|
##num= 7// level= 1// sumtest=18 // name= Fövqəladə hallarda əhalinin köçürülməsi//
|
səhifə | 7/13 | tarix | 08.02.2020 | ölçüsü | 0,74 Mb. | | #102010 |
| ##num= 7// level= 1// sumtest=18 // name= Fövqəladə hallarda əhalinin köçürülməsi//
1. Köçürülmə hansı prinsipə görə aparılır ?
A) İstehsalat - ərazi prinsipinə görə
B) Əhali yaşayış prinsipinə görə köcürülür
C) Şagirdlərin təhsil müəssisələrindən köçürülməsi
D) Köçürülmə istehsalat prinsipinə görə aparılır
E) Köçürülmə yaşayış binalarından aparılır
2. Fövqəladə hadisələr zamanı köçürülən əhali harada yerləşdirilir?
A) Klublarda, səhiyyə ocaqlarında
B) Dispanserlərdə, xəstəxanalarda, stasionarda
C) Mənzillərdə, poliklinikalarda, ictimai binalarda
D) Hotellərdə, qocalar evində, uşaq evində
E) Şəhər və yaşayış məntəqələrinin mənzillərində, inzibatı binalarda, istirahət evlərində
3. Köçürmə (təxliyə) dedikdə nə başa düşülür?
A) Mühafizə qurğusunu növbə ilə tərk etmək və marşrutlarda hərəkət qaydalarıdır
B) Adamların mühafizə qurğunlarında yerləşdirilməsidir
C) Zədələnmə ocaqlarında adamların yerləşdirilməsi tədbirləridir
D) Fərdi mühafizə vasitələrinin işlədilməsi tədbirləridir
E) Adamların həyatı üçün təhlükə yaranan rayonlardan əhalinin təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirləri kompleksidir
4. Kombinasiyalı üsül ilə əhalinin köçürülməsi necə aparılır?
A) Bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələri ilə təhlükəli zonadan çıxarılır
B) Bu zaman müəssisələrin işçiləri ali məktəb tələbələri, professor müəllim heyəti və onların ailə üzvləri təhlükəli zonadan çıxarılır
C) Tibb bacıları və sanitar təlimatçıları təhlükəli zonadan piyada çıxarılır
D) Ehtiyatda olan tibb xidmətinin zabitləri nəqliyyat vasitələri ilə çıxarılır
E) Evlərdə, xəstəxanada olan ağır xəstələr piyada yürüş ilə təhlükəli zonadan çıxarılır
5. Toplanış köçürmə məntəqələri kimlər tərəfindən təşkil olunur?
1 - Yerli (şəhər, qəsəbə və kəndlərdə) bələdiyyələr
2 - Mülki müdafiə qərargahı
3 - Icra hakimiyyəti nümayəndələri
4 - Fövqəladə hallar nazirliyinin müvafiq orqanları
5 - Evlər idarəsinin rəisləri
A) 1, 5
B) 1, 2
C) 3, 4
D) 1, 3
E) 2, 4
6. Əgər hər hansı bir şəxs xəstələnibsə toplanış köçürmə məntəqəsinə gedə bilmirsə kimə xəbər verməlidir?
1 - Nəqliyyat vasitələrinin rəhbərlərinə
2 - Obyektin mülki müdafiə rəisinə
3 - Evlər idarəsinin rəisinə
4 - Tibb xidmətinin rəisinə
5 - Mühafizə xidmətinin rəisinə
A) 2, 3
B) 1, 2
C) 3, 4
D) 3, 5
E) 2, 4
7. Şəhərdən köçürülən əhali harada yerləşdirilir?
1 - Yaşayış məntəqələrindəki ictimai binalarda
2 - Radiasiya əleyhinə daldanacaqlarda
3 - Yerli əhalinin evlərində
4 - Abadlaşdırılmış çadır şəhərciyində
5 - Sığınacaqlarda
6 - Üstü örtülü səngərlərdə
A) 2, 3, 4
B) 1, 2, 3
C) 1, 3, 4
D) 4, 5, 6
E) 1, 5, 6
8. Sülh dövründəki fövqəladə hallarda əhalinin köçürülməsi nə vaxt həyata keçirilir?
1 - Təbii fəlakətlər zamanı
2 - Ərazidə radioaktiv zəhərlənmə olarkən
3 - Güclü istehsalat qəzaları zamanı
4 - Düşmənin nüvə zərbələri endirəcəyi hallarda
5 - Müasir kütləvi qırğın vasitələri işlədilərkən
6 - Atom elektrik stansiyalarda qəza ilə əlaqədar olaraq
7 - Müasir adi silahların tətbiq edilməsi zamanı
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 6
D) 1, 3, 6
E) 5, 6, 7
9. Əhalinin köçüruləcəyi təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
1 - Müasir qırğın silahlarının təsirindən mühafizəni
2 - Qasırğa və tufanlardan etibarlı mühafizəni
3 - Dağıntı və daşqınlardan etibarlı mühafizəsini
4 - Lazımi sanitariya - gigiyena şəraitini
5 - Yanğınıar zamanı yanğın məhsullarının təsirindən mühafizəni
6 - Yoluxucu xəstəliklərdən mühafizəni
A) 1, 2, 6
B) 1, 2, 3
C) 3, 4, 5
D) 4, 5, 6
E) 1, 3, 4
10. ZM - lə zəhərlənmiş ərazidə adamlar hansı təhlükəsizlik qaydalarına riayət etməlidirlər?
1 - ərazidən tez keçərək qaçmamalı, toz qaldırmamalı
2 - Zəhərli ərazidə oturmaq, binalara söykənmək
3 - Yağışlı havada ərazidən keçərkən su gölməçələrini ötüb keçmək və suyu sıçratmamaq
4 - Zəhərli sahələrdə su içmək, qida qəbulu
A) 3, 4,
B) 2, 4,
C) 2, 3,
D) 1, 3,
E) 1, 4,
11. Köçürülən əhali yolda necə davranmalıdır? Ardıcıllıqla yazın.
1 - Nəqliyyata minərkən, vaqonda, avtobusda və d. minik növlərində basabas salmaq olmaz
2 - yolda özünü pis hiss etdikdə tibb işçilərinə müraciət etmək
3 - minik növlərində əvvəlcə uşaqları, əlilləri, qocaları irəli buraxmaq
4 - nəqiyyata minməkdə kömək etmək
A) 4, 2, 3, 1
B) 1, 2, 3, 4
C) 3, 4, 1, 2
D) 2, 3, 1, 4
E) 2, 3, 1, 4
12. Fövqəladə hallarda köçürmə tədbirlərinin ardıcıllığını tapın:
1 - Qəbul etmə məntəqələrində əhalinin qarşılanması
2 – toplanış – köçürmə məntəqələrində əhalinin toplanması
3 – köçürülənləri nəqliyyata minik yerlərinə göndərmək
4 – qəbul etmə məntəqəsində gələn əhalinin qeydə alınması və yerləşdirilməsi
5 - köçürülənlərin qeydə alınması
A) 2, 5, 3, 1, 4
B) 3, 4, 1, 5, 2
C) 5, 2, 3, 4, 1
D) 1, 3, 4, 5, 2
E) 4, 2, 5, 1, 3
13. Ərazidə olarkən nüvə partlayışının alovu görünən kimi nə etməli? Ardıcıllıqla yazın:
1 - Əl və ayaqları bürüncəklə örtmək
2 - Dərhal daldalanma yerinin arxasına keçib üzü üstə uzanmaq
3 - Zərbə dalğası ötüb keçdikdən sonra ayağa qalxmaq
4 - Tez əleyhqaz və digər mühafizə vasitələrini geymək
5 - Bu vəziyyətdə torpağa qısılaraq uzanmaq
A) 4, 2, 1, 5, 3,
B) 5, 4, 3, 2, 1
C) 1, 2, 3, 4, 5
D) 3, 2, 1, 4, 5
E) 1, 5, 3, 2, 4
14. Kütləvi qırğın silahlarının tətbiq ediləcəyi halda adamlar hansı ağır zədələnmələrə məruz qala bilər? Uyğunluğu tapın:
1 - nüvə silahı
2 - kimyəvi silah
3 - bakterioloji silah
a - Insanların kütləvi surətdə ZM - lə kəskin zəhərlənməsi baş verə bilər
b - Yanıqlar, şüa xəstəliyi baş verə bilər
c - başın, döş qəfəsinin yaralanması, sınıqlar ola bilər
d - kütləvi yoluxucu xəstəliklərin yayılması baş verə bilər
A) 1 - ad; 2 - b; 3 - c
B) 1 - b, c; 2 - a; 3 - d
C) 1 - ad; 2 - c; 3 - b
D) 1 - bd; 2 - a; 3 - c
E) 1 - cd; 2 - b; 3 - a
15. Köçürmənin hansı formalarından istifadə olunur? Uyğunluğu tapın.
1 – qismən köçürmə
2 – qabaqcadan köçürmə
3 – təcili köçürmə
a - qəflətən baş verən hallarda
b - uşaqların, xəstələrin, qocaların qəza zonasından çıxarılması
c - adamlar üçün real təhlükə gözlənildiyi qəti müəyyən edilən hallarda
A) 1 –c; 2 - b; 3 - a
B) 1 –b; 2 - c; 3 - a
C) 1 –a; 2 - c; 3 - b
D) 1 –c; 2 - a; 3 - b
E) 1 –b; 2 - a; 3 - c
16. Köçürmə məntəqələrinə aiddir: Uyğunluğu tapın.
1 – toplanış – köçürmə məntəqələri
2 – aralıq köçürmə məntəqələri
3 –qəbul məntəqələri
a - gələnləri qarşılayıb qeydiyyatdan keçirir, müəyyən olunmuş yaşayış yerlərində yerləşdirirlər
b - piyada köçürülən adamların dincəlməsi, tibbi yardım alması üçündür
c - köçkünləri toplamaq, nəqliyyatla və piyada gedənləri müəyyənləşdirib, yola salmaq
A) 1 - b; 2 - c; 3 - a
B) 1 - a; 2 - c; 3 - b
C) 1 - b; 2 - a; 3 - c
D) 1 - c; 2 - a; 3 - b
E) 1 - c; 2 - b; 3 - a
17. Toplanış – köçürmə məntəqəsində hansı qruplar fəaliyyət göstərir? Uyğunluğu tapın.
1 - əhalini xəbərdar edən qrup
2 - qeydə alma və uçot qrupu
3 – tibb məntəqəsi
4 – ictimai aşayışın mühafizə qrupu
a - məntəqəyə gələn əhalinin siyahısını aparır
b - köçürmənin başlanması haqqında xəbər verir, bu məntəqəyə nə vaxt gəlmək lazım olduğunu izah edir
c - məntəqələrdə və yollarda təhlükəsizliyi təmin edir
d - Xəstələnənlərə yardım göstərmək və məntəqə yerləşən sahənin sanitariya şəraitini təmin edir
A) 1 - c; 2 - a; 3 - d; 4 - b
B) 1 - c; 2 - b; 3 - a; 4 - d
C) 1 - a; 2 - b; 3 - c; 4 - d
D) 1 - d; 2 - a; 3 - b; 4 - c
E) 1 - b; 2 - a; 3 - d; 4 - c
18. Vəziyyətdən asılı olaraq köçürmənin neçə və hansı formaları var? Uyğunluğu tapın.
1 - 1
2 - 2
3 - 3
4 - 4
5 - 5
6 - 6
a - Qismən köçürmə
b - Qabaqcadan köçürmə
c - Təcili köçürmə
d - Kombinasiyalı köçürmə
e - Qarışıq köçürmə
f - Fərdi köçürmə
A) 4 - d, c, e, f
B) 3 - b, f, c
C) 4 - a, b, c, d
D) 5 - f, e, d, c, a
E) 4 - a, f, c, e
Dostları ilə paylaş: |
|
|