##Fakültənin adı: Tarix və coğrafiya ##İxtisas: Tarix və coğrafiya müəllimliyi


##num= 8// level= 1// sumtest=20 // name= Xəritə üzərində iş. İKT - dən istifadə //



Yüklə 0,64 Mb.
səhifə8/14
tarix11.02.2020
ölçüsü0,64 Mb.
#102089
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

##num= 8// level= 1// sumtest=20 // name= Xəritə üzərində iş. İKT - dən istifadə //


1. Xəritəni «başa düşmək» nə deməkdir?

A) xəritənin köməyi ilə ərazinin coğrafi xüsusiyyətləri haqda nəticə çıxarmaq

B) şərti işarələri bilərək ondan istifadə etmək

C) xəritədəki coğrafi obyektləri yadda saxlayıb təsəvvür etmək

D) müxtəlif məzmunlu xəritələrin əsasında yeni biliklər əldə etmək

E) xəritə əsasında coğrafi qanunauyğunluqları başa düşmək

2. Atlasın hansı xəritələrində izoxətlər üsulu öz əksini tapmışdır?

A) kompleks xəritədə

B) iqlim xəritəsində

C) geoloji xəritədə

D) nəqliyyat xəritəsində

E) siyasi xəritədə

3. Eyni temperaturlar, təzyiq və yağıntıya malik nöqtələri birləşdirən xətlər tematik xəritələrdə hansı üsulla təsvir edilmişdir?

A) areal

B) izoxətlər

C) keyfiyyət fonu

D) nöqtələr

E) hərəkət xətləri

4. Qlobus tədris əhəmiyyəti nədir?

A) yerin modeli olub, böyük miqyası, təhrifli təsviridir

B) yerin modeli olub obyektlərin təhrifsiz, məkanca yerləşməsini əks etdirən xəritədir

C) coğrafi obyektlərin kiçildilmiş modeli olub, təhrifsiz təsvirdir.

D) yerin modeli olub, kartoqrafik ölçüləri və yerin əyriliyini əks etdirir

E) xəritədə göstərilməsi mümkün olmayan obyektlərin təsviri verilən modeldir

5. «Xəritəni oxumaq» nə deməkdir?

A) müxtəlif məzmunlu xəritələr əsasında yeni biliklər almaq

B) şərti işarələri bilərək onlardan istifadə etmək

C) xəritədəki coğrafi obyektləri yadda saxlayıb təsəvvür etmək

D) xəritənin köməyi ilə ərazinin coğrafi xüsusiyyətləri haqqında nəticələr çıxartmaq

E) xəritədəki coğrafi obyektlərin koordinatların təyini

6. «Xəritəni bilmək» nə deməkdir?

A) xəritədəki coğrafi obyektləri yadda saxlayıb, təsəvvür etmək

B) şərti işarələri bilərək ondan istifadə etmək

C) xəritənin köməyi ilə ərazinin coğrafi xüsusiyyətləri haqda nəticələr çıxartmaq

D) müxtəlif məzmunlu xəritələr əsasında yeni biliklər almaq

E) coğrafi obyektlərin yerlərinin bilinməsi

7. İKT resurslarına aiddir:

A) divar xəritəsi, dərslik, elektron lövhə

B) herbarilər, atlas, təbaşir

C) kontur xəritə, atlas, kompyuter

D) kompyuter, multimediya lövhə, elektron dərslik

E) divar qəzeti, elektron dərslik , kontur xəritə

8. Coğrafiya xəritəsinin tədris əhəmiyyəitinə aid deyil:

1 - Xəritənin əyanilik əhəmiyyəti

2 - Şagirdlərdə təsəvvür yaratmaq əhəmiyyəti

3 - Düşüncəni təşkil etmə, bilikləri sistemləşdirmə əhəmiyyəti

4 - Şagirdlərin sinifdənxaric işlərinin təşkil edilməsi

5 - Şagirdlərdə monoloji mədəniyyətin formalaşdırılması əhəmiyyəti

A) 1, 2, 3

B) 2, 3, 4

C) 1, 4, 5

D) 2, 4, 5

E) 1, 3, 4

9. Tədris funksiyalarına görə xəritələr hansı qruplara bölünür

1 - Yarımkürələr xəritəsi

2 - Tematik xəritələr

3 - Divar xəritələri

4 - Geopolitik xəritələr

5 - Stolüstü xəritələr

A) 1, 2

B) 3, 5

C) 4, 5

D) 1, 3

E) 2, 5

10. İzoxətlər üsulu isə təsvir olunan coğrafi hadisə və proseslər hansılardır?

1 - dəniz cərəyanları

2 - izotermlər

3 - yük daşınmaları

4 - küləklərin istiqaməti

5 - izobarlar

A) 2, 4

B) 1, 3

C) 3, 4

D) 2, 5

E) 1, 5

11. Hərəkət xətləri üsulu ilə xəritədə hansı coğrafi hadisələr təsvir olunur?

1 - dəniz cərəyanları

2 - izotermlər

3 - küləklərin istiqaməti

4 - yük daşınmaları

5 - horizontallar

A) 1. 3. 5

B) 2. 3. 5

C) 1. 2. 4

D) 1. 3. 4

E) 2. 4. 5

12. İstifadə olunma xüsusiyyətlərinə görə tədris xəritələrinin hansı növləri var:

1 - Divar xəritələri

2 - Silindirik xəritələr

3 - Stolüstü xəritələr

4 - Mətn xəritələri

5 - İqlim xəritələri

A) 1. 3. 4

B) 2. 4. 5

C) 1. 2. 3

D) 1. 3. 5

E) 3. 4. 5

13. Çayın xarakteristikasının tipik planına aid olanları seçin:

1 - çayın mənbəyi və mənsəbi

2 - çayın sağ və sol qolları

3 - çayın quruluşu

4 - çayın yaranması

5 - çayın suyunun fiziki və kimyəvi xassələri

6 - çayın keçdiyi təbii zonalar

A) 1. 2. 6

B) 2. 3. 4

C) 3. 4. 5

D) 1. 3. 5

E) 2. 4. 6

14. “Təbii zonalar” mövzusu üzrə təsviri planın ardıcıllığıdır:

1 – zonanın coğrafi mövqeyi

2 – iqlim şəraiti

3 – bitkiləri

4 – torpaqları

5 – heyvanlar aləmi

A) 1. 2. 4. 3. 5

B) 1. 2. 3. 4. 5

C) 1. 3. 2. 4. 5

D) 2. 1. 3. 4. 5

E) 1. 4. 5. 2. 3

15. Xəritəni oxumaq bacarıqlarının inkişafında 3 əsas mərhələ müəyyən edilmişdir. Bu mərhələlərin ardıcıllığını müəyyən edin:

1 - Xəritənin yaradıcı oxunuşu

2 - Xəritənin elementar oxunuşu

3 - Xəritənin mürəkkəb oxunuşu

A) 2, 3, 1

B) 1, 2, 3

C) 3, 2, 1

D) 2, 1, 3

E) 1, 3, 2

16. Fiziki - coğrafi vilayətlər mövzusu üzrə təsviri planın ardıcıllığı:

1 – coğrafi mövqeyi

2 – relyefi

3 – iqlimi

4 - torpaqları

5 – daxili suları

6 – bitkiləri

7 – heyvanlar aləmi

8 - əhalinin məşğuliyyəti

A) 2. 1. 4. 3. 6. 5. 8. 7

B) 1. 2. 3. 4. 5. 6. 7. 8

C) 1. 2. 3. 5. 4. 6. 7. 8

D) 1. 2. 5. 4. 3. 6. 7. 8

E) 2. 1. 3. 4. 5. 6. 7. 8

17. Xəritələrin tutuşdurulması və müqayisəsinə aid olan xüsusiyyətləri ardıcıl yazın:

1 - Müxtəlif məzmunlu eyni miqyslı xəritələrin təhlil edilməsi

2 - Xəritədən müxtəlif hadisə və proseslərin baş verməsi səbəblərinin araşdırılması

3 - Müxtəlif miqyaslı eyni məzmunlu xəritələrin təhlil edilməsi

A) 1, 3, 2

B) 3, 1, 2

C) 2, 3, 1

D) 1, 2, 3

E) 3, 2, 1

18. Uyğunluğu müəyyən edin:

I – Xəritəni başa düşmək

II - Xəritəni oxumaq

III - Xəritəni bilmək

1 – Xəritədəki coğrafi obyektləri yadda saxlayıb, təsəvvür etmək

2 - şərti işarələri bilərək ondan istifadə etmək

3 - Xəritənin köməyi ilə ərazinin coğrafi xüsusiyyətləri haqqında nəticələr çıxarmaq

A) I - 1; II - 2; III - 3

B) I - 2; II - 3; III - 1

C) I - 2; II - 1; III - 3

D) I - 1; II - 3; III - 2

E) I - 3; II - 2; III - 1

19. Uyğunluğu müəyyən edin:

I - Xəritəni bilmək

II - Xəritəni oxumaq

1 - Xəritəyə əsasən məsafələri və istiqamətləri təyin etmək

2 - Coğrafi obyektlərin yerləşməsi və ölçülərini yaddaşa əsasən xatırlamaq

3 - Coğrafi obyektlərin və hadisələrin xüsusiyyətlərini müəyyən etmək

A) I - 2; II - 3

B) I - 1; II - 3

C) I - 2; II - 1

D) I - 3; II - 2

E) I - 1; II - 2

20. Uyğunluğu müəyyən edin:

I - Xəritələrin tutuşdurulması

II - Xəritələrin müqayisəsi

1 - Müxtəlif məzmunlu eyni miqyslı xəritələrin təhlil edilməsi

2 - Xəritədən müxtəlif hadisə və proseslərin baş verməsi səbəblərinin araşdırılması

3 - Müxtəlif miqyaslı eyni məzmunlu xəritələri təhlil edilməsi

A) I - 1; II - 3

B) I - 3; II - 1

C) I - 2; II - 3

D) I - 1; II - 2

E) I - 3; II - 2


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin