səhifə 9/21 tarix 18.01.2020 ölçüsü 1,75 Mb. #101979
##num= 13// level= 1// sumtest=21 // name= Ədədlər sisteminin təlimi. Natural, rasioanal, həqiqi ədədlərin təlimi //
1. VIII sinifdə üçbucağın orta xəttinin xassəsi haqqında teoremin isbatında hansı teoremdən istifadə olunur?
A) Fales teoremindən
B) Düzbucaqlının xassəsi haqqında teoremdən
C) Düzbucaqlının əlaməti haqqında teoremdən
D) Rombun xassəsi haqqında teoremdən
E) Dioqanallara görə paraleloqramın əlaməti haqqında teoremdən
2. VIII sinifdə trapesiyanın orta xəttinin xassəsi haqqında teoremin isbatında hansı teoremdən istifadə olunur?
A) Fales teoremindən
B) Düzbucaqlının xassəsi haqqında teoremdən
C) İki cüt qarşı tərəfinə görə paraleloqramın əlaməti haqqında teoremdən
D) Dioqonallarına görə paraleloqramın əlaməti haqqında teoremdən
E) Düzbucaqlının əlaməti haqqında teoremdən
3. Fiqurlardan hansının simmetriya mərkəzi yoxdur?
A) Çevrə
B) Üçbucaq
C) Parça
D) Paraleloqram
E) Düz xətt
4. Fiqurlardan hansının simmetriya mərkəzi vardır?
A) Üçbucaq
B) Trapesiya
C) Paraleloqram
D) İxtiyari dördbucaqlı
E) Şüa
5. Aşağıdakı təkliflərdən hansı üçüzlü bucağın əsas xassəsini ifadə edir?
A) Müstəvi bucaqları və onların qarşısında duran ikiüzlü bucaqları , uyğun olaraq , bərabər olan üçüzlü bucaqlara bərabər üçüzlü bucaqlar deyilir
B) Üçüzlü bucağın müstəvi bucaqlarının cəmi 360° dən kiçikdir
C) Üçüzlü bucağın hər bir müstəvi bucağı onun qalan iki müstəvi bucağnın cəmindən kiçikdir
D) Çoxüzlü bucağın hər bir müstəvi bucağ qalan müstəvi bucaqların cəmindən kiçikdir
E) Çoxüzlü bucağın bütün müstəvi bucaqlarının cəmi 360° dən kiçikdir
6. Aşağıdakı teoremlərdən hansı düz xəttin müstəviyə perpendikulyarlıq əlamətini ifadə edir?
A) Bir düz xəttə perpendikulyar olan müstəvilər bir - birinə paraleldir
B) Fəzanın verilmiş nöqtəsindən keçən və verilmiş düz xəttə perpendikulyar bir və yanlız bir müstəvi vardır
C) Müstəvini kəsən düz xətt, onün üzərindəki iki kəsişən düz xəttə perpendikulyardırsa, müstəvinin özünə də perpendikulyardır
D) Fəzanın ixtiyari nöqtəsindən verilmiş müstəviyə perpendikulyar bir və yalnız bir düz xətt keçirmək olar
E) Paralel düz xətlərdən birinə perpendikulyar olan müstəvi, onların hər birinə perpendikulyardır
7. Diaqonallarına görə paraleloqramın əlaməti:
A) Paraleloqramın dioqonalları müxtəlifdir
B) Paraleloqramın bir dioqonalı onu iki üçbucağa ayırır
C) Paraleloqramın dioqonalı onu dörd üçbucağa ayırır
D) Dördbucaqlının dioqonalları kəsişirsə və kəsişmə nöqtəsində yarıya bölünürsə bu dördbucaqlı paraleloqramdır
E) Paraleloqramın dioqonalları kəsişmə nöqtəsində yarıya bölünür
8. Düzbucaqlının xassəsi:
A) Düzbucaqlının bir dioqonalı onu iki düzbucaqlı üçbucağa ayırır
B) Düzbucaqlının dioqonalları kəsişmə nöqtəsində yarıya bölünür
C) Düzbucaqlının dörd təpəsi vardır
D) Düzbucaqlının dörd tərəfi vardır
E) Düzbucaqlının dioqonalları bərabərdir
9. Düzbucaqlının əlaməti:
A) Düzbucaqlının qarşı tərəfləri paraleldir
B) Düzbucaqlı paraleloqramın xüsusi halıdır
C) Düzbucaqlının qarşı tərəfləri bərabərdir
D) Dioqonalları bərabər olan paraleloqram düzbucaqlıdır
E) Düzbucaqlının daxili bucaqlarının cəmi 3600 - dir
10. Rombun xassəsi:
A) Romb paraleloqramın xüsusi halıdır
B) Rombun dioqonalları perpendikulyardır
C) Rombun dioqonalları onun bucaqlarını yarıya bölür
D) Rombun bir dioqonalı onu iki üçbucağa ayırır
E) Rombun dioqonalları qarşılıqlı perpendikulyar olub onun bucaqlarını yarıya bölür
11. Çoxüzlülərin müstəvi kəsiklərinin qurulmasının əsas metodlarından biri hansıdır?
A) Analiz metodu;
B) İzlər metodu;
C) Paralel köçürmə metodu ;
D) Əksini fərz etmə metodu;
E) Sintez metodu
12. Çoxüzlülərin müstəvi kəsiklərinin qurulması metodu hansıdır?
A) Eskizlər metodu;
B) Kəsiklər metodu;
C) Fotosintez metodu;
D) İnduksiya metodu;
E) Uyğunluq metodu;
13. Dördbucaqlını qurmaq üçün onun neçə əsas elementi verilməlidir?
A) 3
B) 5
C) 4
D) 6
E) 7
14. Qabarıq dördbucaqlının tərəflərinin orta nöqtələrinin birləşdirilməsindən alınan dördbucaqlının növünü təyin edin. Məsələnin aid olduğu sinfi göstərin.
A) kvadrat (IX)
B) trapesiya (VII)
C) Paraleloqram (VIII)
D) düzbucaqlı (X)
E) romb (XI)
15. Trapesyanın tərəflərinin orta nöqtələrinin birləşdirilməsindən alınan dördbucaqlının növünü təyin edin. Məsələnin aid olduğu sinfi göstərin.
A) Paraleloqram (VIII)
B) ixtiyari dördbucaqlı (VII)
C) kvadrat (IX)
D) düzbucaqlı (X)
E) romb (XI)
16. Üçbucaq kəsiyi prizmanın neçə tilini kəsir və alınan kəsikdə hansı üçbucaqlar alına bilər?
A) 3 tilini, bərabərtərəfli
B) 3 tilini, bərabəryanlı
C) 3 tilini, bərabəryanlı, bərabərtərəfli
D) 2 tilini, bərabəryanlı, bərabərtərəfli
E) 2 tilini, düzbucaqlı
17. Prizmanın dördbucaqlı kəsiyindən alınan fiqur nə olar?
A) Kvadrat
B) Düzbucaqlı
C) Romb
D) Paraleloqram
E) Trapesiya
18. Prizmanın kəsiyində beşbucaqlı almaq mümkündürmü?
A) Kəsik üzlərlə 900 bucaq əmələ gətirərsə
B) Əgər müstəvi prizmanın 5 tilini kəsərsə mümkündür
C) Müstəvi kəsikləri tillərlə 900 bucaq əmələ gətirərsə
D) Əgər müstəvi prizmanın 5 üzünü kəsərsə mümkündür
E) Qurmaq mümkün deyil
19. Prizmanın kəsiyində beşbucaqlı almaq mümkündürmü?
A) Əgər müstəvi prizmanın 6 üzünü kəsərsə mümkündür
B) Əgər müstəvi prizmanın 6 tilini kəsərsə mümkündür
C) Müstəvi kəsikləri tillərlə 900 bucaq əmələ gətirərsə
D) Kəsik üzlərlə 900 bucaq əmələ gətirərsə
E) Qurmaq mümkün deyil
20. Piramidanın müstəvi kəsiyinin qurulmasında hansı fiqur alınar?
A) Trapesiya və dördbucaqlı
B) Ən sadə həndəsi fiqurlar
C) Kvadrat, üçbucaq, trapesiya,
D) Kvadrat, üçbucaq, trapesiya, dördbucaqlı
E) Kvadrat və üçbucaq
21. Dördbucaqlı piramidanın müstəvi kəsiyi üçbucaq və piramidadan ayrılan hissə üçbucaqlı piramidadır. Kəsən müstəvi haqqında deyilmiş hansı fikir doğru deyil?
a - müstəvi oturacağa paraleldir
b - müstəvi oturacağa perpendikulyardır
c - müstəvi piramidanın iki yan tilindən keçir
A) b, c
B) a, b
C) a, c
D) a
E) c
Dostları ilə paylaş: