-4

D) I-2, II-1, III-4, IV-3

E) I-1, II-4, III-2, IV-3
62. Verilmiş nümunələri aid olduğu qruplar üzrə uyğunlaşdırın.

I - Aqil polad biləkli oğlandır

II - Polad dəmirdən möhkəmdir

III - Üzüyün qaşı, insanın qaşı

1-Həqiqi mənalı söz

2-Məcazi mənalı söz

3-Çoxmənalı söz

A) I-1, II-3, III-2

B) I-1, II-2, III-3

C) I-3, II-2, III-1

D) I-2, II-3, III-1

E) I-2, II-1, III-3
63. Aşağıdakı fikirləri düzgün qruplaşdırın.

I - fonetikanın tədrisi metodikası

II - morfologiyanın tədrisi metodikası

III - sintaksisin tədrisi metodikası

1-Nitq hissələri haqqında geniş məlumat verilir

2-Şagirdələrə nitq səslərini düzgün eşitmək və tələffüz etmək vərdişlərini aşılayır

3-Bu metodika əsasında ilkin oxu və yazı vərdişlərinə yiyələnmək üçün zəmin yaranır

4-Şagirdlər sözün tərkibi haqqında geniş məlumat alırlar

5-Cümlə üzərində iş əsas mövzu sayılır

6-Şagirdlər cümlənin ikinci dərəcəli üzvləri haqqında məlumat alırlar



A) I-3,5, II-1,2, III-4,6

B) I-1,4, II-2,5, III-3,6

C) I-2,4, II-1,3, III-5,6

D) I-1,3, II-2,6, III-4,5

E) I-2,3, II-1,4, III-5,6
64. Aşağıdakı fikirləri müəlliflərinə uyğun olaraq düzgün qruplaşdırın.

I - K.D.Uşiniski

II - V.Q.Belinski

III - V.A.Flerov

IV - Ə.Dəmirçizadə

1 - “Doğru yazmaq üçün doğru söyləmənin, ədəbi dildə danışmaq vərdişi öyrətmənin çox böyük əhəmiyyəti vardır”.

2 - ”Qrammatika dilə qanunlar vermir, lakin ondan qanunlar çıxarır”.

3 - ”Uşaq formalarla, boyalarla, səslərlə, ümumiyyətlə, duyğularla fikirləşir və uşağı başqa cür düşünməyə vadar etmək istəyən şəxs onun təbiətini əbəs yerə zorlamış olur”.

4 - ”Bizim vəzifəmiz uşaqlara oxuyub düşünməyi, oxuyub hiss etməyi, oxuyub yaşamağı öyrətməkdir”.

A) I-1, II-3, III-2, IV-4

B) I-2, II-3, III-4, IV-1

C) I-1, II-4, III-3, IV-2

D) I-4, II-2, III-3, IV-1

E) I-3, II-2, III-4, IV-1

65. Biri nitq hissələrinin tədrisində əsas götürülür:



A) mənimsənilməsinin asanlığına görə

B) leksik tərkibinin kəmiyyətcə çoxluğu və nitqdə çox işlənməsinə görə

C) qrammatik vasitələrinin azlığına görə

D) əsas nitq hissəsi olduğuna görə

E) öyrədilməsinə az vaxt sərf olunduğuna görə
66. Fonetikanın tədrisi metodikasına aid olan düzgün fikirləri seçin.

1-Bu metodika əsasında ilkin oxu və yazı vərdişlərinə yiyələnmək üçün zəmin yaranır

2-Cümlənin ikinci dərəcəli üzvləri haqqında məlumat verilir

3-Şagirdlər dilimizdə mühüm yer tutan vahidlərdən olan vurğu ilə tanış olurlar

4-Şagirdlər sözün tərkibi haqqında geniş məlumat alırlar

5-Nitq hissələri haqqında geniş məlumat verilir

6-Şagirdlərə nitq səslərini düzgün eşitmək və tələffüz etmək vərdişləri aşılanır

A) 2,4,5

B) 1,3,6

C) 3,4,6

D) 1,2,3

E) 2,3,5
67. Aşağıdakı fikirləri düzgün qruplaşdırın.

I - fonetikanın tədrisi metodikası

II - morfologiyanın tədrisi metodikası

III - sintaksisin tədrisi metodikası

1-Nitq hissələri haqqında geniş məlumat verilir

2-Şagirdələrə nitq səslərini düzgün eşitmək və tələffüz etmək vərdişlərini aşılayır

3-Bu metodika əsasında ilkin oxu və yazı vərdişlərinə yiyələnmək üçün zəmin yaranır

4-Şagirdlər sözün tərkibi haqqında geniş məlumat alırlar

5-Cümlə üzərində iş əsas mövzu sayılır

6-Şagirdlər cümlənin ikinci dərəcəli üzvləri haqqında məlumat alırlar



A) I-1,4, II-2,5, III-3.6

B) I-2,3, II-1,4, III-5,6

C) I-2,4, II-1,3, III-5,6

D) I-1,3, II-2,6, III-4,5

E) I-3,5, II-1,2, III-4,6
68. Qrammatikanın tədrisi metodikasına aid olan düzgün fikirləri seçin.

1-Dilimizin ümumi qanunauyğunluqlarının sistemini təşkil edir

2-Doqmatik və inkişafetdirici təlim metodu vardır

3-Şagirdləri oxu və yazı texnikasına yiyələndirmək, onların nitqini, təfəkkürünü inkişaf etdirmək əsas məqsəd sayılır

4-Dilimizin faktları əsasında yaranaraq dilimizi ümumiləşdirir

5-Şagirdlərin düzgün yazı qaydalarına yiyələnmələri təlimin əsas məqsədi sayılır

6-Şagirdlərdə üslubi bacarıq və vərdişlərin yaranmasında rolu müstəsnadır

A) 2,3,5

B) 1,4,6

C) 1,2,3

D) 2,4,6

E) 3,4,6
69. Azərbaycan dilinin orfoqrafiya qaydasının morfoloji prinsipinə aid olan düzgün fikirləri seçin.

1-Sözlərin bir qismi eşidildiyi və tələffüz edildiyi kimi yazılır

2-Müxtəlif şəkildə deyilən morfemlərin müəyyən qaydaya uyğun olaraq vahid formada yazılmasını tənzim edir

3-Dilimizdə sözlərin əksəriyyəti bu prinsipə əsasən yazılır

4-Şagirdlər öyrənirlər ki, nitqimizdəki bütün səsələri yazıda eyniylə vermək, sözləri həmişə yazıldığı kimi tələffüz etmək və tələffüz edildiyi kimi yazmaq olmaz


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin