Fanilər və Fanilər Mövsümü



Yüklə 352,17 Kb.
səhifə6/14
tarix22.10.2017
ölçüsü352,17 Kb.
#10174
1   2   3   4   5   6   7   8   9   ...   14

Qayğıkeş ata...


AİP sədrinin qayğıkeş ata rolunu çox uğurla yerinə yetirdiyini söyləyən onun xanımı, “Mövsüm Səmədov bir ata kimi övladalarına həmişə həm mehriban, həm də ciddi olub. Onların hər tərəfli inkişaf etməyinə daima maraqlanan qayğıkeş atadır. Amma ictimai və siyasi fəaliyyət, onu çox məşğul etdiyi üçün təbii olaraq ailəsi ilə çox maraqlana bilmir. Bu cəhətdən uşaqların dərsi, gündəlik tələbat mənim üzərimə düşür. O, gündəlik həyatında çox nizamlı bir insandı, proqramsız bir iş görmür. Məsələn, nə vaxt durmaq lazımdı, nə vaxt mütaliə etmək lazımdı və s. bunların hamısını özü proqramlaşdırır”-deyə bildirib..

“Halal-harama riayət edər, başqalarına deməmişdən öncə özü əməl edərdi”


AİP sədrinin xanımı Mövsüm Səmədovun çox mömin bir şəxs olduğunu qeyd etdi və onun ibadətinin həmişə yerində və kamil olduğunu söylədi. “Gecə nə vaxt dursam onu ibadətdə görürdüm. Hacı gecə namazlarını həmişə qılır, demək olar ki, heç vaxt gecə namazını tərk etməyib. İnsanlarla ünsiyyətdə çox mehriban və ədəblidi. İnanmıram ki, indiyə qədər kimsə ondan ədəbdən uzaq bir söz eşitmiş olsun, ya bir hərəkət görmüş olsun. Həmişə çalışır özünü sakit, təmkinli və vüqarlı aparsın. Həmçinin valideyinlərinə qarşı həmişə böyük ehtiram göstərir. Valideyinləri tərəfdən ona hörmətsizlik olunsa belə, hacıdan mən onlara qarşı heç vaxt hörmətsizlik görməmişəm. Bunu da qeyd edim ki, İslamın qaydalarına, xüsusən də halal-harama çox riayət edərdi. Başqalarına deməmişdən əvvəl, birinci özü əməl edərdi. Məxsusən, yemək məsələsində halal-harama onun kimi riayət edəni birini görməmişəm”- deyə xanım Mehparə Səmədova qeyd edib.

İslama, təmizliyə dəvət...


AİP sədrini gecə-gündüz xalqını düşünən insan adlandıran Mövsüm Səmədovun qaynanası Məmmədrzayeva Məryəm, ”Hacı, hər cəhətdən təmiz insandı. O, həkimliyi oxusa da, elmi və Quranı çox sevir. Quran yolunda canınan da keçər. Gecə-gündüz millətini düşünür və onu çox sevir. O həmişə deyərdi ki, millətim təmiz olsun, içən olmasın, çəkən olmasın, pis yollara düşməsin, oğurluq olmasın. Hacı daima təmiz qəlbli insanlarla oturub-durardı. Həmçinin ailəsi də. Qohumları içərisində əyri yolda olanı olsa da, onları İslama dəvət edib, düzgün yol göstərərdi”-deyə söyləyib.

Məhəbbət və səmimiyyət dolu ata...


Həbsdə olan Mövsüm Səmədovu mehriban ata kimi vəsf edən Səmədova Zəhra, onun Məhəmməd peyğəmbərin(s) yolu ilə getdiyini söylədi. “Atam çox çalışardı ki, biz elə kiçik yaşdan Quranla, İslam dini ilə ünsiyyətdə olaq, bu dinlə böyüyək və bu dinə tabe olaq. O, bizə həmişə Peyğəmbər (s) və onun Əhli-beytinə layiqli davamçı olmağımızı və bunlardan ibrət almağımızı tapşırardı. Atamız axşamlar bizim üçün yuxuya getməmişdən qabaq Peyğəmbərlərdən (s), imamlardan (ə.s) nağıllar, rəvayətlər danışardı. Çox istəyərdi ki, biz də o həzrətlərin ardıcılları kimi öz yolumuzu davam edək, onların xadimləri kimi insanlar olaq. Bundan əlavə çox çalışardı ki, həmişə süfrəmizə halal tikə gətirsin. Mən və qardaşım kiçik yaşlarımızdan atamızdan mehribançılıqla namaza və dinin digər əməllərinə dəvət etməkdən başqa bir şey görmədik. Həmişə çalışardı ki, yaxşı əxlaqla, mehribançılıqla bizi bu dinə, Allahın yoluna dəvət etsin. İmam Hüseyni (ə) həmişə bizə nümunə göstərərdi və deyərdi ki, Zeynəbi-Kubradan (s.ə), Rüqəyyə xanımdan və digər böyük şəxsiyyətlər kimi səbrli, dözümlü olaq. Çox istəyirdi ki, namazlarımızı vaxtında qılaq. Məhəbbətlə və səmimiyyətlə bizə deyərdi ki, Allahın buyuruqlarına tabe olun. Məxsusən məni hicaba çox təşviq edərdi. Fatimeyi-Zəhra və Həzrəti Məryəmi mənim üçün örnək qoyardı və deyərdi ki, bu böyük xanımlardan ibrət al, hicaba çox diqqət et. Mən də çalışardım ki, atamın sözlərinə qulaq asım və dediklərinə əməl edim” Mövsüm Səmədovun qızı bildirib.
Samir Əliyev, Nərgiz Kazımlı
23.04.2011

"Mövsüm Səmədov xalqın sözünü deyib”


Ötən gün Media Mərkəzində həbs olunan islamçıların hüquqlarını müdafiəsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

FaktXeber-in müxbirinin verdiyi məlumata görə, Konfrans Sülh və Demokratia İnstitutunun rəhbəri Leyla Yunus tərəfindən təşkil olunub. Konfransda Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun vəkili Anar Qasımov, partiya və media nümayəndələri iştirak edib. Hazırda Sülh və Demokratiya institunun siyahısında 60-a yaxın siyası məhbusun olduğunu deyən Leyla Yunus, barələrində cinayət işi qaldırılan 10 nəfər islamçının da həbs olunacağı halda bu siyahıya salınacağını bildirdi. "Bildiyiniz kimi bu il yanvar ayının əvvəlindən başlayaraq Azərbaycanda kütləvi represiyyalar baş verib. Bu həbslər çox təəccüblüdür ki, AİP sədrinin partiyanın baş məclisindəki çıxışından sonra başlayıb. Həbs olunanların siyahısı bunlardır: 1) AİP sədri Mövsüm Səmədov. 2) AİP sədrinin müavini Vaqif Abdullayev. 3) Zülfüqar Mikayılzadə xəstə olduğu üçün hələ ki, həbsi 4 aylıq ev dustaqlığı ilə əvəz olunub. Amma cinayət işi qüvvədə qalır. Üzərindən götürülməyib. 4) Dəyanət Səmədov. Mövsüm Səmədovun əmisi oğlu. 5) Firdovsi Məmmədrzayev. Mövsüm Səmədovun qaynı 6) AİP Astara komitəsinin sədri Rufullah Axundzadə 7) Masallı ruhanisi Fəramiz Abbasov 8) AİP Gəncə komitəsinin sədri Yusif Ələkbərov. Hazırda İnterpola axtarışa verilib. 9) Gəncə ruhanisi Azər Cəbiyev.10) Gəncə ruhanisi Fəxri İlyasov. Əgər həbs olunanlar haqqında qaldırılan cinayət maddələri məhkəmədə təsdiq olunsa onlar siyasi dustaq hesab olunacaqlar. Hazırda biz onları potensial siyasi dustaq hesab edirik.


09.06.2011

O, hər bir kişinin zindana düşə biləcəyini və bunun kişi işi olduğunu dilə gətirdi

Yanmaq ona deyərəm ki,

Yanan ancaq ürək olsun,

Dil olmasın.


Yanmaq ona deyərəm ki,

Alovlanan bir insanın

Yanmadığı gün olmasın,

İl olmasın...


Yanmaq ona deyərəm ki,

Yanan arzu alışdıqca

Közə dönsün...

Kül olmasın.


Yanmaq ona deyərəm ki,

Bu yanğının qurbanı da

Yanan kəsin özü olsun,

El olmasın!


Ağahəsən Bədəlzadə (Yanmaq ona deyərəm ki...)
Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov ailə üzvləri ilə görüşüb. Həyat yoldaşı Mehparə Səmədova “Nəbz” qəzetinə açıqlama verib. Mehparə Səmədovanın sözlərinə görə, Mövsüm Səmədovla qayınatası, qızı Zəhra, oğlu Zeynalabidinlə birgə görüşüblər. Onlar Mövsüm Səmədovla şüşə arxasından, telefonla danşıblar. Görüş 30-35 dəqiqə çəkib.
Beş aylıq həsrətdən sonra görüşdüklərini vurğulayan Mehparə Səmədova çox şad olduqlarını dilə gətirib: “Hacının həbsinə, üstəlik, onu uzun müddət görmədiyimizə görə psixoloji durumumuz çox gərginləşmişdi. Bu görüşdən sonra isə sanki üzümüzə işıqlı bir sabah açılıb, ürəyimiz aramlıq tapıb. Amma əlbəttə, Hacını həbsxana divarları arasında görməyimizdən çox təsirləndik. Hamımız kövrəldik. Təsəllini onda tapdıq ki, Hacı Mövsümün səhhəti normal, əhvalı yaxşı idi. Ancaq üzü bir qədər solğunlaşmış, vücudu zəifləmişdi. Səbəbini soruşanda dedi ki, oruc saxlayır. Hacı həbsxana nəzarətçilərinin, müstəntiqin ona ehtiram göstərdiklərini, günün çox hissəsini “Qurani-Kərim” oxumağa, mütaliəyə, bəzən də idmana sərf etdiyini dedi. Hər yerdə olduğu kimi həbsxana divarları arasında da özünə nizamlı, səliqəli həyat şəraiti yaradıb”.
AİP sədri xanımı ilə söhbətdə bir aya məhkəmə prosesinin başlaya biləcəyini deyib: “Hacı Mövsüm ilk növbədə uşaqlara dərslərlə ciddi məşğul olmağı, namazlarını vaxtında qılmağı, gündəlik duaları oxumağı tövsiyə etdi. Bizə möhkəm olmağı tapşırdı. Bildirdi ki, onlar haqq yoldadırlar, heç bir günahları yoxdur və inşallah, Allahın fərəcini gözləyirlər. O, hər bir kişinin zindana düşə biləcəyini və bunun, belə demək mümkünsə, kişi işi olduğunu dilə gətirdi. Hacının ən böyük narahatlığı partiyanın digər rəhbər şəxslərinin, qardaşım Firdovsi Məmmədrzayevin, əmisi oğlu Dəyanət Səmədovun həbsi ilə bağlıdır”.
Mehparə Səmədova “Nəbz”ə açıqlamasında istər yoldaşının, istərsə də digərlərinin şərlənərək həbs olunmasından əndişələndiyini, sarsıldığını diqqətə çatdırıb: “Əlaqədar şəxslərə sual verirəm, nə üçün günahsız insanları zindanda saxlayırsız? Nə üçün onların həyat yoldaşlarını, uşaqlarını, ahıl, xəstə ata və analarını gözüyaşlı qoymusuz? Qəddar əməllərinizə görə axirətdə Allaha hansı cavabı verəcəksiz? Axı hamıya bəllidir ki, bu pak, imanlı, həqiqi Allah bəndələrinin yeri həbsxana deyil. Onlar mənəviyyatı zədələnən cəmiyyətimizə bir dərman, hava və su kimi lazımdır. Bu insanların heç biri öz evində silah gizlətməyib. Silahı qardaşımın da, Dəyanət Səmədovun da evinə polisin özü atıb. Amma bunu sübut etmək çox çətindir. Buna heç imkan da vermirlər. İstintaq da şəffaf aparılmadı. Sözümüzü, tələblərimizi dinləyən belə olmadı”.
2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən (s) “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Yanvarın 7-də Azərbaycan İslam Partiyası üzvlərinin və bəzi dindarların həbsi başlayıb. Mövsüm Səmədov yanvarın 8-də polisə tabe olmamaq ittihamı ilə 13 sutka iş alıb. Yanvarın 20-də Mövsüm Səmədova ittiham irəli sürülüb. Partiya liderinin əmisi oğlu Dəyanət Səmədov və qayını Firdovsi Məmmədrzayev də həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar. (Media forum)

09.06.2011



Yüklə 352,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin