Fanilər və Fanilər Mövsümü


Mövsüm Səmədov məhkəməyə gəlməkdən imtina etdi



Yüklə 352,17 Kb.
səhifə8/14
tarix22.10.2017
ölçüsü352,17 Kb.
#10174
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Mövsüm Səmədov məhkəməyə gəlməkdən imtina etdi


Bu gün Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, AİP sədrinin müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Seyyid Fəramiz Abbasov və Quran hafizi Zülfüqar Mikayılzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Məhkəmə prosesindən sonra islamçıların vəkillərindən imtina etməsi barədə mətbuatda məlumat yayılıb. Yayılan məlumatı dəqiqləşdirmək üçün Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq.

Anar Qasımlı Mövsüm Səmədovun və digər həbs olunan şəxslərin vəkillər ilə heç bir probleminin olmadığını qeyd edərək, məhkəmənin qərəzli və sifarişli olduğuna görə, nə vəkillərinin, nə də ki, özlərinin məhkəmədə iştirak etmək istəmədiklərini bildirdi.

“Həbs olunan şəxslərin vəkillərlə heç bir problemi yoxdur. Əslində bu məsələ məhkəmənin qanunsuz, ədalətsiz və qərəzli olması ilə bağlı bir məsələdir. Bu gün məhkəmə iclası başlayan kimi mən vəsatətlər təqdim etdim ki, video çəkilişə icazə verilsin. Hakim bu vəsatəti təmin etmədi ki, bu məsələyə keçən dəfə baxmışıq. Biz bu vəsatətin əvəzində alternativ bir vəsatət təqdim etdik ki, audio çəkilişə icazə verilsin. Biz iclaslarda sadəcə olaraq xırda bir diktafon gətirərək prosesi lentə yazmaq istədiyimizi bildirdik. Bu vəsatətimiz də təmin olunmadı. Bundan sonra təqsirləndirilən şəxslər məhkəməyə etiraz etdilər ki, siz qərəzlisiz və sifariş yerinə yetirirsiz. Hətta adi bir vəsatəti belə təmin eləmirsiz. Ona görə də sizdən hər hansı bir ədalətli qərar gözləmirik. Etiraz yazılı formada hakimlərə təqdim olundu. Hazırda etiraz baxılmamış saxlanılıb. Sonra Mövsüm Səmədov çıxış edərək bir daha etirazını bildirdi ki, məhkəmənin qərarı artıq indidən aydındır. Siz məhkəməni bir şouya çevirmisiniz. Onsuz da siz istədiyiniz qərarı qəbul edəcəksiz. Vəkillərimiz nə vəsatət verir təmin eləmirsiz. Buna görə də nə mən özüm burada iştirak eləmək istəyirəm, nə də ki, vəkilimin iştirakını istəyirəm.

Mövsüm Səmədov və digər həbs olunanlar konkret olaraq vəkillərdən imtina etməyiblər. Sadəcə olaraq yazdıqları etiraz ərizəsində bildiriblər ki, dünyanın ən tanınmış və savadlı peşəkar vəkili də gəlsə mənim hüquqlarımı müdafiə edə bilməyəcək. Ona görə ki, siz siyasi sifariş həyata keçirdirsiniz. Mənim vəkillərdən imtina etməyim nə vəkillə, nə də ki, mənim maddi vəziyyətimlə bağlıdır. Mənə dövlət hesabına da vəkil lazım deyil. Artıq bundan sonra heç mən özüm də məhkəməyə gəlmək istəmirəm. Sizə hansı sifarişi və qərarı veriblərsə onu da bizim iştirakımız olmadan çıxardın. Biz burada iştirak etməklə əslində sizin qanunsuzluqlarınıza hüquqi don geyindiririk ki, guya siz burada bizi hüquqi formada mühakimə edirsiniz. Biz sizin alətinizə çevrilmək istəmirik. Mövsüm Səmədov ərizəsinin sonunda şərt qoydu ki, əgər siz bizim ən elementar hüququmuzu təmin edib məhkəmə iclasında video çəkiliş aparmağa icazə versəniz mən o zaman vəkilim Anar Qasımlı ilə yenidən müqavilə imzalayacam və yenidən onun iştirakı ilə məhkəməyə gələcəm.

Həmçinin Anar Qasımlı dedi ki, qanunvericiliyə uyğun olaraq təqsirləndirilən şəxsi heç kim məhkəmədə iştirak etməyə məcbur edə bilməz, həbs olunan şəxs məhkəməyə gəlməkdən imtina edə bilər.” (Abna)
07.10.2011

Mövsüm Səmədova 12 il iş verildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun, partiya üzvü Zülfüqar Mikayılovun və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.

Qeyd edək ki, ittiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub. (Musavat)


29.12.2011

Bir qış mövsümündə...


Bir qış mövsümündə hakimiyyət əleyhinə çıxış edən və 12 il həbs cəzası alan Azərbaycan İslam Partiyasının lideri Hacı Mövsüm Səmədovun qapısını bir başqa qış mövsümündə döyüb xanımı Mehparənin halını soruşdum.
“Özümüzü sahibsiz saymırıq və Hacıdan da qat-qat böyük qüvvənin bizi qoruduğunu hiss edirik”
- Ailə başçısız bir il necə keçir?
- Evin böyüyünün evdə olmaması ailə üçün çox çətindir. Xüsusilə də ailə üzvlərinin bir-birinə bağlılığı çox sıx olanda ayrı qalmaq daha ağır olur. Bəlkə də bu, etiqadımıza, oxuduğumuz elmə görədir. Biz hər bir dərdimizi, fikrimizi bölüşməyi, müzakirə etməyi öyrənmişik. İndi belə bir bölüşmədən məhrum olmaq hamımıza çox çətin gəlir. Yəni mənəvi cəhətdən tək qalmışıq.
Hacı tək ailə üçün yox, yaxın qohumları, dostları üçün də adi adam deyil. Hər bir cəhətdən onlara əl tuturdu, xüsusilə dini-etiqad və mənəviyyat baxımından. Hacı kimi adamlarla ünsiyyətə girmək, nəsildə belə bir şəxsin varlığı böyük nemətdir. Hesab edirəm ki, belə şəxsiyyət hər nəslə qismət olmur.
Problemə maddi baxımdan yanaşsaq, əlbəttə, çətinlik var. Amma bunların öhdəsindən gəlməyi bacarırıq... Bu bir ildə xeyli yaxşı dost da tapmışıq. Bu olaylardan sonra çox adam bizə üz tutub. Dünyada yaxşı insanlar hələ varmış...
- Bəs ailənin dindar olması, eyni zamanda həbs edilən şəxsi siyasi məhbus sayanların olması hansı çətinlikləri yaradır?
- Hacı ilə məktublaşırıq. Ona suallar vermişəm ki, sənin həbsinə səbəb olan çıxışı edəndə heç ailəni, yaxın dostlarını, qohumlarını düşünmüşdünmü? Çox sakit halda cavab verir ki, mən bütün əzizlərimi İmam Zaman ağaya tapşırmışam.
Biz özümüzü sahibsiz saymırıq və Hacıdan da qat-qat böyük qüvvənin bizi qoruduğunu hiss edirik. Mən bunu nə böyüdürəm, nə də şişirdirəm. Bunu açıq-aydın hiss edirəm.
- Mövsüm bəy həbs olunandan sonra ailə üçün ən narahat keçən günü necə xatırlayırsız?
- Evdə axtarış aparılan gün... O vaxt qızım Zəhraxanım çox yaxşı bir hərəkət etdi. Axtarışa gələn şəxsləri “Quran”a əl basdırdı ki, evdə obyektiv axtarış aparsınlar. Bunda da bir ilahilik var. Eyni zamanda dalbadal baş verən hadisələrin fonunda həmin gün biz özümüzü itirmədik. Əksinə, evə axtarışa gələnlərin halı tutulmuş idi ki, bu cür iş görürlər. Bizdən daim heç bir iş görməyəcəklərinə dair üzr istəyir, deyirdilər ki, sadəcə evə baxıb gedəcəklər. Hətta evə buraxılmaları üçün neçə saat xahiş etdilər. Axı onları qapı ağzında çox gözlətdim. Evdə kişi xeylağı olmayan vaxt dindar ailənin evinə yad kişi daxil ola bilməz. Həmin gün cürbəcür zənglər oldu, mən polis idarəsinə zəng etdim, ordan mənə dedilər ki, gərək gedib idarədə izahat verim və sairə. Çox işlər oldu, elə bil bunların arasında Allah bizə çıxış yolu göstərdi.
Daha sonra həyatımızda bir hadisə baş verdi ki, mütləq sonu ölümlə nəticələnməli idi. Amma çox şükür ki, salamatçılıqla bitdi hər şey.
- Mövsüm bəyin tibbi təhsili var. Bəs necə oldu o, dini sahəyə keçdi?

Yüklə 352,17 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin