##Fakültənin adi Riyaziyyat ## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası


Həndəsənin aksiomatikası hansı sinifdə öyrənilməyə başlanır?



Yüklə 1,75 Mb.
səhifə21/21
tarix18.01.2020
ölçüsü1,75 Mb.
#101979
1   ...   13   14   15   16   17   18   19   20   21

Həndəsənin aksiomatikası hansı sinifdə öyrənilməyə başlanır?

A) VI

B) V


C) VII

D) VIII

E) IX


  1. Hansı fikir Tusi – Paş aksiomunu ifadə edir:

A) Üçbucağın təpələrindən keçməyən düz xətt bu üçbucağın bir tərəfini kəsirsə, onda həmin düz xətt qalan iki tərəflərdən yalnız birini kəsir

B) Müstəvi üzərindəki hər hansı düz xətt bu müstəvini iki çoxluğa ayırır

C) Hər hansı iki nöqtədən bir və yalnız bir düz xətt keçirmək olar

D) Hər bir parçanın sıfırdan böyük müəyyən uzunluğu vardır

E) Parçanın uzunluğu, onun hər hansı daxili nöqtəsi ilə bölündüyü parçaların uzunluqları cəminə bərabərdir


  1. Nöqtələrin düz xətt üzərində yerləşməsi xassəsi :

A) Üç nöqtə bir düz xətt üzərində olada olmayada bilər .

B) Düz xətt üzərində hər hansı üç nöqtədən biri qalan ikisi arasında yerləşir .

C) Düz xətt üzərində hər hansı üç nöqtədən yalnız biri qalan ikisi arasında yerləşir .

D) Düz xətt üzərində hər hansı üç nöqtə onu şüalara və parçalara ayırır .

E) Düz xətt üzərində hər hansı üç nöqtədən biri və yalnız biri qalan ikisi arasında yerləşir .


  1. Düz xəttin bölünməsi xassəsi :

A) Düz xəttin ixtiyari A nöqtəsi bu düzxəttin qalan nöqtələrini iki çoxluğa bölür : eyni çoxluğa aid olan ixtiyari iki nöqtə A nöqtəsinin bir tərəfində yerləşir, müxtəlif çoxluğa aid olan ixtiyari iki nöqtə A nöqtəsinin müxtəlif tərəflərində yerləşir .

B) Düz xətt üzərindəki ixtiyari A nöqtəsi həmin düz xətti başlanğıcı bu nöqtədə olan iki şüaya ayırır

C) Düz xətt üzərindəki ixtiyari A nöqtəsinin həmin düz xətti başlanğıcı bu nöqtədə olan ayırdığı şüalarlın birləşməsi verilmiş düz xətti əmələ gətirir .

D) Düz xətt üzərindəki ixtiyari A nöqtəsinin həmin düz xətti başlanğıcı bu nöqtədə olmaqla ayırdığı şüalardan biri A nöqtəsindən solda, digəri isə sağda yerləşir .

E) Düz xəttin üzərindəki ixtiyari A nöqtəsinin həmin düz xətti başlanğıcı bu nöqtədə olmaqla ayırdığı şüaların kəsişməsi A nöqtəsinin özüdür .


  1. Hansı təklif doğrudur?

A) Bir düz xəttən yalnız və yalnız iki müstəvi keçirmək olar

B) Kəsişməyən iki müstəvidən birini kəsən düz xətt digər müstəvini də kəsir.

C) Düz xəttin iki nöqtəsi müstəviyə aiddirsə, onda düz xətt bu müstəvini kəsir

D) Düz xətt və onun üzərində olmayan üç nöqtədən bir və yalnız bir müstəvi keçirmək olar.

E) Bir düz xətt üzərində olan üç nöqtədən üç və yalnız üç müstəvi keçirmək olar


  1. Hansı təklif doğrudur?

A) Bir düz xəttən yalnız və yalnız bir müstəvi keçirmək olar

B) Bir düz xətt üzərində olan üç nöqtədən üç və yalnız üç müstəvi keçirmək olar

C) İki paralel müstəvi üçüncü müstəvi ilə kəsişirsə, onda kəsişmə düz xətləri də kəsişirlər

D) Kəsişməyən iki müstəvidən birini kəsən düz xətt digər müstəvini kəsmir

E) İki çarpaz düz xəttin hər birindən digərinə paralel olan müstəvi keçirmək olar


  1. Hansı təklif aksiom deyil?

A) Düz xətlərin verilmiş nöqtəsindən bir tərəfdə olan bütün nöqtələr çoxluğuna şüa deyilir;

B) Bir düz xətt üzərindəki üç nöqtədən yalnız biri digər ikisinin arasındadır;

C) Hər hansı düz xəttə aid olan və aid olmayan nöqtələr var;

D) İxtiyari iki nöqtədən bir və yalnız bir düz xətt keçirmək olar;

E) Düz xətt müstəvini iki yarimmüstəviyə ayırır;


  1. Bunlardan hansı stereometriya aksiomlarından alınan nəticələrdən biridir?

A) Fəzada müstəvi üzərində heç olmasa bir nöqtə vardır

B) Düz xətt və ona aid olmayan nöqtədən bir və yalnız bir müstəvi keçir

C) Müstəvi sonsuzdur

D) Düz xətt müstəvi üzərindəki düz xəttə paraleldirsə, müstəvinin özünə də paraleldir

E) Düz xətt müstəvinin iki kəsişən düz xəttinə perpendikulyardırsa müstəvinin özünə də perpendikulyardır


  1. Bunlardan hansı stereometriya aksiomlarından alınan nəticələrdən biridir?

A) Planimetriyanın bütün teoremləri fəzanın hər bir müstəvisində doğrudur.

B) Planimetriyanın bütün aksiomları fəzanın hər bir müstəvisində doğrudur.

C) Düz xətlə müstəvinin iki ortaq nöqtəsi varsa, bu düz xətt müstəvi üzərindədir

D) Hər bir sadə fiqurun seçilmiş ölçü vahidi ilə ifadə olunan müsbət sahəsi vardır

E) Düz xətlə müstəvinin bir ortaq nöqtəsi vardır


  1. Aşağıdakı teoremlərdən hansı düz xəttin müstəviyə perpendikulyarlıq əlamətini ifadə edir?

A) Fəzanın ixtiyari nöqtəsindən verilmiş müstəviyə perpendikulyar bir və yalnız bir düz xətt keçirmək olar

B) Fəzanın verilmiş nöqtəsindən keçən və verilmiş düz xəttə perpendikulyar bir və yanlız bir müstəvi vardır

C) Bir düz xəttə perpendikulyar olan müstəvilər bir - birinə paraleldir

D) Müstəvini kəsən düz xətt, onün üzərindəki iki kəsişən düz xəttə perpendikulyardırsa, müstəvinin özünə də perpendikulyardır

E) Paralel düz xətlərdən birinə perpendikulyar olan müstəvi, onların hər birinə perpendikulyardır


  1. Bunlardan hansı VII sinifdə aksiom kimi verilir ?

A) Bir üçbucağın iki tərəfi və onlar arasındakı bucaq uyğun olaraq o biri üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabərdirsə, bu üçbucaqlar bərabərdir . (I əlamət )

B) İstənilən üçbucağa bərabər üçbucaq var .

C) Bir üçbucağın bir tərəfi və ona bitişik iki bucağı uyğun olaraq o biri üçbucağın bir tərəfi və ona bitişik iki bucağına bərabərdirsə, bu üçbucaqlar bərabərdir. (II əlamət )

D) Bir üçbucağın üç tərəfi, uyğun olaraq o biri üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir . (III əlamət )

E) Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqları bərabərdir .


  1. Bunlardan hansı stereometriyanın aidlik aksiomudur?

A) Bir düz xətt üzərində olmayan üç nöqtədən bir və yanlız bir müstəvi keçir

B) Fəzada düz xətt və müstəvi var. Hər bir düz xəttə və hər bir müstəviyə aid olan və aid olmayan nöqtələr var

C) Planimetriyanın bütün aksiomları və teoremləri fəzanın hər bir müstəvisində doğrudur

D) Iki müxtəlif müstəvinin ortaq nöqtəsi varsa, onlar bu nöqtədən keçən düz xətt boyunca kəsişirlər

E) Fəzadakı hər bir müstəvi fəzanın bu müstəviyə aid olmayan nöqtələrini aşağdakı şərti ödəyən iki çoxluğa ayırır:a) Eyni çoxluğa aid olan ixtiyari iki nöqtəni birləşdirən parça bu müstəvini kəsmir; b) Müxtəlif çoxluqlara aid olan istənilən iki nöqtəni birləşdirən parça müstəvini kəsir.


  1. Bunlardan hansı stereometriya aksiomlarından alınan ilk nəticələrdən biridir?

A) Bir müstəvi üzərində olan və kəsişməyən düz xəttlərə paralel düz xətlər deyilir

B) Bir düz xətt üzərində olmayan üç nöqtədən bir və yanlız bir müstəvi keçir

C) Iki kəsişən düz xəttən bir və yanlız bir müstəvi keçir

D) Fəzada düz xətt xaricində götürülmüş nöqtədən həmin düz xəttə paralel bir və yanlız bir düz xətt keçir



E) Eyni bir düz xəttə paralel iki düz xətt paraleldir
Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin