##Fakültənin adı: Riyaziyyat və informatika ## Ixtisas: Riyaziyyat informatika müəllimliyi


##num= 13// level= 1// sumtest=23 // name= Ilk tibbi yardım göstərən Mülki müdafiənin qüvvələri //



Yüklə 0,74 Mb.
səhifə12/13
tarix08.02.2020
ölçüsü0,74 Mb.
#102010
1   ...   5   6   7   8   9   10   11   12   13

##num= 13// level= 1// sumtest=23 // name= Ilk tibbi yardım göstərən Mülki müdafiənin qüvvələri //


1. Ilk tibbi yardım MM - nin hansı xidməti tərəfindən aparılır?

A) Mülki müdafiənin rabitə və xəbərdarlıq xidməti tərəfindən

B) Mülki müdafiənin maddi - texniki təchizat xidməti tərəfindən

C) Mülki müdafiənin tibb xidməti tərəfindən

D) Yanğından mühafizə xidməti tərəfindən

E) Ictimai asayişi mühafizə xidməti tərəfindən

2. Ilk tibbi yardım kim tərəfindən göstərilir?

A) sanitar post və sanitar drujinaların şəxsi heyəti tərəfindən göstərilir

B) həkimlər, tibb baçıları

C) epidemiya əleyhinə dəstələr

D) ixtisaslaşmış tibbi yardım dəstəsi

E) ixtisaslaşmış tibbi yardım briqadaları

3. Sanitar drujina neçə nəfərdən ibarətdir?

A) 30 nəfərdən

B) 24 nəfərdən

C) 57 nəfərdən

D) 42 nəfərdən

E) 90 nəfərdən

4. İlk tibbi yardım göstərmək üçün nəzərdə tutulan tibb dəstəsi:

A) ixtisaslaşdırılmış tibbi yardım dəstəsi

B) sanitar drujinası

C) səyyar epidemiya əleyhinə dəstə

D) ehtiyat komanda dəstələri

E) ərazi MM dəstələri

5. İlk tibbi yardım dəstəsinin yaradılması:

A) MMTX - nin əsas formasıdır və zərbəyə məruz qalmış ocaqda əsas ilk tibbi yardım və ilk həkim yardımı göstərən tibb məntəqəsidir

B) Sanitar epidemioloji stansiyaları əsasında yaradılır və onun səyyar növündən ibarətdir

C) Mülki müdafiənin səyyar müəssisələrindəndir və o xəstəxanalar, elmi tədqiqat institutları hesabına yüksək keyfiyyətli ixtisaslı həkimlərlə təmin olunur

D) Bir neçə sanitar drujinalarından təşkil olunmuş iri sənaye obyektlərində tədris müəssisələrində yaradılır

E) Düşmən hücumu zamanı öz ərazisində zərər çəkmiş əhaliyə ilk tibbi yardım göstərən sanitar postdur

6. Bakterioloji ocaqda hansı tədbirlər görülür?

A) Dozimetrik cihazlardan istifadə edilir

B) Qoruyucu avtomat tərtibatlardan istifadə olunur

C) Kimya əleyhinə fərdi paketlərdən istifadə olunur

D) Karantin və observasiya tətbiq edilir.

E) Kimya kəşfiyyatı cihazlar vasitəsilə yoluxucu xəstəliklər aşkar edilir

7. Xəstəlik törədən mikrobların məhv edilməsinə və onların toksinlərinin dağıdılmasına - - - - - - - - - - deyilir.

1 - dezinfeksiya

2 – deqazasiya

3 – deratizasiya

4 – dezinseksiya

5 – dezaktivasiya

A) 1

B) 3

C) 1

D) 4

E) 5

8. Zəhərləyici maddələrin zəhərsizləşdirilməsinə - - - - - - - - - - - deyilir.

1 – deqazasiya

2 – dezaktivasiya

3 – dezinfeksiya

4 – observasiya

5 – kimyəvi üsul

A) 5

B) 3

C) 1

D) 2

E) 4

9. Sanitar çantasında hansı vasitələr yerləşir?

1 - Şpirs - tyubikdə antidot

2 - Əleyhqaz

3 - Ampullarda naşatır spirti

4 - pambıqlı tənzif sarğı

5 - İD - 1 dozimetrik cihaz

6 - pambıq və müxtəlif ölçülü bintlər

7 - yod məhlulu

A) 2, 4, 6, 7

B) 1, 3, 6, 7

C) 1, 2, 3, 4

D) 1, 5, 6, 7

E) 1, 3, 5, 7

10. Mülki müdafiə tibb xidmətinin hansı hərbiləşməmiş tibb dəstələri var?

1 - sanitar postu

2 - obyekt dəstələri

3 - sanitar drujinası

4 - ərazi dəstələri

5 - sanitar drujina dəstəsi

A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 3, 4

E) 2, 4, 5

11. Mülki müdafiə sistemində göstərilən tibbi yardımın hansı növləri var?

1 - ilk tibbi yardım

2 - cərrahi yardım

3 - ilk həkim yardımı

4 - terapevtik yardım

5 - ixtisaslaşdırılmış tibbi yardım

A) 2, 4, 5

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 2, 3, 5

12. Mülki müdafiə tibb xidmətinin əsas vəzifələrinə daxildir:

1 - kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq

2 - əhalinin fərdi mühafizə vasitələri ilə təchiz etmək

3 - Fh - haqqında əhalini vaxtında xəbərdar etmək

4 - əhali arasında dozimetrik nəzarətin təşkili

5 - təbii fəlakət nəticəsində zədə almış adamlara vaxtında tibbi yardım göstərmək

A) 4, 5

B) 2, 3

C) 1, 5

D) 1, 2

E) 3, 4

13. Sanitariya təmizlənməsi – adamların bədəninin və paltarlarının hansı zəhərlənmələrdən təmizlənməsidir?

1 - Radioaktiv maddələrdən

2 - Ionlaşdırıcı şüalanmadan

3 - Kimyəvi zəhərli maddələrdən

4 - Bakterial vasitələrdən

5 - Işıq şüalanmasından

6 - Izafi təzyiqdən

A) 1, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 3, 4

E) 2, 4, 5

14. Zədələnmə ocaqlarında göstərilən ilk tibbi yardım tədbirlərinə aiddir:

1 - qanaxmaların müvəqqəti dayandırılması

2 - yaralanmaların profilaktikası

3 - ağrıkəsicinin vurulması

4 - süni tənəffüs üsullarının tətbiqi

5 - qanaxmanın qəti saxlanılması

6 - ürəyin qapalı masajı

7 - dəri və əzələdən asılı vəziyyətdə qalan ətrafın amputasiyası

A) 1, 3, 4, 6

B) 3, 4, 5, 6

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 4

E) 2, 3, 5, 6

15. Sandrujinaçılar zədələnənlərə yardım göstərdikləri zaman hansı ən təcili tədbirləri yerinə yetirir?

1 - qanaxmanı müvəqqəti dayandırmaq

2 - dezinfeksiya aparmaq

3 - yaraya və yanıq yerinə sarğı qoymaq

4 - sınıqları immobilizə etmək

5 - ərazini deqazasiya etmək

A) 2, 3, 5

B) 2, 4, 5

C) 1, 2, 5

D) 1, 3, 4

E) 3, 4, 5

16. Kimyəvi zədələnmə ocağında göstərilən tədbirləri ardıcıllıqla yazın:

1 - İstifadə olunan texniki əmlakın, zədələnmiş şəxslərin paltarlarının deqazasiyası

2 - ZM - lə çirklənmiş şəxslərin sanitar təmizlənməsinin aparılması

3 - Zədələnmiş şəxslərə ilk tibbi yardım göstərilməsi

4 - Kimyəvi və tibbi kəşfiyyatın aparılması

A) 4, 2, 3, 1

B) 1, 2, 3, 4

C) 3, 4, 1, 2,

D) 2, 3, 4, 1

E) 3, 1, 4, 2

17. Zəhərlənmə ocağından çıxdıqdan sonra qismən sanitariya təmizliyi keçirərkən aşağıdakı ardıcıllığa riayət olunmalıdır.

1 – arxası küləyə tərəf durub üst paltarı çırpmalı

2 – ehtiyatla üst paltarı və dəri mühafizə vasitələrini çıxarmalı (əleyhqaz çıxarılmır)

3 – çıxarılmış paltarı kəndirdən asıb şotka, yaxud süpurgə ilə radioaktiv tozu süpürməli

4 - zəhərsiz sahədə əleyhqazı çıxarıb əlləri, üzü, gözləri, ağız və burunu su ilə yumalı

A) 1, 2, 3, 4

B) 3, 4, 1, 2

C) 2, 1, 3, 4

D) 4, 3, 2, 1

E) 3, 1, 2, 4

18. Zəlzələ zamanı əhalinin davranış qaydaları. Ardıcıllığı göstərin:

1 - Küçəyə çıxıb bina, qurğulardan, elektrik xətlərindən uzaqlaşıb meydanlara, xiyabanlara, tikinti az olan yerlərə tərəf getmək

2 - Mənzildə elektrik cihazlarını, qazı söndürmək, bir qədər ərzaq, su ehtiyatları, sənədləri götürmək

3 - Yeraltı təkan hissi olunanda, ya zəlzələ təhlükəsi barədə xəbərdarlıq ediləndə verilən tövsiyyə və göstəricilərə müvafiq davranmaq

4 - Binalarda qalarkən tavan və divarlardan qopub tökülən suvaq parçalardan, ağır əşyalardan qorunmaq, qapıların tağı altında daldalanmaq

A) 1, 4, 2, 3

B) 3, 4, 2, 1

C) 4, 1, 2, 3

D) 1, 2, 4, 3

E) 3, 1, 2, 4

19. Mövcud olan zəhərlənməni aradan qaldırmaq məqsədilə hansı tədbirlər aparılır? Uyğunluğu tapın:

1 – dezaktivasiya

2 – deqazasiya

3 - dezinseksiya

4 – deratizasiya

a - xəstəlik törədən gəmiricilərin məhv edilməsi

b - ZM - in zərərsizləşdirilməsi

c - radioaktiv maddələrin təmizlənməsi

d - xəstəlik keçirən həşəratların məhv edilməsi

A) 1 - c; 2 - b; 3 - d; 4 - a

B) 1 - b ; 2 - c; 3 - a; 4 - d

C) 1 - a; 2 - d; 3 - b; 4 - c

D) 1 - d; 2 - a; 3 - c; 4 - b

E) 1 - a; 2 - b; 3 - c; 4 - d

20. Nüvə zədələnmə ocağında hansı işlər görülməlidir? Uyğunluğu tapın.

1 - Tam dağılma zonasında

2 - Güclü dağıntılar zonasında

3 - Orta dərəcəli dağıntılar zonasında

4 - Zəif dağıntılar zonasında

a - güclü yanğınları söndürmək, mühafizə qurğularının çıxışyerlərini açmaq

b - uçqun altında qalmış sığınacaq və daldanacaqdan adamları çıxarmaq və onlara tibbi yardım göstərmək

c - ayrı - ayrı yanğıları söndürmək, yanan binalardan adamları xilas etmək, tibbi yardım göstərmək

d - yanğınları söndürmək, üçqun altında və yanan binalarda qalan adamları xilas etmək

A) 1 - c; 2 - a; 3 - b; 4 - d

B) 1 - a; 2 - b; 3 - c; 4 - d

C) 1 - b; 2 - d; 3 - a; 4 - c

D) 1 - d; 2 - c; 3 - b; 4 - a

E) 1 - a; 2 - b; 3 - c; 4 - d

21. Aviasiya bombaların zədəliyici təsiri nədən ibarətdir? Uyğunluğu tapın:

1 - Fuqas bomba

2 - Qəlpənən bomba

3 - Diyircəkli bomba

a - partlayış anında xırda qəlpələr şəklində ərtafa zədə yetirir

b - 5 - 6 mm ölçülü iynələr, diyircəklər şəklində ətrafa atılaraq zədə yetirir

c - canlı qüvvələri, binaları, texnikanı hava - zərbə dalğası ilə məhv edir

A) 1 - c; 2 - a; 3 - b

B) 1 - a; 2 - b; 3 - c

C) 1 - b; 2 - c; 3 - a

D) 1 - b; 2 - a; 3 - c

E) 1 - c; 2 - b; 3 - a

22. Yandırıcı silahlar hansılardır? Uyğunluğu tapın.

1 - Napalm

2 - Pirogel

3 - Termit

4 - Ağ fosfor

a - havada öz - özünə alışan muma bənzər maddə olmaqla yanarkən zəhərləyici tüstü əmələ gətirir

b - Düşdüyü yerə yapışaraq 800 - 1200 C temperaturla yanır

c - Aluminium və dəmir oksidlərinin qarışığı olmaqla, polad, dəmir və s. yandırıb deşir

d - Metal tozları əlavə edilən napalm qatışığı

A) 1 - d; 2 - c; 3 - d; 4 - b

B) 1 - b; 2 - d; 3 - c; 4 - a

C) 1 - c; 2 - a; 3 - b; 4 - d

D) 1 - a; 2 - b; 3 - b; 4 - c

E) 1 - b; 2 - a; 3 - b; 4 - d

23. Bu tədbirlər hansı tibbi yardımlara aiddir? Uyğunluğu tapın:

1 - ilk tibbi yardım

2 – ilk həkim yardımı

3 – ixtisaslaşmış tibbi yardım

a - qanaxmaların müvəqqəti saxlanılması

b - qanaxmaların qəti saxlanılması

c - əməliyyatın aparılması

A) 1 - a; 2 - b; 3 - c

B) 1 - b; 2 - a; 3 - c

C) 2 - b; 1 - c; 3 - a

D) 1 - c; 2 - a; 3 - b

E) 1 - c; 2 - b; 3 - a

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin