Çıxışdan sonra
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov partiyanın qərargahından evə gedərkən həbs olundu. Mövsüm Səmədovla birgə partiyanın təşkilati məsələlər üzrə sədr müavini Vaqif Abdullayev və sürücüsü Mirhüseyn Kazımov saxlanıldı. Partiya sədri həbs olunarkən onunla birgə olan Elçin Həsənov da polis tərəfindən saxlanılmışdı.
Həbs olunanlar əvvəlcə Nərimanov rayon 18 saylı polis bölməsinə aparılıb. Bundan sonra məhkəmə qarşısına çıxarılan 3 nəfərə 10 sutka həbs cəzası verilib. (…7 yanvar, 2011)
Gəncə ruhaniləri Azər Cəbiyev və Fəxri İlyasov 16 yanvar 2011-ci ildə Gürcüstana gedərkən sərhəd keçid məntəqəsində saxlanılıb və daha sonra Gəncə polis bölməsinə gətirilib. Onlara qarşı polisə zorakılıq etmə və qərəzli xuliqanlıq hərəkətləri törətmə ittihamı irəli sürülüb. Yanvarın 18-də məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə bütün şahidlər və zərərçəkmişlər polis işçiləri olub.(…16 yanvar, 2011)
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçrilib.
Hakim Eldar İsmayılov islamçılara hökm oxuyub. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxuyub.( …7 oktyabr, 2011)
“Təqva bir halətdir ki…”
14.09.2010
Hacı Mövsüm Səmədov: “Ramazan ayında insan öz nəfsini tərbiyə etmək üçün mühüm olan haləti əldə edə bilər”
Avqust ayının 12-dən mübarək Ramazan ayı daxil olmuşdur. İnsanlar bu möhtəşəm ayın gəlişinə xüsusi ovqatla hazırlaşır. Bölgələrdə mübarək Ramazan ayı ovqatı ilə maraqlandıq. Ölkəmizdə tanınmış İslam alimlərindən Hacı Mövsüm Səmədov bununla bağlı sualımızı cavablandırarkən İntizar radiosunun “Gündəm” verilişinə açıqlamasında bildirmişdir: “Bismillahir Rəhmanir Rəhim! Mübarək Ramazan ayının gəlişi münasibətilə başda İmam Zaman (ə.f.) Ağa olmaqla Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edirəm. Bu ay rəhmət və məğfirət ayıdır. Bu bir aydır ki, insan edə bilər öz nəfsinin tərbiyəsi üçün mühüm olan haləti əldə etsin. Bu halət təqvadır. Allah-Təala Qurani-Kərimdə buyurur ki, oruc tutun, ümidvarıq ki, təqvalı olasınız. Orucun məqsədi budur ki, insanın ruhunda təqva haləti hasil ola. Təqva bir halətdir ki, insanı bütün pisliklərdən, qeyri-ilahi və qeyri-şəri dəvətlərdən qoruyub saxlayır. İnşaallah, bu Ramazan ayında bizlər Allahdan təqvanın ruhumuza hasil olmasını istəyəcəyik”. (Dəyərlər)
İdrakı sönük başçılar…
Bunu dünya üçün bir o qədər də tanış olmayan Cavid yazdı. Amma belələri “Allahın bilməsi bizə yetər” – deyiblər. Necə ki Hacı Mövsüm diktator prezidentə ünvanlanmış çıxışında yalnız Allahın razılığını düşünürdü. Bir oxşarlıq var Cavidlə Mövsüm arasında.
Cavid Naxçıvanın Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. Atası Məşədi Qulunu haqlı olaraq “başı əmmaməli ziyalı” adlandırırdılar. Məşədı Qulu aşıq şerlərını və klassik şairlərin əsərlərini sevə- sevə əzbərləyər, məclislərdə onları oxuyardı. Molla Abdulla ruhani silkinə mənsub bir rövzəxan olsa da, musiqiyə, muğama və şerə daha çox meyl göstərən mollalardan idi. Səsinin səlisliyinə və gözəlliyinə görə onu tez- tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Cənubi Azərbaycan şəhərlərinə dəvət edirdilər.
Molla Abdullanın istək və niyyətilə böyük oğlu Məhəmməd İranda ali ruhani təhsili almış və “Şeyx “ rütbəsi qazanmışdı. Atasının eyni təkid və təklifi ilə Hüseyn də əvvəlcə İranda, sonra Türkiyədə kamil təhsil almışdı. Buradan göründüyü kimi elm Molla Abdulla ailəsinin əsas qayəsi idi. Odur ki, bu nəslin bütün nümayəndələri elmə xüsusi həvəs göstərmiş və çoxu müəllim olmuşdur. Hüseyn də həmçinin ...
Amma Cavid bəşəriyyətin səadəti qarşısında zalım hakimləri ilk maneə görür və susa bilmirdi:
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
4 iyun 1937-ci ildə Cavid həbs olundu. 1937-ci ilin qanlı, dəhşətli günləri. Adamlar bir-biri ilə görüşüb-danışmaqdan, hətta salamlaşmaqdan belə çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu, kiminsə tanışı “xalq düşməni” adı ilə damğalanaraq sürgünə göndərilməsin.Məhz belə bir vaxtda Azərbaycan K (b) P-nin XIII qurultayı çağırıldı. Onun “məramı” da belə idi: daha çox “xalq düşməni” ortaya çıxarmaq. Hesabat məruzəsi ilə çıxış edən Mircəfər Bağırov son sözündə dedi: “Bir baxın, “Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa edilmiş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniç kimiləri”.
Bu qərəzçi və böhtançı tənqiddən Cavid nə qorxdu, nə də ki, çəkindi.
Elə həmin ərəfədə Dövlət Təhlükəsizlik İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 saylı, orderi ilə NKVD-nin 4-cü şöbəsi tərəfindən Hüseyn Cavidin evində axtarış aparıldı.
Pavlov, Federenko və Sarkisyanın iştirak etdiyi üçlük tərəfindən 1937-ci ilin iyun ayının 3-dən 4-nə keçən gecə Cavidin evində aparılmış axtarış zamanı 1 səbət əlyazma, 1 kisə - türk, ərəb və fars dillərində 115 nüsxə nadir kitablar və 23 ədəd fotoşəkil, ona məxsus 549349 №-li pasport və 5 ədəd dərftərçə müsadirə edilmişdir ki, həmin dəftərçələrdə Cavidin yazmağa hazırladığı əsərlər haqda çoxlu qeydlər var idi.
Cavid 1939-cu il iyulun 4-də uzaq Sibirə göndərilir. Sonralar xəstəliyi ilə əlaqədar Maqadandan İrkutska əlillər zonasına yola salınır. 5 dekabr 1941-ci ildə dünyasını dəyişir…
Cavidlə bitdimi işlər? Dayandırıldımı repressiyalar? Yox! Quran bizə xəbərdarlıq edir ki, Allah düşmənləri üçün dayanacaq yoxdur. Həmin vaxtlar Bakı nə qədər qurban verirdisə Kreml “azdır” deyirdi. Ona görə də bolşevizmə baş əyməyən ən sadə insanları da heç bir əsas olmadan məhv edirdilər.
Bu gün də repressiyalar eyni ssnari üzrə davam etdirilir. Bir dindar həbsdən azad edilirsə onun əvəzinə iki, üç, on, on beş dindar həbsə alınır. Moskva Şəhid Mübariz İbrahimovun Allahu Əkbər deyib döyüş müydanına atılmasını Azərbaycanda İslamı Oyanışa təkan kimi qiymətlənririr və Bakıya barmaq silkələyir. Demək, yeganə yol Allah düşmənlərini dayandırmaqdır!
Dostları ilə paylaş: |