Fanilər və Fanilər Mövsümü


Azərbaycan İslam Oyanışı Hərəkatının Lideri doktor Mövsüm Səmədov Azərbaycan xalqına müraciət etdi



Yüklə 352,17 Kb.
səhifə10/14
tarix22.10.2017
ölçüsü352,17 Kb.
#10174
1   ...   6   7   8   9   10   11   12   13   14

Azərbaycan İslam Oyanışı Hərəkatının Lideri doktor Mövsüm Səmədov Azərbaycan xalqına müraciət etdi


"Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq"
Doktor Mövsüm Səmədov Azərbaycan Xalqına müraciət etdi
Azərbaycan İslam Oyanışı Hərəkatının Lideri, Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Doktor Mövsüm Səmədov Azərbaycan xalqına müraciət edib. O, müraciətində ölkədə baş verən siyasi-ictimai proseslərə münasibət bildirib. Səmədovlar ailəsindən FaktXeber.com-a verilən müraciətin tam mətnini sizlərə təqdim edirik.
“Təəssüflər olsun ki, Azərbaycanda baş alıb gedən haqsızlıq və ədalətsizlik davam etməkdədir. Bunu bir ilə yaxındır ki, ictimaiyyətin gözü önündə keçirilən məhkəmə prosesləri bir daha sübut etdi. Heç bir dəlil və sübut olmadan, siyasi sifariş nəticəsində günahsız insanları, xüsusən ruhanilər, dindarlar və möminlər zindanlara salınıblar. Mütəşəkkil dəstənin yaradılması, hakimiyyəti zorla ələ keçirmə, ictimai təhlükəsizliyi pozmaq və sairə kimi yalançı ittihamlara məruz qalan insanlar, əslində hazırkı iqtidarın haqsızlıq və ədalətsizlikləri qarşısında susmadıqlarına görə həbs ediliblər. Baş verənlər heç də ictimaiyyətdən gizlin deyil. Cəmiyyətimizdə elə bir sahə yoxdur ki, orada böhran yaşanmasın. Xüsusən son illər ərzində ölkəmizdə dini və milli-mənəvi dəyərlərə qarşı günbəgün artan islamafobiya dalğası nəinki müsəlman Azərbaycan xalqımızı, eyni halda böyük İslam aləmini hiddətləndirib. Bu gərginliklər içərisində hicab qadağasını xüsusi qeyd etmək istəyirəm. Ölkədə cavanların əxlaqsızlıq, pozğunluq və narkomaniyada qərq olduğu və ictimaiyyətin həyəcan təbili səsləndirdiyi bir dövrdə, dövlət tərəfindən atılmış hicab qadağası hansı məntiqə xidmət edir?
Bir tərəfdən xalqımızın öz dini və milli mənəvi dəyərlərinə yiyələnməsinin qarşısı alınır, digər tərəfdən isə xalqımıza yad olan və sağlam insan əqidəsinə, fitrətinə və düşüncəsinə zidd olan müsabiqələr və “dəyərlər” millətimizə aşılanır.
90-cı illərdə xalqımız üçün gözəllik müsabiqəsi keçirən, bu gün isə müqəddiməsi “musiqi müsabiqəsi” olan və nəhayətdə geylərin paradını keçirərək məzlum və müsəlman xalqımızı “Avropaya İnteqrasiya” etdirmək istəyən Azərbaycan hakimiyyəti, görəsən ağaları ilə birgə xalqımız üçün hansı yuxular görüblər?
Xalqımızın ağır iqtisadi durumda, Qarabağ torpaqlarımızın 20% erməni işğalçılarının tapdağı altında olduğu və ərzaq dükanlarında borc dəftərlərinin günbəgün artdığı bir dövrdə xalqın milyonlarla dollar pulunun bu cür müsabiqələrə görə göyə sovrulması hansı sağlam məntiqə uyğundur? Deyirlər ki, biz bu yolla Azərbaycanı dünyaya tanıtdırmaq istəyirik. 90-cı illərin əvvəllərindən başlayan gözəllik müsabiqələri ilə xalqımızı ərəb və türk dünyasında nə cür başıuca etmisinizsə, “gey-paradla” da Avropa xalqlarının yanında “xoşbəxt” etmək istəyirsiz.
02.01.2011-ci il tarixində çıxışımızda qeyd edəndə ki, bu hakimiyyət xalqımızı bundan da böyük müsibətlərə sürükləyir. Bu gün cəmiyyətimizin gey-parad kimi hadisəni əyani surətdə yaşamasından böyük bir faciə ola bilərmi? Görəsən yeniyetmə balalarımız belə bir insanların icmasını görəndə və bunların kimliyi haqda sual edəndə, valideynlər nə cavab verəcəklər? Əgər hər bir müsəlmanın bu hadisədən ürəyi partlayıb ölsə yeri var. Görəsən bizim bundan sonra hansı dindən və imandan danışmağa haqqımız vardır? Əgər 13 fevralda müqəddəs Peyğəmbərimizin (s) vəfat gününü anmaq və Qarabağ şəhidlərini yaşatmaq niyyəti ilə Şəhidlər Xiyabanına yürüş edən övladlarımızı döyən və zindanlara salan, eyni halda, bu günə qədər hicablı balalarımızı “hicablı formada bir daha məktəbə gəlməyin”, - deyib sinifdən gözüyaşlı halda çıxaran və müqəddəs kitablarda lənətlənmiş üzdəniraqları təmtəraqla vətənimizdə qarşılayan hakimiyyətə nə ad qoymaq olar? Gərək evlərimizin qapılarına qara bağlayaraq, ailə və övladlarımızın üzünə çıxmayaq. Ya İmam Hüseynin (ə) Aşurasını dilimizə gətirməməli, ya da ki, canımız bahasına bu zillətə son qoymalıyıq.
Bu gün bütün cəmiyyət ayağa qalxmalıdır. Cəmiyyətdə müxtəlif yollarla şayiə yayırlar ki, geyparad keçirilməyəcək. Guya cavanlarımızı əxlaqsızlığa çəkən çılpaq, azğın rəqqas və müğənnilərin müsabiqəsinə müsəlman xalqımız razılıq vermişdir.” (Abna)
05.07.2012

“Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Mövsüm Səmədovu tez-tez sorğu-sual edir”


“Mən kimdən və nə üçün əfv istəməliyəm? Tək Mövsüm Səmədov həbs olunsaydı, deyərdim ki, bu onun siyasi fəaliyyəti ilə bağlıdır, amma gör nahaqdan, saxta ittihamla neçə nəfəri həbsə atıblar, onlara necə ağır cəzalar veriblər! Bu mənzərəni görən, bu həyatı yaşayan adam kimi mən əfv istəyərəmmi? Onlar məndən əfv, üzr istəsinlər”. Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova “Media forum” saytına belə deyib.
Mehparə Səmədova əlavə edib ki, bu məsələdə Mövsüm Səmədovun nə düşündüyündən xəbərsizdir: “Amma fikirləşirəm ki, o, əfv ərizəsi yazmaz”.
Həyat yoldaşının sözlərinə görə, Mövsüm Səmədov Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldükdən sonra iki dəfə görüşüblər: “Bunlardan biri şüşə arxasından oldu. Digəri isə çox xahişdən sonra həyətdə, qısa müddətə baş tutdu. Qanunla bizə ayda bir dəfə qısamüddətli, 6 aydan bir isə ailəliklə 3 günlük görüş verilir. Biz özümüz müəyyən etməliyik ki, 3 günlük görüşə nə vaxt gedək. Bu barədə hələ fikirləşirik”.
Mehparə Səmədova həyat yoldaşının xeyli zəiflədiyini və buna görə çox narahat olduğunu deyib: “Çox arıqlamışdı. Belə başa düşdük ki, yolladığımız yeməklər ona çatmır. Həm də Mövsüm bəy həbsə düşəndən indiyə qədər oruc tutur. Sonuncu dəfə görüşəndə xahiş elədik ki, orucu saxlasın, bizi nəzərə alsın. Deyəsən, üç-dörd günlük saxlayıb, amma yenidən davam etdirib”.
AİP sədrinin həyat yoldaşı əlavə edib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Mövsüm Səmədovu tez-tez sorğu-sual edir: “Sonuncu dəfə mayda olub belə hal. “Avroviziya” mahnı yarışması ərəfəsində Mövsüm bəy xalqa müraciət etmişdi. Bundan sonra o, 11 saylı müəssisədə MTN əməkdaşları tərəfindən sorğu-suala tutulub. Daha sonra onu karserə salıblar. Biz bununla maraqlananda dedilər ki, yox, Mövsüm bəy karserdə deyil, sadəcə 14 günlük karantindədir. Amma sonra özü ilə görüşəndə təsdiq etdi ki, cəzaçəkmə müəssisəsinə gələndə onu 7 gün karserdə saxalayıblar”.
2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova 12 il iş kəsib. Bu il mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib. (Media forum)
12.07.2012

Yüklə 352,17 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin